Xəbərlər
17 yanvar 2017
4 531


Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

 

 Təhsilimizin saxta diplom problemi yenə də aktuallığını itirmir. Son illər bu məsələ ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlərin sayı azalıb


"Saxta diplomlarla bağlı məsələ aktualdır. Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir”. APA-nın xəbərinə görə, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev deyib. K. Əliyevin sözlərinə görə, saxta diplomlar şərti olaraq 2 qrupa bölünür: "Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür. İkinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir. Qeyd edim ki, saxta diplomlarla bağlı Təhsil Nazirliyinin bizə müraciəti əsasında iş aparılır”.

Yeri gəlmişkən, saxta diplomlar Təhsil Nazirliyinin verdiyi dövlət sənədindən bir sıra işarələri ilə fərqlənir. Məsələn, diplom blankının içərisində gizlədilmiş qoruyucu işarələr saxta diplomlarda olmur. Bunu müəyyənləşdirmək üçün müvafiq aparat vasitəsilə ultrabənövşəyi şuaların köməyi ilə kağızda olan işarələrlə müəyyən olunur. Ən etibarlı vasitə isə Təhsil Nazirliyinin müvafiq şöbəsində toplanmış dövlət nümunəli sənədlərin baza məlumatlarıdır.

Belə ki, Təhsil Nazirliyi təhsil müəssisələrinin sifarişi əsasında diplom blankları hazırlayaraq müəssisəyə təqdim edir. Əvvəlcə təhsil müəssisələri məzunların sayına müvafiq olan siyahıları Nazirliyə təqdim edir. Həmin siyahıların həqiqiliyi müvafiq ildə TQDK orta məktəbi bitirib ali məktəbə qəbul olunmuş tələbələrin siyahısı və nazirlikdəki digər sənədlərlə üzləşdirilir. Siyahnın dəqiqliyi müəyyən edildikdən sonra siyahıya uyğun sıra nömrəsilə diplom blankları həmin təhsil müəssisəsinə təqdim olunur.

Digər tərəfdən artıq Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası da mövcuddur. Bu bazaya Təhsil Nazirliyinin saytındakı "Nostrifikasiya” bölməsinin "Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar. Bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcək. Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nadir İsrafilov isə hesab edir ki, saxta diplom problemi həmişə olub: "Amma ədalət namimə deyə bilərik ki, hazırda sözügedən problem qismən həllini tapıb. Yəni, bu istiqamətdə müəyyən işlər aparılıb. Lakin vaxtı ilə saxta diplomla bağlı böyük statistikalar da açıqlanıb. Amma məsələ ondadır ki, saxtakarlığın meyarı açıqlanmayıb. Bəzən xarici ali məktəbin diplomu tanınmır. Bu qəbildən diplomlar var ki, saxta hesab edilir. Saxta diplom odur ki, möhürü, imzası əsl deyil. Həmçinin ali məktəb oxumadan alınmış diplom da saxta hesab edilir. Saxta diplomlar eyni zamanda tələbə köçürülməsi ilə əlaqədardır.
 
Tutaq ki, hansısa fakültəyə birinci kursda 100 nəfər qəbul olursa, 4 ildən sonra 150 nəfər məzun çıxır. Xarici universitetlərdən köçürülmələrin nəticəsində belə hallar baş verir. Ancan artıq tələbələrin köçürülməsinin qarşı alınıb. Həmçinin saxta dipomaların olmasının əsas səbəblərindən biri də cəzasızlıqdır. Yəni, biz saxta diplomlularla yanaşı, həm də bu işə rəvac verənləri müəyyənləşdirməliyik. Digər tərəfdən hazırda Təhsil Nazirliyi müvafiq Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa tələbə göndərir. Amma bununla yanaşı, paytaxtda ayrı-ayrı mərkəzlər fəaliyyət göstərir ki, onlar xaricə tələbə göndirirlər.
 
Sonradan isə bu mərkəzlərin xətti ilə təhsil alan tələbələr saxta diplomlu mütəxəssis elan olunur. Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar».

Mövzu ilə fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyev isə deyib ki, saxta diplom anlayışına bir neçə münasibət mövcuddur: «Birinci yanaşmaya görə 1992-ci ildən tətbiq olunmuş test üsulu ilə imtahan verməyərək, ali məktəblərə qəbul olunanların diplomuları saxta sayılmalıdır. Eyni zamanda saxta diplomlu tələbələr bir tədris ilini Rusiyanın ali məktəblərinin filiallarında və ya Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərdə təhsil alan, daha sonra isə ölkənin digər ali məktəblərin ikinci kursuna keçirilənlər sayılır. Ali məktəblərə bir gün belə getməyən, adları jurnalda, dekanlıqda olmayan şəxslərin aldıqları diplomlar da etibarsız sayılır. Bu zaman ali məktəblərin diplomları oxşadılaraq, ali məktəb və kollejlərin rəhbərlərinin imzaları oxşadılaraq diplom verilir. Bu da saxta diplomlar sırasına aid edilməlidir.

Bu ali məktəblərin rəhbərləri zaman-zaman onlara verilən ali məktəblərin diplomlarının seriyalarını, onların üz vərəqələrini skan edərək diplom nümunələri çap edirdilər. Daha sonra bunlar xeyli sayda vətəndaşlara paylanılırdı. Bu proses uzun müddət davam etsə də, artıq bunun qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, həmin vətəndaşların ali məktəblərdə təhsil aldıqları zaman olmasa da, işlədikləri dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar vasitəsilə tələbə adı almadığı məlum oldu.
 
Bu halda bütün məsuliyyət qanunsuz əmrləri imzalayan ali məktəb rəhbərlərinin üzərində qalırdı. Bundan sonra isə xarici ölkələrdən Azərbaycanın ali məktəblərinə köçürmələrlə bağlı qaydalar sərtləşdirildi. Artıq başqa yollarla xarici universitetlərə qəbul olunub, sonradan Azərbaycana gəlmək istəyənlərin yolu bağlanıb. Digər tərəfdən isə, daha çox saxta tələbə qəbulu aparmaqda adı hallanan Azərbaycan Beynəlxalq Universiteti və İctimai Siyasi Universitet bağlandı. Bu isə digər universitetlər üçün bir dərs oldu. Hazırda inanmıram ki, hansısa ali məktəb rəhbərliyi qanunsuz yolla tələbə qəbulu aparsın. Bütün bunlar isə göstərir ki, hazırda saxta diplom almaq yollarından bir neçəsi bağlanıb. Amma bütövlükdə bu halların qarşısının alınması üçün ciddi araşdırmalar aparılmalı və günahkarlar cəzalandırılmalıdır”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də problemdən tam çıxış yolunu saxta diplomu alanlara və işi təşkil edənlərə qarşı ciddi cəza tədbirləri həyata keçirməkdə görür: "Saxta diploma tələsindən xilas olmağın çox yığcam və qısa bir cavabı vardır. Hər hansı cinayət əməlinin kökünü kəsmək üçün o əməli törədənlərə qanun çərçivəsində ciddi cəza verilməlidir. Bu da bütün digərləri üçün örnək olur, başa düşürlər ki, belə bir pis əmələ yol verməklə ağır cəzalara məhkum olacaqlar. Neçə illərdən bəridir ki, ölkədə saxta diplom məsələsi gündəmdədir.
 
İctimai fikir belə çirkin əməllərin əleyhinədir və hər zaman problemi qabardaraq onun aradan qaldırılmasının vacibliyini vurğulayıb. Amma məsələ ondadır ki, bizlər qərar verən, cəza təyin edən deyilik. Birinci növbədə müvafiq qurumlar onu üzə çıxarıb saxta diplomaları məhv etməlidir”.
 
aztehsil.com
istinad-hafta.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....

Müəllimlərin nəzərinə! Müəllim məktəbə gələrkən ....

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Təhsil Nazirliyi 571  xarici diplomu tanımadı !

Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov