Xəbərlər
01 fevral 2017
3 324


Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

 

Şəki, Astara, Qax, Qəbələ, Qusar, İsmayıllı, Qobustan rayonlarındakı orta məktəblərin istiliklə təminatında problemlər yaranıb.
 
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bölgələrlə yanaşı, Bakının da 165, 137 və 198 saylı məktəblərində oxşar problemlər yaranıb. Məktəblərdə istilik sistemi ilə bağlı problemin əsas səbəblərindən biri verilən qazın təzyiqinin aşağı olmasıdır.
 
Nazirlikdən əlavə edilib ki, qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar, daha çox dağlıq və dağətəyi rayonlarda şagirdlərin dərsə davamiyyəti kəskin şəkildə aşağı düşüb. Soyuq hava şəraiti Bakının mürəkkəb relyefli ərazilərində yerləşən məktəblərdə də davamiyyətə təsir edib.
 
Nazirlikdən qeyd edilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar sabah da məktəblərdə davamiyyətin zəif olacağı gözlənilir.
 
Hazırda Təhsil Nazirliyinin məsul əməkdaşları mütəmadi olaraq, rayonlarla əlaqə saxlayır, yerlərdə tədrisin təşkili barədə məlumatlar toplayır və onları təhlil edirlər.
 

 

Qeyd edək ki, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib. Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.

 
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.
Məqalə Göndər








Загрузка...