Xəbərlər
15 mart 2017
927

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

 

Martın 15-də Ağstafa rayon 2 saylı tam orta məktəbində"Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib. Rayon turunda Ağstafa məktəblərindən 30 komanda iştirak edib. Hər komanda 14 şagirddən ibarət olub. Onların 4-ü qız, 10-u oğlan olub.
 
Birinci yerə Saloğlu, ikinci yerə Həsənsu, üçüncü yerə Sadıqlı kənd tam orta məktəbinin komandası layiq görülüb. 
 

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

 

Yer tutan komandalar Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılıblar. Birinci yer tutan Saloğlu kənd tam orta məktəbinin komandası zona birinciliyində iştirak etmək üçün vəsiqə qazanıb.
 

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

 

Qeyd edək ki, "Şahin” respublika hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)









Whatsapp'ta Paylaş

Загрузка...
loading...