Pedaqogika elminin yaranması və ilk yazı haqqında


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Pedaqogika elminin yaranması və ilk yazı  haqqında
Pedaqogika elminin yaranması və ilk yazı  haqqında
Məktəb və pedaqogika çoxəsrlik tarixi bir yol keçmişdir. Bu yolda pedaqogika ideyalar və konsepsiyalar məcmusundan tədricən elmə çevrilmişdir. Başqa elmlər kimi pedaqogika tarixi elminin də özünəməxsus predmeti və vəzifələri vardır. "Pedaqogika" sözü iki yunan sözündən («payda» və «qoqos») əmələ gəlib, hərfi mənası "uşaq ötürən" deməkdir. O, tərbiyə haqqında elmdir. Tarixi-pedaqoji tədqiqatlarda pedaqogika tarixinin predmetinin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif  fikirlər mövcuddur. Bəzi pedaqogika tarixçiləri mütəşəkkil və məqsədyönlü təhsil-tərbiyə prosesinin  nəzəriyyə və praktikasının inkişafının öyrənilməsini pedaqogika tarixinin  predmeti hesab edirlər. Başqa bir qrup isə insanın şəxsiyyət kimi formalaşması prosesinə təsir göstərən bütün tərbiyəvi təsirlərin tarixinin təhlilini pedaqogika tarixinin predmeti sayılır. Digər bir qrup alimlərin fikirləri isə tamam başqadır. Onlar tarixi-pedaqoji prosesin predmet sahələrini qarşı-qarşıya qoyur, birini digərindən fərqləndirməyə çalışırlar. Pedaqogika tarixçisi K.Stoy pedaqogika tarixini tarixi pedaqogika, yəni pedaqoji fəaliyyətin tarixi ilə bağlı olmayan pedaqoji ideyalar tarixi kimi şərh edir. Bu nəzəriyyə geniş təbliğ olunsa da, sonrakı dövrlərdə özünə tərəfdarlar tapa bilməyib. Sosial obyekt haqqında biliklər tarixini obyektin özü haqqındakı tarixdən ayırmamaqla pedaqogika tarixinin predmetini müəyyənləşdirmək elmi yanaşma hesab edilə bilməz. Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamandan indiyə kimi ayrı-ayrı tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafınadan bəhs edir. pedaqogika tarixi təhsil təcrübəsinin tarixi inkişafını və pedaqoji bilikləri vəhdətdə, habelə təhsilin və pedaqoji elmlərin müasir problemləri ilə qarşılıqlı əlaqədə öyrənən elm sahəsidir.
Pedaqogika tarixinin strukturu, məzmunu, vəzifələri, metodoloji prinsipləri ayrı-ayrı dövrlərdə dəyişmiş, zənginləşmişdir
Tarixi inkişaf prosesində ibtidai icma quruluşu quldarlıqla əvəz olundu. Eramızdan bir çox əsr əvvəl ilk dəfə olaraq şərqdə böyük dövlətlər, şəhərlər və məktəblər əmələ gəldi. Qədim Şərq mədəniyyəti bəşəriyyətə misli-bərabəri olmayan elə bir təcrübə qoyub ki, onsuz nəinki dünya məktəb və pedaqogikasının, həm də elm və mədəniyyətinin inkişafını təsəvvür etmək qeyri-mümkündür. Bu dövrdə ilk tədris müəssisələri yaranmış, tərbiyə və təhsilin mahiyyətini dərk etmək üçün ilkin təşəbbüslər göstərmişdir. Dünyanın ən qədim mədəniyyətlərindən biri olan şumer-akkad mədəniyyəti müasir İraq ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıqları yerdə meydana gəlmişdir. Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki tarix Şumerdən başlayır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur. Qədim şumerlər, hindlilər, elamlar  piktoqrafik  yazı sistemini yaratmış və bundan  təsərrüfat  hesabı aparmaq üçün istifadə etmişlər. Şumerlərin  memarlıq, incəsənət ədəbiyyat, yazı, elmi biliklər sahəsində əldə etdikləri nailiyyətlər qədim Şərq ölkələrinin mədəni həyatında öz əksini tapmışdı. Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. Şumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür etdi. Burada təlimin əsas məqsədi sənət öyrətmək idi. Bu məktəblərdə mirzələr hazırlanırdı, mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şagirdlər şumer və akkad dillərini yaxşı bilməli, ədəbi əsərlərin üzünü köçürməyi bacarmalı idi. Onlara eyni zamanda ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, minerologiya, qrammatika ilə bağlı savad verilirdi. Məktəblər məbəd və saray yanında yaransa da, orada təhsilin məzmunu dünyəvi xarakter daşıyırdı. Müəllimlərin əmək haqqı şagirdlərdən alınan vəsait hesabına ödənilirdi. Təlim ümumi və icbari xarakter daşıyırdı. Daha çox imkanlı adamların uşaqları təhsil alırdılar ki, onlar da məktəbi bitirdikdən sonra ya məbədlərdə, ya da saraylarda zəngin və məşhur adamların təsərrüfatlarında mirzəlik edir, ya da həyatlarını elmə və tədrisə həsr edirdilər. B.e.ə.IV minilliyin sonunda qədim Misir yazısı meydana gəlmişdi. Misir yazı növü piktoriya, yəni, şəkli yazı adlanırdı. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyə olması hesab olunurdu. Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. Bu qarşılıqlı münasibətlər bərabər-hüquqlu əsaslar üzərində qurulurdu. Qədim Misirlilər heroqlifləri daş, ağac, dəri, heyvan sümükləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materialına çevrildi. Papirusların üzərində heroqliflərin olkin şəkli xeyli dəyişirdi. Bu heratik yazı adlanırdı. Heratika vasitəsi ilə ədəbi və elmi əsərlər tərtib olunurdu. Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünyasına hazırlamaqdan ibarət idi. Şagirddən hər şeydən əvvəl dinləmək tələb olunurdu. Fiziki cəza təbii və zəruri sayılırdı. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçilər öz sənətlərini uşaqlarına öyrədirdilər. Misirdə ilk məktəb b.e.ə. III minillikdə fironların yanında yaranmışdır ki, burada da gələcək mirzələr təhsil alırdı. Hakim qrupların inhisarında olan məktəblər iki cür idi:
a)saraylarda kahinlər və ya ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər
b)xırda məmurlar hazırlayan məktəblər.
Min illik bir dövrü əhatə edən antik pedaqogika b.e.ə. VII-VI əsrlərdə meydana gəlmiş, əvvəlcə İoniyada, sonralar Cənubi İtalyanın yunan şəhərində, nəhayət Afinada təşəkkül tapmış və inkişaf etmişdir. Romada isə antik pedaqoji fikir b.e.ə. II-I əsrlərdə yaranmış, eramızın V-VI əsrlərinə qədər aparıcı mövqeyə mailk olmuşdur. Antik dövrün orijinal pedaqoji nəzəriyyələri Şərqin pedaqoji ənənələrini mənimsədikdən sonra tərəqqi yoluna qədəm qoymuşdur. B.e.ə. III-II minillikdə Yunanstanda, Kritdə və Egey dənizinin bəzi adalarında öz yazisi olan mədəniyyət yaranmışdı. Bu yazılı mədəniyyət piktoqrafiyadan (piktos-şəkil, qarfo-yazı deməkdir) başlamış mixi və hecan yazılara qədər böyük bir inkişaf yolu keçmişdi. O dövrdə bu mədəniyyətə yiyələnənlər kahinlər, saray əyanları və adlı-sanlı dövlətli adamlar idi. Qədim Yunanıstanda qəbul edilmiş tərbiyə formaları Hesiodun "əməklər və günlər” poemasında da təsvir olunmuşdur. Poemada o dövrün həyat və məişət qaydaları verilir, insanın ən zəruri keyfiyyəti olan əməksevərlik ideyası ön plana çəkilir.
Respublikamızda  yeni tipli məktəblərin açılması, çoxsaylı kadrların yetişdirilməsi sahəsində ciddi dəyişikliklər 1920-ci illərdən, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra başlandı. Yalnız bu dövrdən etibarən savadsızlığın aradan qaldırılması, bütün kənd və şəhərlərdə dünyəvi təhsil məktəblərinin açılması dövlət siyasətinin vacib istiqaməti oldu. Xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalara silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanı əldə etmişdir.







Reklam yeri:

loading...

xtehsil







ILK-10 Aztehsil play market