Xəbərlər
09 mart 2017
5 109


"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

 

Bu gün "Gilan Agricultural Group" ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Aztehsil.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Anlaşma Memorandumunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və "Gilan Agricultural Group"un İnkişaf üzrə baş direktoru Eldar Cəfərov imzalayıb.
 
Anlaşma Memorandumunun əsas məqsədi aqrar təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, istehsal vasitələri təchizatçıları, emal müəssisələri və maliyyə institutları vasitəsilə istehsalçılara informasiya məsləhət xidmətlərinin göstərilməsi imkanlarının genişləndirilməsi, sektorlar üzrə spesifik tələblərin qarşılanmasına dəstək verilməsi, o cümlədən Azərbaycanın kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, kənd təsərrüfatı sahəsində kadr hazırlığı prosesinin keyfiyyətini və səmərəliliyini yüksəltmək və bu sahədə fəaliyyətləri birgə koordinasiya etməkdir.
 

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

 

Anlaşma Memorandumuna əsasən "Gilan Agricultural Group" Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə kadr hazırlığı, həmçinin məzunların işlə təminatı, o cümlədən aqrar elmi-tədqiqat müəssisələrinin bu sahədə əldə etdikləri elmi nailiyyətlərin təsərrüfatlarda tətbiqi imkanlarının genişlənməsinə şərait yaradacaq. Bununla yanaşı, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və ADAU-nun mütəxəssisləri də "Gilan Agricultural Group"un mütəxəssisləri və əməkdaşlıq etdiyi təsərrüfatların nümayəndələri üçün təlimlər keçirəcək, bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə məlumat verəcəklər.

 

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

 

Tədbirdə çıxış edən nazir müavini Seyfəddin Talıbov son ildə Aqrar Elm Təhsil və İnformasiya sahəsində həyata keçirilən institusional islahatlar, son iki ildə Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının möhkəmlənməsi, yeni müasir laboratoriyaların və tələbə yataqxanalarının istifadəyə verilməsi, tədrisin keyfiyyətinin artırılması sahəsində görülmüş işlər və innovativ texnologiyaların fermerlərə ötürülməsi barədə ətraflı məlumat verib və dövlətlə özəl sektor arasında sıx əlaqələrin qurulmasında bu memorandumun əhəmiyyətini vurğulayıb.
 
Sonda tərəflər arasında kadr hazırlığına dair geniş fikir mübadiləsi aparılıb.
Məqalə Göndər








Загрузка...