Xəbərlər
24 mart 2017
5 199


Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

 

Elm – varlıqların həqiqətən necə olduqlarını düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəsf etməkdir! (NƏSİRƏDDİN TUSİ)
 
 2-ci yazı... Bu dəfə müəllim-tələbə münasibətlərinin fərqli tərəfindən yazmağa çalışacam. Konkret adları çəkməsəm də əminəm 1-ci yazıda olduğu kimi bu yazıdan da payını götürənlər olacaq. Nə də olmasa hər kəs öz qabındakını çox gözəl bilir. Görünən kənd bələdçi istəməz... 
 
Əvvəla, qeyd etmək yerinə düşər ki, müəllim anlayışı cəmiyyətə başqa cür təqdim edilib və əslində müəllim şağird və ya tələbəsinin hər zaman yanında olmalı, hətta lazım gələrsə öz şagird və tələbələrini özündən yuxarıda dayanan müəllim rəhbərinə qarşı da müdafiə etməlidir. Təbii burada şagird və ya tələbənin də o müdafiəyə layiq olması əhəmiyyətlidir. Təhsildə qəribə paradoks var. Paradoks ondan ibarətdir ki, müəllimlər əksərən tələbədən tələbələr də əksərən müəllimdən narazı olur. Amma məncə bu paradoksdan da daha maraqlısı odur ki, hər ikisi də hər zaman üçün haqlı olmur. Yəni burada məsələni nə birbaşa müəllimə nə də tələbəyə yükləmək olmaz. Bəzən müəllim yaxşı ola bilər tələbə nizamsız, bəzən də əksinə.
 
Müəllim anlayışı haqqında bir kitablıq fikir yazmaq olar. Ancaq təəssüf ki, get -gedə müəllim anlayışı güclü mövqeyini saxlaya bilmir, bu da təəssüf ki, mövqesiz və nizamsız müəllimlərin ucbatından baş verir. Və öncəki yazımda da qeyd etdiyim kimi istisnalar təbii halda mövcud olsa da hələki qaydaları poza bilmir. Fevralın 15-dən martın 16-na kimi müəyyən olunmuş elmi pedaqoji təcrübəmdə 2 ali məktəb qrupuna dərs demiş oldum. Və təbii halda o tələbələr arasında müxtəlif xarakterli tələbələrlə rastlaşdım. Ümumilikdə bu pedaqoji təcrübədən mənəvi zövq aldım və alıram. Bu məqamda Tarix -302 saylı qrupu xüsusi qeyd etmək istəyirəm, çünki onların elmi dünyagörüşünə istinad edərək 5-6 il sonra təhsilə müsbət mənada təsir edə biləcəklərinə inanıram. Ancaq bu pedaqoji təcrübədə bir daha ən çox müəllim xüsusiyyətlərini kəşf etdim. Və bir daha anladım ki, müəllimlik üçün əhəmiyyətli çox məsələ var.
 

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

 

Müəllim müəllimliyə gələnə kimi birinci insan, ikinci psixoloq, üçüncü pedaqoq, dördüncü metodist, beşinci müəllim olmalıdır. 4 və 5-i bir tutmaq da olar. Ancaq müəyyən dərəcə fərqləndiklərinə görə ayrı qeyd edirəm. Çünki bəzən müəllim savadlı ola bilir amma metodiki bazası, dərsi təşkil etmə və idaretmə metodikası əhatəli olmur və s. Yəni sadalanılan bu 5 məsələdən biri zəif olanda bu müəllimin  fəaliyyətinə də yansımış olur. Çox təəssüf ki, bizdə öncəki 4 bazanın müəyyən qismindən məhrum müəllimlərimiz çoxdur. Əslində müəllim gələcəyin sütunudur, o elə bir şəxs olmalıdır ki, o adı hərtərəfli doğrulda bilməlidir. Çətindir düzdü, amma mümkünsüz deyil.
 
...Əgər müəllim dərsə əyləncə mərkəzi kimi baxırsa, yəni gəlim söhbət edim, kiməsə baxım, əşi, dərsdi də keçməsək də olar  kimi baxırsa (bu dəfə bunu təəssüflər olsun ki, cavan müəllimlərdə müşahidə etdim, illərlə çalışmış cavan müəllimlərdə), əgər müəllim tələbələrdən hansısa biri haqqında başqa tələbəsinin yanında danışıb axmaq obraz alırsa (bu o deməkdir ki, yuxarıda qeyd etdiyim 5 əsas amildən azı 3ü o müəllimdə yoxdur, əsasən də birincisi ), müəllim özünün 10-15illik fəaliyyəti ərzində etmədiyi və ya daha açıq yazım edə bilmədiyi, bacarmadığı məsələləri təcrübəçi tələbələrdən tələb edirsə, müəllim psixoloji və əqli imkanları nəzərə ala bilmirsə, dərs zamanı tələbə şəxsiyyətini alçaldırsa, əsassız yerə "Mən"ini qabardırsa (mən insanın öz "Mən" i ilə öyünməsini bəyənsəm də, əsassız bəyənməni başa düşə bilmirəm. Yəni dilin varsa dilçəyin də olmalıdı, yoxdusa nə məna?! :) ), əgər müəllim hər dərsi standart keçirsə, tələbə üçün maraqlı, yeni, fəallaşdırıcı nələrisə etməyə cəhd etmirsə (Dayri bu haqda qeyd edib ki, müəllim daim yenilik gətirməyə çalışmalıdır, bu həm onun həm də qarşısındakının inkişafına zəmin yaradacaq. Əks halda dərsin canlılığı itmiş olacaq) və s. bu halda müsbət nələrisə gözləməyə dəyməz. Az öncə də qeyd etdiyim ki, bu tək nəfərdən və ya tək müəllimdən də asılı bir şey  deyil. Buna tələbə də can atmalıdır, tələbə də maraqlı olmalıdır. Əgər tələbə üçün dərs maraqsızdırsa ona nə yenilik gətirsən kafi qalacaq. Əslində bu da ağır paradoksdur: - tələbənin dərsə, yeniliyə meyilli olmaması. Halbuki dərsin aparıcı qüvvəsi tələbədir, o ən yaxşısını tələb etsə müəyyən dəyişiklik yarada bilər.
 
Göründüyü kimi müəllimlik  çətin, məsuliyyətli bir işdir. Amma təbii ki, söhbət əsl müəllimlikdən gedir. Pedaqoji Universitetdə keçən 1aylıq təcrübədə anlaşılan  bir məsələ daha aşkar ortada idi: Müəllimlərin bəzisi miras qoyduğu zəif bazanın daha təkmilləşmiş formasını istəyirdilər. Amma belə bir fikir də əsas tutulsa maraqlı olar:- Etdiyini mükəmməl et ki, mükəmməli də görə biləsən. Ümid edirəm bir gün hər şey gözlənildiyi kimi olacaq. Hər şeyin yaxşılığa doğru, hətta ənn yaxşıya doğru dəyişilməsi diləyi ilə... :)
 
Nağıyeva Çinarə Aydın qızı

ADPU, II kurs magistrant.
Məqalə Göndər








Загрузка...