Xəbərlər
24 yanvar 2017
3219

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

 

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Coğrafiya fənnindən 24 şagird, riyaziyyatdan 11,  tarixdən 8, biologiyadan 8, Azərbaycan dilindən 5 şagird olmaqla ümumillikdə 56 şagird Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək.

Rayon turunda ən yüksək nəticəni Ağstafa şəhər texniki- humanitar təmayüllü liseyin 9-cu sinif şagirdi Fərid Mürşüdov və Pirili kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Bəhram Bayramov  göstərib. Hər iki şagird coğrafiya fənnindən 84% nəticə  göstərib.

Xatırladaq ki, respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Ağstafa rayon ümumi təhsil məktəblərindən 289 nəfər şagirdin iştirak edib.

Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.

 

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

 

aztehsil.com

Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr xidmətinin məsul şəxsi)

 





Whatsapp'ta Paylaş



Загрузка...
loading...