Xəbərlər
15 mart 2017
2 982


ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

 

Martın 14-də Azərbaycan Dövlət Neft və Universitetində (ADNSU) baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan Novruz şənliyi keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələblər iştirak edib.
 
Tədbirdə tələbələrin hazırladıqıları qeyri-adi və maraqlı Novruz xonçaları və bayram şirniyyatları sərgilənib.
 
Tədbiri giriş sözü ilə univesitetin rektoru, professor M.Babanlı açaraq iştirakçıları bahar bayramı münasibətilə təbrik edib. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu diqqətə çatdıran rektor, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra daha böyük təmtəraqla qeyd olunduğunu bildirib. Çıxışının sonunda rektor milli adət-ənənələri özündə əks etdirən, bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə bir daha kollektivi təbrik edib və xoş arzularını çatdırıb.
 
Sonra tədbir ADNSU-nun "Gənclik” mahnı və rəqs ansamblının ifası ilə davam edib. Tanınmış ifaçıların, eləcə də universitetin "Gənclik” rəqs ansamblının ifaları və Novruz bayramının məşhur personajları kosa və keçəl bayram şənliyinə xüsusi rəng qatıb. Bayram şənliyində Novruz tonqalı yandırılıb. Kosa və keçəlin bir-birindən maraqlı səhnəcikləri, tanınmış müğənnilərin ifaları tələbələr tərəfindən böyük maraq və həyəcanla izlənib.
 
moderator.az
Məqalə Göndər








Загрузка...