Xəbərlər
25 mart 2017
3 252


“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

 

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə "Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.
Bu mərhələdə bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. İştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
 
Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.
 

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
 

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

 

"Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 114 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün Nazirliyə təqdim olunub. Onlardan 9 nəfəri VIII, 30 nəfəri IX, 35 nəfəri X, 40 nəfəri XI sinif şagirdidir.
 

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
 

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

Məqalə Göndər








Загрузка...