Xəbərlər
20 yanvar 2017
3 358


BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

Bu gün Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdən əvvəl universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarı önünə qərənfil dəstələri düzüblər.

20 Yanvar faciəsi ilə bağlı Bakı Slavyan Universitetinin foyesində stend hazırlanıb, tərcümə fakültəsinin I kurs tələbəsi Klara Cəfərovanın rəsmləri sərgilənib.

 

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

"Şəhidli Şahidli Qanlı Yanvar” adlanan tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 27 il öncə Azərbaycan xalqının öz azadlığı, toxunulmazlığı uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri, acı fəryadları ürək ağrısı ilə dinləyicilərin nəzərinə çatdırıb. Rektor bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. Nurlana Əliyeva çıxışının sonunda bütün Azərbaycan xalqına başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.

 

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

Mərasimdə tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Qələbə Əlillər Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Mehdi Vedili, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Qarabağ müharibəsi veteranı, BSU-nun dosenti Sadir Məmmədov, tarix elmləri doktoru Habil Məmmədov, dosent Ərzuman Əmirov çıxışlarında Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin yaranma səbəbləri və faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat veriblər. 

 

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühim əhəmiyyət kəsb etdiyini deyən çıxışçılar bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.

 

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

Sonra BSU tələbələri şəhidlərə həsr edilmiş şeirlər deyib, "Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

 

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

 

aztehsil.com

Məqalə Göndər








Загрузка...