Xəbərlər
16 mart 2017
2 764


İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

 

Martın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində ilin axır çərşənbəsinə həsr olunmuş bayram şənliyi keçirilib. Müəllimlər, tələbələr və əməkdaşlar universitetin həyətində qurulmuş möhtəşəm bayram tonqalının ətrafına toplanıblar. 
 
AzMİU-nun elm və texnika işləri üzrə prorektor, professor Arif Şərifov tədbiri açaraq xalqımızın qədim bayramı ilaxır çərşənbə, Novruz bayramı münasibəti ilə professor-müəllim heyətini, tələbələri təbrik edib, hamıya can sağlığı, xoş günlər arzulayıb. Əsrlərin sınağından çıxan, milli adət-ənənələrimizi özündə yaşadan Novruzun tarixindən danışan prorektor bu qədim el bayramının xüsusi qeyd olunmasını xalqımızın öz soykökünə, milli-mənəvi dəyərlərinə bağlılığı kimi dəyərləndirib. 
 

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

 

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

 

A.Şərifovun çıxışından sonra Novruzun simvolu olan bayram tonqalı alışdırılıb, tələbələr böyük coşqu ilə tonqalın ətrafına yığışıblar. AzMİU-da təhsil alan əcnəbi gənclərin birlik nümayiş etdirən kütləvi rəqsləri, universitetin özfəaliyyət ansamblı üzvlərinin rəhgarəng çıxışları,  maraqlı oyunlar, yumurta döyüşdürülməsi və s. bayram ab-havasına xüsusi rəng qatıb. Tanınmış incəsənət nümayəndələri- müğənnilər Səidə Dadaşova, Dəniz, Murad Ərdoğanın, "Trio” və "İnci” qruplarının çıxışları tələbələri daha da coşdurub.
 

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

 

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)
Məqalə Göndər








Загрузка...