Xəbərlər
04 fevral 2017
2 898


Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

 

Elektron dərslik portalının onlayn istifadəçilərinin yanvar ayı üzrə müqayisəli statistikası açıqlanıb.
 
Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, statistikada son 3 ildə yanvar ayları üzrə onlayn istifadəçilərin sayı əks olunub. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində www.e-derslik.edu.az portalından 63.442 istifadəçi onlayn olaraq istifadə edib.
 
Bu rəqəm 2015-ci ilin yanvar ayı  ilə müqayisədə (10.612) 6 dəfə, 2016-ci ilin yanvar ayı ilə müqayisədə isə (31.776) 2 dəfə çoxdur.
Məqalə Göndər








Загрузка...