Xəbərlər
04 fevral 2017
2 843


"Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

  "Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

 

Fevralın 3-də Göygöl şəhər 1 saylı tam orta məktəbdə "Göygöldə alman izləri” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşları, könüllülük proqramı çərçivəsində Gəncə şəhərində çalışan Sebastian Meyr  və digər xarici qonaqlar, şəhər 1,3,4,6 nömrəli tam orta məktəblərin VII, VIII,IX sinif şagirdləri və müvafiq məktəblərin  tarix müəllimləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin dərsdən sonra asudə vaxtının səmərəli təşkili, onların tarix fənninə olan marağın artırılması,dünyagörüşü və məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsidir.
Tədbirdə Göygöldə alman izləri mövzusu ilə bağlı əyani vəsaitlər vasitəsilə çıxışlar olub. Mövzu ilə bağlı şagirdlərin sualları cavablandırıldıqdan sonra alman qonaqların iştirakı ilə maarifləndirici oyunlar keçirilib.
Məlumat üçün bildirək ki, layihənin davamı olaraq növbəti günlərdə müvafiq mövzu ətrafında bilik yarışı keçiriləcək.
 
aztehsil.com
Raminə Məmmədova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...