Xəbərlər
23 yanvar 2017
3 230


İbtidai sinif müəllimlərinin seminarı keçirilib

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

 

Abşeron Rayon Təhsil Şöbəsində ibtidai sinif müəllimlərinin seminarı keçirilib. Seminarda Təhsil İşçilərinin Peşakar İnkişaf İnstitutunun direktor müavini Nəzakət Məmmədova, Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin baş mütəxəssisi Nərgiz Rəcəbova, Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Nisəxanım Rzayeva və rayon ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.

 

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

 

Seminarda mütaliənin uşağın ilkin inkişafında və inkişafının sonrakı mərhələlərində böyük rol oynamasından, elmi biliklərin mənimsənilməsində əlverişli mühitin yaradılması yollarından, gənc müəllimlərin qiymətləndirmə sahəsində qarşılarına çıxan problemli məsələlərdən danışılıb.

 

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

 

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Yavər Əhədov çıxış edərək, bu seminarda müəllimlərin çox suallara cavab tapdıqlarını, belə seminarların onlar üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Müəllimlər təşəkkürlərini bildirərək belə öyrədici seminarların tez-tez təşkil olunmasını arzulayıblar.

 

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

 

aztehsil.com







Загрузка...