Xəbərlər
31 yanvar 2017
3 446


ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

 

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 31-də başa çatdı. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin diqqət mərkəzində olub. İmtahanlar qrafikə uyğun olaraq hər gün vaxtında başlayıb. Məlumat üçün bildirək ki, universitetdə hər gün yazılı qaydada imtahanlar saat 9:00, 12:00 və 15:00-da keçirilib və tələbələrə 5 sual təqdim edilib.
 
Tələbələrə sualları cavablandırmaq üçün 2 saat 15 dəqiqə vaxt verilib. Universitetdə hər gün yazılı qaydada və test üsulu ilə təxminən 4 minə yaxın tələbə imtahan verib. Qeyd edək ki, tələbələrin böyük əksəriyyəti yazılı qaydada imtahan verməyə üstünlük verib. Test üsulu ilə imtahan verən tələbələrin isə imtahanları səhər saat 9:00-dan 18:00-a kimi keçirilib. Bu üsulla imtahan verən tələbələrə 25 sual təqdim edilib. Onlara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. 
 

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

 

ADPU-da yaradılmış İmtahan Qərargahına və Apelyasiya Komissiyasına edilən müraciətlər çevik şəkildə, diqqətlə araşdırılıb və qanun çərçivəsində müvafiq qərarlar qəbul edilib. Eyni zamanda universitetdə valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edib. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə nəzarət edib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, bütövlükdə imtahan prosesi mütəşəkkil təşkil edilib.
 

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə Redaqoji Universitetdə imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
 
aztehsil.com
Məqalə Göndər








Загрузка...