Xəbərlər
01 mart 2017
2 843


ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

 

25 fevral 2017-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "ASAN School” könüllülük məktəbi çərçivəsində "İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. 
 

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

 

Çıxışı zamanı Bəxtiyar Aslanbəyli bildirib ki, hər bir gənc davamlı olaraq öz üzərində işləməli, biliklərini yeniləməlidir. Özünəinamın təhsil və iş prosesində vacibliyi haqqında danışıb, gənclərin oxuduqları kitablara diqqət etmələrini tövsiyə edib.
 

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

 

200-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Bəxtiyar Aslanbəyli gəncləri maraqlandıran sualları cavablandırıb. 
 

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

 

Qeyd edək ki, 2015-ci ildən başlayan bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edir, onları maraqlandıran suallara cavab tapmaq şansı qazanırlar. 
 

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

 

Bəxtiyar Aslanbəyli görüşün keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb.
 

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

Məqalə Göndər








Загрузка...