Xəbərlər
14 mart 2017
14052

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

 

Bu ildən Bakıda keçiriləcək I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında bildirib ki, artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək.  Onun sözlərinə görə, valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim edəcəksə, müəllimi də özü seçə biləcək.
 
İ.Abdullayeva qeyd edib ki, valideyn sistemdə tam olaraq qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edir: "Bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibə olunmayacaq. Yəni, şagirdlər müsahibədənkənar qəbul olacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair arayış, sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Əgər valideynə qəbz veriləcəksə, deməli onun şagirdi I sinfə qəbul edilib. Valideyn artıq heç bir narahatçılıq keçirmədən sentyabrın 15-də seçdiyi məktəbə və müəllimin sinfinə övladını gətirə bilər”.
 
İ.Abdullayeva qeyd edib ki, digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Onun sözlərinə görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018- ci dərs ili üçün birinci sinfə  qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır: "Əgər şagird qəbul olmaq istədiyi lisey və gimnaziyaların  mikroərazisində yaşayırsa, o halda şagird müsabiqədən kənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçərək məktəbə qəbul olacaq. Əgər o, mikroərazidə yaşamırsa, valideyn elektron sənəd verəndən sonra müsabiqəyə yazıl bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Ancaq bu məsələdə 3 məktəb istisnadır. Belə ki, Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyasına şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq şagird müsabiqə əsasında aparılacaq”.
 
Sektor müdiri əlavə edib ki, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Onun sözlərinə görə, əgər uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət edərək şəxsiyyət vəsiqələri təqdim etməlidirlər: "Bu zaman da valideynlər övladları ilə gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün 3-cü və 5-ci günlər 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər. Digər yeniliyə əsasən, 6 yaşı 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. Belə ki, 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...