Xəbərlər
03 fevral 2017
3802

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

 

Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar nazirliyin Tədbirlər Planı təsdiqlənib.
 
Fevralın 24-də ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
 
Tədbirlər planında fevral ayında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişinin təşkili öz əksini tapıb.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...