Xəbərlər
21 yanvar 2017
5588

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

 

2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

 

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin maaşları yanvar ayından etibarən artımla alacağı nəzərdə tutulub.

 

Aztehsil.com-un məlumatına görə, faktor.az-a məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilov artımın diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil edildiyini bildirib.

 
Təhsil ekspertinin sözlərinə görə, nəinki artım, o cümlədən müəllimlərin dekabr ayı üçün nəzərdə tutulan maaşların verilməsində gecikmələr müşahidə olunur. Qaldı ki, yanvar ayından etibarən maaşların artımla verilməsinə, doğrudur, bu haqda qərar qəbul edilib, geci-tezi var, veriləcək.
 
"Məlum olduğu kimi ölkə prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb.
 
Artım diaqnostik qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmadan bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.
 
Növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur”.
 
Nadir İsrafilov onu da qeyd edib ki, diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.
 
"Yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan müəllimlərin attestasiyası isə daha geniş formatda olacaq və bu zaman müəllimlərin əməyi stimullaşdırılaraq  onların əməkhaqqına differensial yanaşma tətbiq olunacaq".






Whatsapp'ta Paylaş

loading...

Загрузка...