Xəbərlər
25 mart 2017
5 225


İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

 

"Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz”.
 
Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada sınaq imtahanının baş tutmamasının serverdəki yüklənmə ilə əlaqədar olduğu bildirilib:
 
"Server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər. Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 10 gün ərzində 2 milyon manat pul qazanıblar, qurduqları serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq. Bu gün üçün növbəti onlayn sınaq imtahanı 13:00 və 16:00-da olacaq. Onlarda belə problem yaşanmayacağına ümid edirəm”.
 
Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.
 
İlk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçiblər. Elektron sınaq imtahanının martın 25 və 26-da keçirilməsi nəzərdə tutulub. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.
 
Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda "Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq.
 
Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.
 
Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.
 
Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək.






Загрузка...