Müəllim
26 may 2016
5 266


İbrətamiz hekayə - Usta

Ustaİbrətamiz hekayə - Usta
Fakültədə ilk dərsə girəcəkdim. Buna görə də yeni aldığım kostyumu geyinmiş, eynirəngli çantamı götürüb evdən çıxmışdım.Maşınımı qoyduğum dayanacağa tərəf gedəndə birdən özümü saxlaya bilməyib yıxıldım. Görünür, çox fikirli olduğum üçün yolumun üstündəki dəmir parçasını görməmişdim. Şalvarımın bir dizi cırılmış, sol ovcum isə zibil qutusuna dəyərək yaralanmışdı. Özümü yığışdırıb tez ayağa qalxdım və şalvarımın cırığını çantamla örtərək evə qayıtdım...
Sonra cırılan şalvarımı bir dərziyə apardım. Dərzi şalvara baxana qədər başıma gələnləri danışdım və sözarası ovcumdakı yaranı göstərdim. Dərzi yaşlı bir adam idi. Gözlüyünü taxaraq, əvvəlcə, əlimdəki yaraya, sonra da şalvarıma baxdı. Diqqətlə göz gəzdirdikdən sonra:
- Şənbə günü gələrsən! - dedi.
Ancaq işlərim çox olduğu üçün dərzinin yanına bir aydan sonra gedə bildim. Şalvarımı təmir edib, rəfin ən yuxarı gözünə mənə verəndən sonra:
- Çox qəribə parça idi. Hörmək o qədər də asan olmadı. Borcunuzu kağızda yazmışam, - dedi.
Parçanın üstündəki kağıza baxanda qeyri-ixtiyari:
- Bu, bir qədər çox deyilmi? - deyə soruşdum, - üstəlik, hördüyünüz yerlər də bilinir.
Görünür, dərzini hövsələdən çıxarmışdım. Gözlüyünü çıxararaq:
- Oğlüm, - dedi, - qırx ildir ki, bu işlə məşğulam. Əgər bu ətrafda məndən yaxşı bir sənətkar tapa bilsən, səndən bir qəpik də almayacağam.
Yaşlı adamı daha çox hövsələdən çıxarmamaq üçün susmağı üstün tutdum və pulu çıxarmaq üçün əlimi cibimə atdım. Pullar əlimə dəyən kimi sanki beynimdə bir şimşək çaxdı. Az qala qışqıra-qışqıra:
- Tapdım! Dediyiniz o Sənətkarı tapdım, - dedim.
Sonra da əlimi ona uzadaraq:
- Bax, - dedim, - həmin gün bu şalvarla bir yerdə əlimi də yaralamışdım. İndi o yaradan əsər - əlamət də yoxdur!...
Yaşlı adam heyrət dolu gözlərlə əlimə baxdı. Bir anlığa dodaqlarının titrədiyini, gözlərinin dolduğunu hiss etdim. Kövrək bir səslə:
- Haqlısan, oğlum, - dedi, - çox haqlısan. Ömrümü bu işə həsr etdyim halda, necə olur ki, o Ustanı unutdum?..
Yaşlı dərzini pul almaq üçün güclə razı sala bildim.Artıq onun yanına tez-tez gedir, hal-əhval tuturdum. O da hər dəfə məni gülərüzlə qarşılayır və " qırx il sonra şagird oldum " deyirdi...
kayzen.az
Məqalə Göndər








Загрузка...