Xəbərlər
06 mart 2017
977

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

 

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub. Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, "Abituriyent” jurnalının 1-ci nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul imtahanı proqramları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri öz əksini tapıb.
 
Jurnalın bu nömrəsində eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, Dövlət İmtahan Mərkəzi mütəxəssislərinin oxucuların sorğularına cavabları və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
 
Jurnalı DİM-in müvafuq  ünvanlarda yerləşən binalarındakı "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...