Xəbərlər
11 mart 2017
3 935


Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

 

Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə verilən ev tapşırıqları ilə bağlı valideynlərin şikayətlərinə münasibət bildirib.
 
Aztehsil.com xəbər verir ki, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə açıqlamasında valideynlərin şikayətlərinin bir çox hallarda haqlı olduğunu söyləyib:
 
"Valideynlər şikayət edirlər ki, ibtadi sinif şagirdlərini ev tapşırıqları ilə yükləyirlər. Onlar haqlıdır. Əslində, ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. 1-ci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Yuxarı siniflərdə də ev tapşırığı elə olmalıdır ki, uşaq evə gələndə sevinclə gözləsin ki, bir az istirahət edib, ev tapşırığını edim. Bu, ona sevinc gətirsin”.
 
A.Əhmədovun sözlərinə görə, şagirdlərə verilən tapşırıqlar yaradıcı olmalı, onu həvəsləndirməlidir. Bu məsələ isə müəllimlərdən və onun məsələyə yanaşmasından asılıdır:
 
"Bu, müəllimin ustalığından asılıdır. Müəllimlərimiz müasir yanaşmaları tez öyrənməlidirlər. Bilməlidir ki, indiki dövrdə nələr tələb olunur, keçmişlə indi arasında hansı fərqlər var, rəqabətin gücləndiyi belə bir dövrdə biz uşaqda hansı bacarıqları formalaşdırmalıyıq ki, o, rəqabətə davamlı olsun, cibindəki təhsil sənədi ilə cəmiyyətdə yaşaya və fəaliyyət göstərə bilsin. Təhsil problemləri də məhz bunların həllinə yönəlməlidir. Biz buna çalışırıq. Yəni burada əzbərçilikdən təfəkkürə keçid məsələsi var”.
 
A.Əhmədov qeyd edib ki, hazırda ən vacib məsələ təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasıdır:
 
"Ona görə bəzən valideynlər "proqram çətindir” deyir. Amma çətin deyil. O mənada çətin deyil ki, biz uşağın fikirləşməsi üçün çalışırıq. Əgər müəllim cavabı hazır desə, uşaq onu kor-koranə qəbul edəcək. Əsas məsələ odur ki, uşaq cavabı müəllimin köməyi ilə özü yavaş-yavaş tapsın. Belə olduqda bu, həm uşaqda xoş əhval-ruhiyyə yaranır, həm də onun yaddaşında daha yaxşı qalır. Əsas məsələ düşüncənin ön mərkəzə gətirilməsi və proqramların ona uyğunlaşdırılmasıdır. Bəzən valideyn deyir ki, riyaziyyatdan elə məsələ veriblər ki, onu mən edə bilmirəm. Biz məgər məsələni valideyn üçün veririk?! Əgər valideyn edə bilmirsə, bu, o demək deyil ki, məsələ səhvdir. Ona görə də riyaziyyatı və ya başqa fənn proqramının uyğunluq səviyyəsini valideynin səviyyəsi ilə ölçmək olmaz”.
Məqalə Göndər








Загрузка...