Xəbərlər
01 fevral 2017
2 998


Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

 

 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12438 müraciət daxil olub. Statistikaya əsasən Telefon Məlumat Mərkəzində 9615 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2823 vətəndaşa xidmət göstərilib.


Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həllini tapıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (586 məktub, 389 ərizə, 253 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.
 

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

 

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2450 zəng) və çərşənbə axşamı (2176 zəng) günləri, əsasən saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (769 müraciət) və çərşənbə axşamı (606 müraciət) günləri, əsasən saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
Məqalə Göndər








Загрузка...