Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

 


"Azərbaycan müəllimi” qəzetinin 11.09.2009-cu il tarixli nömrəsində "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətlən-dirmənin aparılması Qaydaları”nın layihə variantı çap edilib. Ötən müddət ərzində bu layihə yerlərdən daxil olan rəy və təkliflər əsasında yenidən işlənib və təkmilləşdirilib.

Aşağıda "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasınQaydaları”nın yendən işlənmiş variantını çap edir və nəzərinizə çatdırırıq ki, fənn bkurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə bu "Qaydalar”
əsasında aparılır.

Sinif jurnallarının ilk səhifələrində verilmiş göstərişlər bu qaydalarla əlaqəli şəkildə həyata keçirilir. Sinif jurnalında yalnız kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri öz əksini tapdığına görə hər dərs şagirdlərin adlarının qarşısında onların dərsdə iştirak edibetməməsinə müvafiq olaraq "+”, "q” işarələri qeyd edilir.

1. Məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) (diaqnostik, formativ və summativ qiymətləndirmələr), kurikulum üzrə qiymətləndirmə (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluq səviyyəsini ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə
yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ibarətdir.

2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.

3. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə əsasən dərs ilinin, bəhs və bölmələrin əvvəlində, şagird başqa məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, ona fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək üçün müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.

4. Formativ qiymətləndirmə dərs ili ərzində müntəzəm olaraq şagirdin qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və onu istiqamətləndirmək məqsədilə müəllim tərəfindən aparılır. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlərin ehtiyaclarını öyrənir və onlara lazımi kömək göstərir. Formativ qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. 
 
5. Formativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından çıxan təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə aparılır, onun nəticələri yalnız şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.

6. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaq-la, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixlə jurnalda qeyd olunur.

7. Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb rəhbərliyinin iştirakı ilə fənni tədris edən müəllim tərəfindən keçirilir.

8. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.

9. Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Qiymətləndirmə vasitələrindən həmin dərs ilindəki növbəti summativ qiymətləndirmələr zamanı istifadə olunmasına yol verilmir. Bu vasitələr növbəti dərs illərində istifadə olunmaq məqsədilə məktəbin test
bankına daxil edilir.

10. Kiçik summativ qiymətləndirmələrin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.

11. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni qiymətləndirmə vasitələri hazırlanır.

12. Böyük summativ qiymətləndirmənin nəticələrinə görə ən çoxu üç fəndən qeyri-kafi qiymət alan II-VIII və X sinif şagirdləri "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”a uyğun olaraq yay tədris tapşırıqları alırlar. Yay tədris tapşırıqlarını ən azı bir fəndən yerinə yetirməyən
şagirdlər təkrar sinifdə saxlanılırlar.

13. IX və XI siniflərdə bu məsələlər "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 27, 28 və 29-cu bəndləri ilə tənzimlənir.
 

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

 

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

 

16. Summativ qiymətləndirmə tapşırıqları dörd nailiyyət səviyyəsinə uyğun hazırlanır və qiymətlər düzgün cavabların əsasında müəyyənləşdirilir. Tapşırıqlar səviyyəsinə görə asan, orta və çətin olur.

17. Tapşırıqların ümumi sayının 10%-nə qədər düz cavab verən şagird "1”, 10% daxil olmaqla 20%-nə qədər düz cavab verən şagird "2”, 20% daxil olmaqla 50%-nə qədər düz cavab verən şagird "3”, 50% daxil olmaqla 80%-nə qədər düz cavab verən şagird "4”, 80% daxil olmaqla 100%-nə qədər düz cavab verən şagird "5” qiymətlə qiymətləndirilir. 
 
18. Summativ qiymətləndirmənin nəticələri beş ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.

19. Valideynlərə qiymətləndirmənin nəticələri haqqında məlumatlar məktəbli kitabçası vasitəsilə çatdırılır.

20. Böyük summativ qiymətləndirmələrin nəticələri və şagird haqqında məktəb psixoloqunun qeydləri şagirdin şəxsi işində öz əksini tapır. 



Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?