Xəbərlər
17 mart 2017
4 140


“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

 

Zaqatala rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 16-da "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.
 
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Göygöl-Şəmkir-Gəncə istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
 
Rayon İcra hakimiyyətinin və Təhsil Şöbəsinin rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən görüşdə şagirdlərə tur barədə ətraflı məlumat verilib.
 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

 

Məlumat üçün bildirək ki, tur-aksiya çərçivəsində şagirdlər Şəmkir rayonunda Şəmkir qalasına, daha sonra Bayraq meydanı və Bayraq muzeyinə gedəcəklər, həmçinin "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzinin fəaliyyəti haqqında məlumatlandırılacaq və mərkəzin kitabxanası ilə yaxından tanış olacaqlar. Göygöldə Heydər Əliyev parkına, Ulu öndərin adını daşıyan mərkəzə baş çəkəcəklər. Gəncə rayonunda isə iştirakçılar Nizami Gəncəvinin məqbərəsini və muzeyini, "Gəncə Qala qapıları" kompleksini, Xan Bağı, Cavad Xan Türbəsi, Şah Abbas Cümə məscidini ziyarət edəcəklər.
 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

 

Vüsalə Bədəlova (Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...