Xəbərlər
24 fevral 2017
3 257


ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında fevralın 24-də Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Anım mərasimində ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi iştirak edib. Mərasim iştirakçıları öncə Xocalı soyqırımını və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən sərgi ilə tanış olublar. Mərasimdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib və Xocalı faciəsi qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimində çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır. Həmin o dəhşətli gecədə Xocalı şəhəri sakinləri ilə birgə tamamilə məhv edilib. Faciə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb, 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olub, 487 dinc sakin ağır yaralanıb.
 

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

 

Rektor qeyd edib ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı əməli tədbirlər yalnız ulu öndərimiz Heydər Əliyevin xalqımızın çox böyük istəyi və inadlı tələbi ilə Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtmasından sonra həyata keçirilib. Bu məqsədlə atılan addımlardan biri isə Xocalı faciəsinə siyasi- hüquqi qiymətin verilməsi olub. Xalqımızın dahi lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə "Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib, BMT-yə və dünyanın aparıcı dövlətlərinə bu faciənin mahiyyətini açıqlayan və beynəlxalq ictimaiyyəti erməni terrorçuluğuna qarşı təsirli tədbirlər görməyə çağıran müraciət ünvanlanıb. Ulu öndərimiz Heydər Əliyev "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli müvafiq Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. 
 

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

 

Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələləri həmişə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Respublikamızın 48 rayonunda məskunlaşmış xocalılara dövlət səviyyəsində hər cür qayğı və köməklik göstərilir. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyeva bütövlükdə Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətin lazımi səviyyədə məlumatlandırlması üçün səmərəli əməli fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayının 8-dən başlayaraq beynəlxalq miqyasda "Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, beynəlxalq səviyyədə Xocalı soyqırımına adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər keçirilir, təbliğat-təşviqat işi aparılır. Hazırda bu kampaniya dünyanın bir çox ölkələrində uğurla davam etdirilir. Biz tələbə-gənclərə Xocalı faciəsinin mahiyyətini dərindən öyrətməli, onları milli ruhlu vətəndaş kimi tərbiyə etməliyik.
 

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

 

Anım mərasimində Xocalı soyqırımını əks etdirən videoçarx və Tələbə Gənclər Təşkilatının (TGT) hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, həmçinin faciəyə həsr edilən yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.
 

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

 


Məqalə Göndər








Загрузка...