Xəbərlər
02 fevral 2017
4 818


İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

 

Dövlət İmtahan Mərkəzi (DİM) nəzarətçi-müəllimlər üçün keçirilən treninqləri başa çatdırıb. DİM-dən APA-ya verilən xəbərə görə, 30 yanvar–1 fevral, 10 yanvar- 1 fevral tarixlərində keçirilən və bütün resublika ərazisini əhatə edən bu prosesdə 78 rayonun 1558 təhsil müəssisəsindən 4490 nəzarətçi‑müəllim iştirak edib.
 
Cari ildə keçirilən seminarlara yeni, təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər dəvət olunublar. Hazırda "Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə  14817 nəzarətçi-müəllim haqqında məlumat var. Təlimlərdə iştirak etməyən digər müəllimlər isə təyin olunduqları imtahandan bir neçə gün öncə seminar-məşğələlərə cəlb olunacaqlar.
 
Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.






Загрузка...