Xəbərlər
14 fevral 2017
665

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

 

Fevralın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının təşkilatçılığı ilə "Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda dəyirmi masa keçirilib.
 
Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva dəyirmi masanın hər bir azərbaycanlı üçün ağrılı bir hadisə olan Xocalı qətliamının 25-ci ildönümünə həsr olunan silsilə tədbirlər planı əsasında keçirildiyini diqqətə çatdırıb.
 

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

 

O, bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələndiyini bildirib. Ə.Abdiyeva Xocalı soyqırımının dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi sözlərinə əlavə edib.
 

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

 

Dəyirmi masanın digər iştirakçları Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi, törədilən insan tələfatı və vandalizmin məhz Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsi haqqında məlumat verib, həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi tutmasından, ayrı-ayrı dövrlərdə xalqımızın müstəqilliyə doğru inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd olan müxtəlif təxribat və qırğınlar törətməsindən bəhs ediblər.
 

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

 

Onlar Heydər Əliyev Fondunun "Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiklərini diqqətə çatdırıblar.
 

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

 

Sonda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev mövzu ilə bağlı ətraflı müzakirələrin yer aldığı dəyirmi masanı təqdirəlayiq qiymətləndirib, onun ərsəyə gəlməsində əməyi keçən Sosial elmlər kafedrasına təşəkkürünü bildirib. O, həmçinin tələbələri sistemli şəkildə bu tip tədbirlərə cəlb edərək, onların milli ruhda tərbiyə olunmasına xidmət edilməsinin vacibliyini qeyd edib.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...