Xəbərlər
16 mart 2017
3 828


Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

Martın 15-də AzMİU-nun sərgi salonunda Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Nərminə Mahmudova və 2-ci kurs tələbəsi İsmayıl Hacıyevin "Novruz gəlir, yaz gəlir” adlı fərdi yaradıcılıq  sərgisi açılıb. Sərgini giriş sözü ilə açan universitetin Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova məlumat verib ki, gənc memarların yazın gəlişinə həsr olunmuş əl işləri rəngkarlıq, boyakarlıq və qrafikayla işlənilib. 
 

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

Bakı şəhərinin baş memarı, əməkdar memar Akif Abdullayev çıxış edərək universitetdə  sərgi salonunun yaranmasını, tələbə memarların əl işlərinin nümayiş olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib və gənc memarlara uğurlar arzu edib.
 

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

A.Abdullayevin çıxışından sonra sərginin qırmızı lenti kəsilib, tədbir iştirakçıları gənc memarların əsərləri ilə tanış olublar. Sərgidə İ.Hacıyev və N.Mahmudovanın naturalizm, klassik realizm, təbiət, qrafika, mandala təsvirlərini özündə əks etdirən müxtəlif mövzulu rəsmlər nümayiş olunub.
 

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

Sərgidə, universitetin fakültə, kafedra və ictimai təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.
 

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

 

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)
Məqalə Göndər








Загрузка...