Əxlaq tərbiyəsi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Əxlaq tərbiyəsiƏxlaq tərbiyəsi:
        Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. "Əxlaq - insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması,  kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.
        Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, "əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.
        Yaşlı insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir. Məsələn, mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında və digər şəkildə həyata keçirilir.



Aztest.info





Reklam yeri:

loading...

xtehsil