Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

 

Zaqatala Rayon Təhsil Şöbəsi, Zaqatala RİH, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Muxax kənd 3 nömrəli  tam orta məktəbdə "İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub.
 
Məktəbin yuxarı sinif şagirdləri və müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədalət Novruzova  tədbirin mahiyyəti barədə məlumat verib.
 
Zaqatala RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkədə İslam həmrəyliyi ili elan olunmasının məqsədləri, dövlətin bu istiqamətdə görüdüyü işlər barədə danışıb və dünyada baş verən proseslər fonunda bu ilin elan olunmasının vacibliyinə diqqət çəkib.
 

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

 

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov həmrəylik və vətənpərvərlik məfhumlarının mahiyyəti barədə məlumat verib, həmrəyliyin müxtəlif  dini, mədəni, siyasi fikirlərin qarşılıqlı ehtiram içərisində var olması mənalarına gəldiyini söyləyib, eyni zamanda şagirdlərin həmrəylik və vətənpərvərlik ruhunda tərbiyəsindən danışıb.
 
Sonra çıxış edən Zaqatala rayon Prokurorunun köməkçisi Toğrul Hüseynzadə həmrəylik və vətənpərvərlik mövzusuna hüquqi aspektdən yanaşıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və Zaqatala rayon Təhsil şöbəsinin metodisti  İranə Əlizadə də mövzu ilə bağlı çıxış ediblər.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Aztest.info







Reklam yeri:

loading...

xtehsil