Loborant
06 may 2016
25 623


Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır
1.Vəzifənin ümumi müddəaları
1.1 Kimya otağının laborantı məktəbin direktorunun əmri ilə kimya otağıının rəhbərinin müşayəti altında vəzifəyə qəbul oluna və kənarlaşdırıla bilər.
1.2 Təcrübədən asılı olmayaraq laborant ali və ya orta ixtisas təhsilinə malik olmalıdır.
1.3 Laborant şərtsiz olaraq kimya kabinetinin(sinfinin) məsul müəlliminə (rəhbərinə) tabedir.
1.4 Laborantın əsas vəzifələrinə laboratoriya üzrə texni işlərin yerinə yetirilməsi və laboratoriya avadanlıqların dərsə hazırlanması daxildir.
1.5 Laborant vəzifəsini ümumtəhsil kimya prosedurlarına və mövcud laborant təlimatına əsaslandırmalıdır.
1.6 Laboranta metodik nəzarət kimya otağının rəhbəri tərəfindən həyata keçirilir.
1.7 Laborantın müvəqqəti yoxluğu zamanı onun vəzifə öhdəliklərini kimya müəllimi yerinə yetirir.
2. Kimya otağı laborantına ümumi tələblər
2.1 Bu vəzifəyə təyin olunurlar:
2.1.1 İş təcrübəsi nəzərə alınmadan ali təhsilli şəxs-5-ci dərəcə
2.1.2 Laborant ixtisası üzrə qısa müddətli kurs keçmiş orta ixtisas təhsilli şəxs- 4-cü dərəcə
2.2 Kimya otağı laborantı bilməlidir:
2.2.1 Dövlət Konstitutsiyasını,Təhsil Nazirliyi və idarəsi üzrə olan qanunları,şagird hüquqları konvensiyasını,məktəbdə laborant təlimatını
2.2.2 Laboratoriya üzrə metodikaları,normativ sənədləri,təlimatları
2.2.3 Pedoqogikanın və təhsil inkişafının əsas istiqamətlərini və perspektivlərini
2.2.4 Kimya otağı avadanlıqlarının və reaktivlərinin klassifikasiyasını,tətbiqini,xüsusiyyətlərini
2.2.5 Tədris məkanlarında və kimya otaqlarındakı avadanlıqlara olan tələbləri
2.2.6 Sinifin düzgün qanunauyğunluqla avadanlıq və reaktivlə təchizi,bu işlər üzrə təhvil-təslim, hesabat sənədlərinin aparılması
2.2.7 Kabinetdə avadanlıqların və reaktivlərin yerləşdirilməsi,əyani vəsaitlərin, reaktivlərin, materialların saxlanılma qaydaları
2.2.8 Kabinetin laborantın əl işi ilə təchizinə olan tələblər, tədris məkanının proflaktik və əsas təmir tarixlərinə nəzarət
2.2.9 Kimya üzrə laboratoriya və praktiki işlərin, nümayiş etdiriləcək təcrübələrin aparılma ardıcıllığı
2.2.10 Əmək təhlükəsizliyi,saniratiya-gigiyena,yanğın təhlükəsizliyi eləcə də ilk yardım qaydalarını
2.2.11 Əmək qanunavericiliyinin əsaslarını
3. Kimya kabineti laborantının vəzifə öhdəlikləri
3.1 Laborant iştirak edir:
təhsil avadanlıqları ilə kabinetin invertarlaşdırılması
iş avadanlıqları və dəyərli vəsaitlərin balansdan silinməsi üzrə komissiya işində
tələblərə müvafiq avadanlıqların yerləşdirilməsində
laboratoriya avadanlıqlarının,sərf olunan reaktivlərin,yararsız vəsaitlərin siyahıya alınmasında
kabinetin inkişafı üçün təhsil avadanlıqlarının məktəbə gətirilməsinin təşkili
yararsız avadanlıqların kabinet rəhbəri icazəsi ilə yenisi ilə əvəz olunmasının tələb və təşkilində
tədris metodik kitabçaların təşkili və yenilənməsi
3.2 Kimya kabineti laborantı həyata keçirir:
elektroavadanlıqların, su-boru-qaz-ventilyasiya sistemlərinə nəzarət
tibbi qutunun lazımi vəsaitlə təmini
neytrallaşdırıcı məhlulların olmasına nəzarət,turşuların və əsasların saxlanılması və tullanılması,gümüş tərkibli məhlullar üçün qablaşdırma təchizi
dərs planıına uyğun avadanlığın hazırlanması
laborator əməliyyatların müəllim köməyilə texniki həyata keçirilməsi
reaktiv,materialların miqdarı və yararlığının,avadanlığın iş fəaliyyətinin, elektro vəsaitlərin yoxlanışı, hər hansı nöqsan aşkarlanmasında aradan qaldırılma və rəhbər müəllimi məlumatlandırma
fiziki olaraq əl ilə quraşdırılan texniki tədris vəsaitlərinə əsas tələblərin öyrənilməsi
quraşdırılan texniki vasitələrin təşkilində və dərsə hazırlanmasında bilavasitə iştirak
tematik cədvəllərin,kolleksiyaların,modellərin təşkili
praktiki işlərdən sonra kabinetin təmizlənməsi
kitabların vəziyyətinə, şagirdlərə paylanış siyahısına nəzarət
paboratoriya və sinifin təmizliyinə nəzarət
3.3.Kimya kabineti laborantı təmin edir:
laboratoriya və sinifdə əşya və avadanlıqların təmizliyi və səhmanını
kimyəvi qabların,reaktivlərin,avadanlıqların daha əlverişli düzülüşünü
məktəb(kimya) avadanlığının sıyahıya alınmasını
reaktiv və bu kimi qeydə alınmalı vəsaitlərin sərfiyyaını və yenisi ilə əvəzlənməsini
gümüş tərkibli maddələrin qəbulu və qalıqların təhvilinin qeydiyyatını
təhlükəsizlik tələblərinə uyğun avadanlıqların və vəsaitlərin qorunmasını
daima və məcburi olaraq dərs və praktiki işlərdə müəllim köməkçisi kimi və təhlükəsizlik təminatı kimi iştirakı
3.4 Kimya otağı laborantı dərs gününün sonunda dolabların,su-boru xəttinin bağlı, eletrocihazların söndürülmüş olmasını yoxlayır
3.5 Şəxsi gigiyena ( çirklənmiş kimya qablarının təmizlənməsini yerinə yetirdiyi üçün) qaydalarına ciddi surətdə yerinə yetirməlidir.
4. Kimya kabineti laborantının hüquqları
4.1 Laborantın hüququ var ki:
4.1.1 Məktən qaydalarına müvafiq olaraq təhsil alan məktəblilərə qarşı nizam-intizam məqsədilə ani qərar qəbul etmək
4.1.2 Kimya otağının perspektiv inkişaf planı ilə tanış olmaq
4.1.3 Müəllimdən dərsə müvafiq avadanlıqların hazırlanması üçün bildiriş almaq
4.1.4 Məktəb rəhbərliyi qarşısında saxlanılma,qorunma və avadanlığın istismarı ilə əlaqədar işlərin aparılması üçün tələblər qoymaq
5. Laborantın məsuliyyəti
Təhsil alanların hüquq və azadlıqlarını pozduğu halda Dövlət Əmək Kodeksinə müvafiq məsuliyyət daşıyır
Vəzifə öhdəliklərini yerinə yetirmədikdə
Avadanlıqların istismarı,saxlanılması,qorunması,yanğın əleyhinə vasitələrinə diqqətsizlik,ilk yardım qaydalarının pozulması və s ilə əlaqədar keyfiyyətsiz və məsuliyyətsiz davranma
Sənəd, sərfiyyat, təhvil-təslim işlərində qayda pozuntuları.
kimyafobiya.jimdo.com






Загрузка...