Xəbərlər
19 may 2016
3 790

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib"Yaşıl paket” tədris vəsaitinin təqdimatı keçirilib
Mayın 16-da Heydər Əliyev Mərkəzində "Yaşıl paket” multimedia dərsliyinin ikinci nəşrinin təqdimatı keçirilib.
Dərs vəsaiti ətraf mühit və davamlı inkişaf barədə məktəblilərdə erkən yaşlardan təsəvvür yaratmaq və gəncləri təbiətə qarşı məsuliyyətli ruhda tərbiyə etmək məqsədilə hazırlanıb. Burada insan - təbiət münasibətlərinin müxtəlif aspektləri, həmçinin iqtisadi inkişaf və artımın ətraf mühitə zərər vermədən mümkünlüyünün sirləri əksini tapıb. Dərsliyin interaktiv oyunlar və videoçarxlarla zəngin olması onun mənimsənilməsini əyləncəli və asan edir.
Qeyd edək ki, "Yaşıl paket” Azərbaycanda ilk dəfə 2006-cı ildə nəşr olunub və ötən on il ərzində informasiya texnologiyalarının inkişafı onun yenilənməsini şərtləndirib. Bununla əlaqədar, IDEA İctimai Birliyi, Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzi (REC) və "Davamlı inkişaf uğrunda” İctimai Birliyinin iki il davam edən birgə səyi nəticəsində "Yaşıl Paket”in  yeni nəşri hazırlanıb.  
Təqdimatda dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, respublikanın müxtəlif bölgələrindən olan müəllim və mütəxəssislər iştirak ediblər.
Tədbir zamanı "Yaşıl paket” vəsaitinin müəllifləri ilə yanaşı, IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin nümayəndələri layihə barədə iştirakçılara geniş məlumat veriblər. Qeyd olunub ki, davamlı inkişaf və ətraf mühit haqqında interaktiv tədris vəsaiti hesab edilən "Yaşıl paket” orta məktəb müəllimləri və şagirdləri, eləcə də əlavə təhsil sistemi üçün nəzərdə tutulur, vəsait modul struktura malikdir.
Təqdimatı keçirilən "Yaşıl paket” tədris vəsaitinin növbəti dərs ilindən etibarən müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu dərsliyin ölkədə tətbiqi tədris sahəsində yenilik olmaqla yanaşı, məktəblilərin ətraf mühiti innovativ üsullarla dərk etməsinə yol açacaq. 
Qeyd edək ki, gənclərin ekoloji təhsili IDEA İctimai Birliyinin prioritet fəaliyyət sahələrindəndir. IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən resurs mərkəzlərində müntəzəm şəkildə həyata keçirilən ekoloji tədris proqramı 5 yaşdan başlayaraq müxtəlif yaş qruplarında olan uşaqları, o cümlədən gəncləri əhatə edir.
ideacampaign.org
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi , İDEA və ASAN xidmət birgə aksiya keçirəcək...

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

"Təhsil Qanunu"na aid testlər və cavabları

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

SOS ! Ekoloqlar həyəcan təbili çalır -   Mingəçevir fəlakətlə üz-üzə -

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla