Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bəlkə qaytardılar..Cəmaləddin Əlizadə.Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..
Artıq ənənəyə çevrilmiş bir qayda olaraq tədris ili finişə doğru yaxınlaşdıqca məktəblərdə kurikulumun ləğv olunacağı haqqında məlumatlar yenidən gündəmə çıxarılıb. Bu mövzu ilə əlaqədar bir çox informasiya vasitələri-xəbər saytları da bu məlumatları manşetə çıxararaq əməlli başlı ajiotaj yaradıblar. Belə məlumatlar "Facebook” sosial şəbəkəsində də geniş müzakirə olunmaqdadır. Maraqlı fakt ondan ibarətdir kli, artıq 8 ildən artıq bir müddət ərzində kurikulumla dərs keçən müəllimlərin bir çoxları artıq bu metodun ləğvini tələb edirlər. Ayrı-ayrı müəllim qruplarında tirajlanan bu məlumat ətrafında müəllimlər geniş diskussiya açıblar. Müxtəlif prizmalardan çıxış edən müəllimlərdən kimi keçmiş sovet təhsil sistemin üstünlüklərindən, kimi indiki təhsil sistemindəki qiymətləndirmə metodlarının yalnışlığından, kimi dərsliklərin bərbad halda olmasından və digər məsələlərdən arqumentlər gətirirlər. Dilə gətirilən fikirlərdən biri də bir çox müəllimlərin repititorluq fəaliyyəti ilə bağlıdır ki, guya repititor müəllimlər olmasa, təhsilimiz birdəfəlik batar.
Bütün bunlarla yanaşı əksəriyyətinin ümumi ortaq məxrəcə gəldikləri bir nöqtə də var ki, o da keçmiş sovet təhsil sisteminə "qayıdış”la bağlıdır...
Heç şübhəsiz ki, Azərbaycan təhsil sistemində yetərincə çatışmazlıqlar var və heç də bu çatışmazlıqları danmaq olmaz. Lakin bununla yanaşı bir çox müəllimlərimizin səsləndirdikləri fikirlərin də qeyri səmimi olduğu qənaətindəyəm...
Öz məktəbimdə apardığım çoxsaylı müşahidələr və ayrı-ayrı məktəblərdən aldığım geniş məlumatlara əsaslanaraq aşağıdakı qənaətə gəlmişəm: 
Dünyada baş verən inkişaf proseslərinə uyğun olaraq bu proseslərdən kənarda qalmaq mümkün deyil və əks təqdirdə bu cəmiyyətimizin məhvinə gətirib çıxara bilər. Söhbət ondan getmir ki, bu gün təhsil sistemimiz kurikulumdan imtina etsə hər şeyin sonu ola bilər. Söhbət ondan gedir ki, cəmiyyətimizi sanki, bir sükunət bürüyüb. Əsrimiz İKT (İnformasiya kommunikasiya texnologiyaları) əsridir. Tək kitab-dəftərlə iş aşmır. Qoy bu gün lap kurikulum keçmiş sovet təhsil sistemi ilə əvəz olunsun. Yaxşı, müasir texnologiyalarsız tək kitab-dəftərləmi bu günkü şagirdin qabağınamı çıxmaq istəyirik? Gəlin reallıqdan çıxış edək. Hər hansı bir təhsil sistemini təqdir etmək fikrindən çox-çox uzağam. Lakin, gəlin görək müəllimlərimizin neçə faizi dünyada və ətrafımızda baş verən inkişafa uyğun günün tələblərinə cavab verir. Uzağa getməyə ehtiyac yoxdur. Müəllimlərin diaqnostik qiymətləndirmədən göstərdikləri ümumi nəticəyə baxmaq kifayət deyilmi? Bu gün orta məktəb şagirdi qarşısına çıxan müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir? Keçmiş sovet təhsil sisteminin üstünlüklərini gözümüzə salanların nəzərinə bircə faktı çatdırım ki, keçmiş SSRİMüəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri.. məkanında ən tanınmış pristij universitet olan MDU-nun dünyanın 100 universiteti arasında adı yoxdur. Ona görə digər ölkələrin, xüsusən, artıq keçmişdə qalan sovet təhsil sisteminin nostalgiyasını yaşamaqdansa, Azərbaycanımızın təhsilinin inkişafına nail olmaq lazımdır... Nə yolla olursa, olsun...Bundan sonra nə sovet təhsil sistemi olmayacaq nə nə sovetlər bir daha dirilməyəcək...






Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

AZTehsil.com saytı ilk dəfə canlı yayımla  - 25.05.2016 saat 17.00-da...

AZTehsil.com saytı ilk dəfə canlı yayımla - 25.05.2016 saat 17.00-da...

4-cü sinif şagirdlərinə

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi



ILK-10 Aztehsil play market