Müəllim
27 may 2016
13 180


Təlim motivləri

  Təlim  motivləri Təlim  motivləri
Motivler hər bir fəaliyyət sahəsinde özünəməxsus xüsusiyyətlərlə təzahür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin E növlərinə görə: oyun, təlim, əmək və yaradıcılıq motivləri kimi xarakterizə edə bilərik.
Təlimmotivləriniadeten idrak motivləri veso-sial motivler olmaq üzre iki böyük qrupa bölürlər. Əgər şagirdin feallığı ayn-ayrı fenlerin (Azerbaycan dili, riyaziyyat, ta-rix, kimya və s.) tədrisi prosesinde öyrənilən obyektlerə yönelmiş-dirsə, bu zaman idrak motivlərindən danışırlar. İdrak motivlərinin aşağıdakı növleri vardır:
1.Geniş idrak motivleri (şagird bütün fenlərdə yeni faktlar, nə-zəri məsəleler, deduktiv nəticələr ve s. ile maraqlanır).
2.Tedris-idrak motivleri (şagirdde bir ve ya bir neçe fennə ma-raq əmele gəlir, o, müvafiq fənləri daha ətraflı öyrənmeyə başla-yır).
3.Özünü təhsil motivleri (şagird maraqlandığı fənlər üzrə müstəqil surətde yeni bilikler əldə etmeye başlayır).
Əgər təlim prosesində şagirdin feallığı başqa adamlarla münasibət sahəsinə yönəlirsə, bu zaman sosial motivler fərqləndirilir. Onları da üç növə bölürlər:
1.Geniş sosial motivler (şagird Vətənə, cəmiyyətə faydalı ol-
maq, öz şagird borcunu yerinə yetirmek üçün əla və yaxşı qiymetlərlə oxumağa səy gösterir).
2.Dar sosial motivlər - bunlara başqa sözlə, mövqe motivləri
deyirlər (şagird ailədə və məktəbdə yaxşı mövqe tutmaq üçün elaçı olmağa çalışır).
3. Sosial əməkdaşlıq motivleri (şagird özünün müəllimlər və sinif yoldaşları ilə münasibətlərini təhlil edir, onları daha da yaxşlaşdırmağa çalışır).
Bir sıra hallarda şagirdlərdə yaradıcılıq motivləri də özünü gösetrəir. Bu zaman təlim motivlərinin xarakteri tədricən dəyişir, onlarda yaradıcılıq üçün səciyyəvi cəhətlər əsas yer tumağa başlayır. Bundan başqa nəzərə almaq lazımdır ki, istər idrak, istərsə də sosial motivlər həm kollektivçilik, həm də dar fərdiyyətçilik, hetta eqoist istiqamətə malik ola bilər. Bu о deməkdir ki, şagirdin müeyyən bir idrak motivinə ve sosial motivə malik olması hələ onun şəxsiyyətini xarakterizə etmək üçün kifayət deyildir, şəxsiyyətin istiqamətini təhlil etmek üçün motivlərin keyfiyyətini aydınlaşdırmaq lazımdır.
Motivlərin keyfiyyətini psixoloji baxımdan aydınlaşdırarkən onları məzmun və formasına (dinamikasına) göre xarakterizə edirlər.
Motivlərin məzmun baxımından xarakteristikasına aşağıdakılar daxildir
1.Təlimin şagird üçün şəxsi məna kəsb etmesi.
2.Motivin fəallığı - təlim şagird üçün şəxsi məna kəsb etdikdə, motiv fəal xarakter daşıyır; o, sey ile oxumağa başlayır. Əks halda motiv təlimin gedişinə real tesir göstərmir.
3.Motivlərin ümumi strukturunda motivin yeri: əsas, aparıcı motiv Özünün istiqamətindən (kollektivçi və epoist xaraktər daşımasından) asılı ofaraq fəaliyyət prosəsində müxtəlif rol oynayır.
Motivin müstəqil surətdə əmələ gəlməsi ve təzahür etməsi. Motivlərin formalaşması və inkişafı prosəsinə motivasiya deyilir. Ən ümumi şəkildə burada iki cəhəti fərqləndirmək olar: a) bu və ya digər motiv şagirdin Özünün fəaliyyətində, daxili proses kimi əmələ gəlir, başqa sözlə, şagird, obrazlı şəkildə desək, öz qəlbinin hökmü ilə fəaliyyətə başlayır; b) motiv yalnız yaşlıların köməyi şə-raitində, xarici (zahiri) proses kimi əmələ gəlir, başqa sözlə, şagird başqa adamların - müəllimlərin və valideynlərin tehqiri ilə işə başlayır. Bu iki cəhətin fərqləndirilməsi psixoloji cəhətdən xüsusilə zəruridir. Əgər yaşlıları  nəzareti olmadan müvafiq motiv aktuallaşmırsa, bu о deməkdir ki, həmin motiv şagird üçün hələ zahiri xa¬rakter daşıyır
4.Bele hallarda şagird özünün təlim fəaliyyətinə for¬mal münasibət gösterir.
5.Motivlerin dərkolunma səviyyəsi. Motivlərin dərk olunmasının özünəməxsus çətinlikləri vardır. Bu, hər şeydən əvəl, onda ifadə olumır ki, məktəb yaşı dövründə dərk olunmayan təhqirlər çox vaxt sosial cəhətdən əhəmiyyətli olan motivlərin aydın dərk olunmasına mənfi təsir göstərir. Müəllim bu cəhətə həmişə diqqət yetirməli, şagirdlərin əsas, sosial cəhətdən vacib motivləri dərk et¬məsi üçün şərait yaratmalıdır. Bir çox hallarda isə, şagirdlər özlə-rinin motivlərini pərdələyirlər, təlim işinə laqeydliklərini gizletmək üçün cürbəcür bəhanələr uydururlar. Bir sıra hallarda isə sadəcə olaraq bu, psixoloji müdafiə xarakteri daşıyır: şagird müxtəlif behanələr gösterməklə hərəkətlərinə haqq qazandırmır, öz səhvlərini şəraitlə elaqələndirir (işıq sönməsəydi, tapşırıqları edəcəkdim, qonaq gəldi, yazı işini yaza bilmədim və s.) Müellim şagirdin öz fealiyyət və davranış motivlərini necə əsaslandırmasını, yeni öz hərəkət və əməllərinin sebəblərini rasional surətde necə izah etməsini öyrənməli, onları təhlil edib əməli nəticələr çıxarmalıdır.
6.Eyni bir motivin müxtəlif fəaliyyət tiplərinə, tədris fənlərinə və tədris tapşırıqlara şamil edilməsi: bir halda şagird bütün fənlərlə eyni dərəcədə maraqlanır, başqa bir halda isə bir və ya iki fənlə xüsusi maraqlanır, digər fənlər ilə kifayət qədər maraqlanır,
Motivler özlərinın formalanna görə də fərqlənirlər. Motivlelirin dinamik xarakteristikası dedikdə bu cəhəti nəzərə alırlar. Onlara
aşağıdakılar daxildir:
1.Motivlerin davamlığı. Motivlər davamlı və situativ ola bilər. Məsələn, məşhur bir aktyorla görüş zamanı şagirddə teatra maraq əmələ gəlir, lakin bir, iki günden sonra maraq başlayır. Belə hallarda situativ motivlərdən  müəyyən situasiyada əmələ gələn və həmin situasiyadan kenarda öz əhəmiyyətini itirən mo¬tivlərdən danışmaq olar. Davamlı motivlər isə şagirdin həyatında xüsusi yer tutmağa başlayır. Əgər maraq davamlı xarakter kəsb edirsə, o, hətta əlverişli şərait olmadıqda belə, şeylə oxuyur.
2.Motivlərin emosional çalarları və ya modallığı. Motivlər həmişə müsbət və xarakterli emosiyalarla müşahidə olunur.
3.Motivlərin qüvəsi və ifadə xususiyyətləri motivlər güclü olduqda şagird saatlarla işləməkdən doymur, ev tapşırıqlarını
4.hamısını səylə yerinə yetirir. Motivlər zeif olduqda isə o, ev tapşırıqlarıı «başdansovlu» icra edir. Validəynlərin sözləri ilə desək, «oturub işləmək» üçün «hövsələsi çatmır».
Bir tələbənin referatından...

Məqalə Göndər








Загрузка...