Xəbərlər
30 mart 2017
4 672


DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib

DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib

 

Dövlət İmtahan Mərkəzi (DİM) ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.
 
Aztehsil.com xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, bu il mayın 27-də və iyunun 11-də ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib, eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib, hesablarının balansını artırırlar. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib, ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
 
Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.






Загрузка...