Xəbərlər
13 mart 2017
868

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

 

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib. Təqdimatda Skautların Göygöl rayon üzrə rəhbəri Zamin Məmmədov tərəfindən şagirdlərə könüllülüyün prinsipləri, skaut hərəkatı barədə məlumat verilib.  
 

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

 

TTFTL-in VII, VIII və IX sinif şagirdlərinin iştirak etdiyi tədbirdə məktəblilərə, Azərbaycanda skaut hərəkatının yaranması və inkişafı, xarici ölkələrdə keçirilən düşərgələr və digər məsələlər barədə məlumat verib.
 

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

 

Məlumat üçün bildirək ki, skaut hərəkatının məqsədi gənclərin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər.
 
Raminə Məmmədova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)






Whatsapp'ta Paylaş

Загрузка...
loading...