Xəbərlər
22 mart 2017
3 646


"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

 

İstənilən istisnaları mümkün hesab etmək olar.
 
Bu il magistraturaya qeydiyyat üçün ödənişin baha olması səbəbindən ilkin qeydiyyat müddətində tələb olunan saydan az namizə yeri doldu. Buna görə də qeydiyyat vaxtı martın 28-ə qədər uzadıldı. Bəs görəsən mövcud vəziyyətdə magistrlar üçün keçid balında
nəsə dəyişiklik gözləməyə dəyərmi? Aztehsil.com-un bu sualına tanınmış təhsil eksperti Nadir İsrafilov açıqlama verdi:
 
"Dəqiq yadımdadır. Hələ ötən il  M.Abbaszadə bildirmişdi ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq: "Belə görünür ki, bu il magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Magistratura üzrə 50 proqram mövcuddur. Bu il cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranır. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər  iştirak edəcək. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti çox aşağıdır”. 
 
Həmin vəziyyət deyəsən bu il də təkrar olunur. Əvvəlcədən də gözlənildiyi kimi və M.Abbaszadənin də etiraf  etdiyinə əsasən ödənişin aparılması ilə bağlı müəyyən problemlər ortalığa çıxdığından magistratura və rezidenturaya sənəd qəbulunun müddəti martın 28-dək uzadılıb. İş o yerə çatıb ki, hətta bayram günlərində də sənəd vermək və təsdiqləmək üçün əlavə imkan yaradılıb. 
 
Bildiyim qədər  2016/2017-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planı 64.78 % dolmuşdu. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalmışdır. 2015/2016-cı tədris ili üçün isə  magistratura üçün ayrılan plan 80 faiz dolmuşdu. Ayrı- ayrı illərdə  magistraturaya qəbul 50-60 proqram üzrə aparılıb və proqramlar üzrə  müsabiqə vəziyyəti də müxtəlif olub.  Yəni əsasən enmə prosesi müşahidə olunur. Deməli, nə isə etmək lazımdır. DİM Direktorlar Şurasının sədrinin son "Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəb olması imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər” açıqlamasından belə nəticə çıxarmaq olar ki, deyəsən "nə isə etməyi”  ödənişləri artırmaqda  görürük.
 
Bu mənada təhsil sahəsində, xüsusilə qəbul və imtahanlarla bağlı qaydaların mütəmadi dəyişiklıkləri fonunda  istər qəbul qaydaları, istərsə də minimum keçid balı ilə bağlı istənilən istisnaları mümkün hesab etmək olar. Hesab edirəm ki, ya ayrı-ayrı universitetlərin boş qalan plan yelərini doldurmaq üçün keçid balını minimuma endirib kəmiyyət barədə düşünməli, ya da keçid balını tənzimləyərək maksimum keyfiyyətə nail olmaq barədə. Situasiyaya uyğun olaraq aralıq mövqedə qalmaq vəziyyətdən çıxış yolu deyil.
 
Nadir İsrafilov tanınmış təhsil eksperti
aztehsil.com
Məqalə Göndər








Загрузка...