Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

 Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

 

Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)   (STANDARTLAR)
Fiziki tərbiyə fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird:
•hərəki qabiliyyətlərini formalaşdıran oyunları və hərəkət komplekslərini icra edir, müəyyən edilmiş normativləri yerinə yetirir;
•hərəki vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir;
•idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir;
•şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək qaydalarını izah edir;
•fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgəfəaliyyət bacarıqları nümayiş etdirir.
 2. Məzmun xətləri üzrə təlim nəticələri
 İbtidai  təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
•şəxsi gigiyena qaydalarını və orqanizmin təbii vasitələrlə möhkəmləndirilməsi üsulları haqqında məlumatları gündəlik həyatında tətbiq edir;
•tanıdığı müxtəlif təyinatlı oyunların fərqli cəhətlərini izah edir;
•müxtəlif idman növlərinin xüsusiyətlərini fərqləndirir;
•hərəki komandaları dəqiq icra edir;
•hərəki fəaliyyət zamanı özünümühafizə və mühafizə qaydalarını bildiyini nümayiş etdirir;
•komandalı fəaliyyət zamanı qələbəni təmin edən amilləri bilir.
 Hərəki bacarıqlar və vərdişlər
Şagird:
•gün rejimi və şəxsi gigiyena qaydalarını gündəlik həyatında sərbəst tətbiq edir;
•qaçış, atmalar, tullanmaların icra üsullarını nümayiş etdirir;
•sıra hərəkətlərini, akrobatika və tətbiqi hərəkətləri icra edir,
•mütəhərrik fərdi və kollektiv oyunları, kombinələşmiş estafetləri qaydalara müvafiq oynayır;
•fərdi və kollektiv fəaliyyət zamanı özünümühafizə və təhlükəsizlik qaydalarına riayət edir.
 Hərəki qabiliyyətlər
Şagird:
•hərəki fəaliyyət zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir;
•hərəkətləri yaş qrupuna müvafiq dəqiqliklə icra edir;
•hərəkətlərin davamlı icrsı zamanı dözümlülük nümayiş etdirir;
•sərbəst, geniş amplitudalı icra tərzinə seçir:
•hərəki fəaliyyətdə müvafiq qüvvə nümayiş etdirir.
 Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
•gün rejiminə nizam-intizamla riayət edir;
•rəqibə hörmətlə yanaşmaqla mübarizəni yarış qaydaları daxilində aparır;
•hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur;
•komandalı fəaliyyət zamanı yoldaşları ilə əməkdaşlıq edir.
 
3.  Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 I sinif
 I sinfin sonunda şagird:
•sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
•müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
•hərəkətləri sadə  üsullarla  icra edir;
•müxtəlif təyinatlı oyunlarıa dair zəruri bacarıqları mənimsədiyini nümayiş etdirir;
•hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir;
•hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartları
1. İnformasiya təminatı və  nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.1. Hərəki fəaliyyətə daxil  olan oyunları tanıyır.
1.1.2. Sağlamlığın möhkəmləndirilməsində gün rejiminin əhəmiy¬yətini haqqında sadə məlumat verir.
1.1.3.Orqanizmin möhkəmləndirilməsində gigiyenik tələblərə əməl etməyin əhəmiyyəti haqqında məlumat verir. 
1.1.4. İştirak etdiyi oyunların qaydaları haqqında məlumat verir.
1.1.5. Komanda yoldaşları ilə ünsiyyət qurmaq və əməkdaşlıq etməyin zəruriliyi haqqında məlumat verir. 
 2. Hərəki bacarıqlar və vərdişlər
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələnməyini nümayiş  etdirir.
2.1.1.Hərəkətləri müvafiq komandalara  və  nümunələrə  uyğun yerinə yetirir.
2.1.2.Müxtəlif təyinatlı, ayrı-ayrı idman növlərinin elementlərin¬dən ibarət oyunlarda iştirak edir.
2.1.3. Oyun, alət və avadanlıqlardan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
 3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.2 Hərəkətlərin və oyunların  icrası  zamanı bədənin əyilmə  qabiliyyətini nümayiş etdirir.
3.1.3. Qaçış və  oyun  zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5. Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin  davamlı və təkrar icrası zamanı dözümlülük  nümayiş etdirir.
 4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1 Komanda yoldaşları ilə ünsiyyət qurur və əməkdaşliq edir. 
 II sinif 
 II sinfin sonunda şagird:
•sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin   əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunlara dair zəruri bacarıqları mənimsədiyini  nümayiş etdirir;
•hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir;
•müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir; 
•hərəki fəaliyyət prosesində yaş qrupuna müvafiq zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir;
•hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya təminatı və  nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir. 
1.1.1.Hərəki fəaliyyətə daxil olan hərərkət komplekslərini tanıyır. 
1.1.2.Sadə gün rejiminin tərtibi qaydaları haqqında məlumat verir
1.1.3.Orqanizmin möhkəmləndirilməsinin sadə üsul, vasitələri  və gigiyenik tələbləri  sadalayır. 
1.1.4.Oyun prosesində tələb olunan təhlükəsizlik qaydalarını sadalayır. 
1.1.5.Hərəki fəaliyyət zamanı davranış qaydaları haqqında məlumat verir.
1.1.6.Mübarizlik və rəqibə hörmət haqqında məlumata malik olduğunu nümayiş etdirir. 
 2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1.Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyini nümayiş etdirir. 
2.1.1. Sıra, ümuminkişaf  hərəkətlərini icra edir. 
2.1.2. Səhər  gimnastika  komplekslərini   yerinə yetirir. 
2.1.3.Ayrı-ayrı idman növlərinin elementlərindən ibarət oyunlarda iştirak edir. 
2.1.4.Oyun zamanı müvafiq təhlükəsizlik və özünümühafizə qaydalarına əməl edir.
 3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir.
3.1.1.Hərəki  fəaliyyət zamanı  çeviklik nümayiş etdirir.
3.1.2.Hərəkətlərin və oyunlarının icrası zamanı bədənin əyilmə qabiliyyəti nümayiş etdirir.
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4.Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5.Hərəkətlərin  və oyunların  icrası zamanı  qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası  zamanı  dözümlülük nümayiş etdirir.
 4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin  formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1.Hərəkətlərin icrası prosesində diqqəti cəmləşdirmək keyfiyyəti nümayiş etdirir.
4.1.2. Komanda üzvləri ilə ünsiyyət qurur və səmərəli əməkdaşlıq edir.
 
 III sinif
 III sinifin sonunda şagird:
•sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir; 
•müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
•hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir; 
•müxtəlif təyinatlı  kollektiv oyunlara dair zəruri bacarıqları mənimsədiyini  nümayiş etdirir; 
•hərəki fəaliyyət prosesində yaş qrupuna  müvafiq  zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir; 
•hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.İnformasiya təminatı və  nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir. 
1.1.1. Hərəki fəaliyyətin orqanizmə müxtəlif təsirlərini sadə şəkildə izah edir.
1.1.2. Gün rejiminin tərtibində əsas amilləri sadalayır. 
1.1.3. Orqanizmin möhkəmləndirilməsində istifadə olunan vasitələr və gigiyenik tələblər haqqında məlumat verir.
1.1.4.Hərəki  qabiliyyətlərin inkişafı üçün istifadə olunan oyunları  fərqləndirir.
1.1.5.Müxtəlif idman növlərinə aid əşya və alətlərin təyinatı və istifadə qaydaları haqqinda məlumat verir.
1.1.6.Oyun prosesində tələb olunan zəruri təhlükəsizlik və özünümühafizə qaydalarını sadalayır. 
1.1.7. Komandalı fəaliyyət, fərdi mübarizə zamanı təqdir olunan davranış  haqqında məlumat verir. 
1.1.8. Komandalı fəaliyyət zamanı yoldaşlarına mənəvi-iradi dayağın əhəmiyyəti haqqında məlumat verir. 
 2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyi nümayiş etdirir.
2.1.1. Sıra, ümuminkişaf hərərkətləri icra edir.
2.1.2. Məqsədli tərtib olunmuş səhər gimnastika komplekslərini və ev tapşırığı hərəkətlərini yerinə yetirir.
2.1.3. İdman növlərinə aid alət və avadanlıqlarından istifadə və oyun zamanı təhlükəsizlik, özünümühafizə qaydalarına əməl edir. 
2.1.4. Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müxtəlf təyinatlı oyunlar, estafetlər, kombinə edilmiş estafetlərdə iştirak edir.
2.1.5. Müxtəlif idman növlərinə aid hərəkətləri yerinə yetirir, müvafiq əşya və avadanlıqlardan istifadə edir.
 3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir. 
3.1.1. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir. 
3.1.2. Hərəkətlərin  və  oyunların icrası  zamanı  bədənin  əyilmə  qabiliyyəti nümayiş etdirir. 
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir. 
3.1.4. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir. 
3.1.5. Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir. 
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir. 
 4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin  formalaşması
Şagird:
4.1.Hərəki fəaliyyət zamanı təqdir olunan davranış, yoldaşları  ilə  əməkdaşlıq  nümayiş etdirir.
4.1.1. Hərəkətlərin icrası və oyun prosesində rəqiblə qaydalar çərçivəsində davranmaqla cəsarət və  mübarizlik  göstərir.
4.1.2.. Ümumi mənafe naminə həmrəylik nümayiş etdirir.
 IV sinif
 IV sinfin sonunda şagird:
•sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir; 
•müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir; 
•hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir;
•müxtəlif təyinatlı oyunlara dair zəruri bacarıqları mənimsədiyini  nümayiş etdirir; 
•hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirirlər; 
•hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya təminatı və  nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir. 
1.1.1. Hərəki fəaliyyətin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında məlumat verir. 
1.1.2. Gün rejiminin tərtibində əsas amilləri fərqləndirir. 
1.1.3. Orqanizmin möhkəmləndirilməsində istifadə olunan vasitələr və qiqiyenik tələblər haqqında məlumat verir.  
1.1.4. Sürət istiqamətli oyunları fərqləndirir.
1.1.5. Sürət-gücü  inkişaf etdirən oyunları tanıyır.
1.1.6. Çeviklik tələb edən oyunlar və oyun qaydaları haqqında məlumat verir.
1.1.7. Bədənin əyilmə qabiliyyəti, qüvvə və dözümlülüyü inkişaf etdirən hərərkətlər, oyunlar və kombinələşmiş estafetlər haqqında məlumata  malik olduğunu nümayiş etdirir.
1.1.8. Hərəki fəaliyyət zamanı istifadə edəcəyi özünümühafizə, təhlükəsizlik üsullarını sadalayır.
 2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyini nümayiş etdirir.
2.1.1. Sıra və ümuminkişaf hərəkətlərini yerinə yetirir; Müxtəlif  təyinatlı ümuminkişaf  hərəkətlərini yerinə yetirir.
2.1.2. Çeviklik qabiliyyətini inkişaf etdirən oyunları, estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir. 
2.1.3. Bədədnin əyilmə qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.4. Sürət qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir. 
2.1.5. Sürət-güc qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir. 
2.1.6. Qüvvə qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir. 
2.1.7. Dözümlülük qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir. 
2.1.8. Hərəkətlərin icrası və oyun zamanı təhlükəsizlik və özünümühafizə qaydalarını əməl edir.
 3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu  nümayiş etdirir. 
3.1.1. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.3 Hərəkətlərin və oyunların  icrası zamanı bədənin  əyilmə qabiliyyəti nümayiş etdirir.
3.1.4. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.5 Hərəkətlərin  və  oyunların  icrası zamanı  qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin  davamlı və təkrar icrası  zamanı dözümlülük nümayiş etdirir.
 4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin  formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir. 
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəkətlərin icrası prosesində əzmkarlıq və qətiyyət nümayiş etdirir.
4.1.3. Həlledici vəziyyətlərdə yoldaşlarına dəstək olmaq keyfiyyətləri nümayiş etdirir.
   Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)
. Musiqi fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird: 
•mahnı oxumaq qaydalarından istifadə edir, mahnıların mətnlərini məzmununa görə səhnələşdirir;
•musiqi alətlərinin səslənməsinə, musiqi əsərlərinin xarakterinə görə fərqləndirir və onlara münasibət bildirir;
•musiqini emosional qavramasını,onun xarakterinə uyğun ritmik hərəkətlər etməklə nümayiş etdirir;
•musiqi notlarını adlandırır və oxuyur, onları sadə musiqi alətlərində ifa edir.
 2. Məzmun xətləri üzrə ümumi təlim nəticələri
 İbtidai  təhsil səviyyəsində məzmun xətləri üzrə  təlim nəticələri
Musiqi aləmi
Şagird:
•notlar, major və minor qammaları, Azərbaycan ladlarını, musiqi quruluşlarını, musiqi janrlarını, intervalları, üçsəsliləri, musiqi ifadə vasitələrini, ton və yarım tonları, alterasiya işarələrini, onlar arasında fərq və əlaqələri izah edir;
•dinlədiyi və ifa etdiyi musiqi əsərlərinin müəlliflərini tanıyır, onlar haqqında təq¬di¬mat¬lar edir;
•dinlədiyi Azərbaycan musiqi folklor nümunələrinə, muğamlara, aşıq havalarına müna¬si¬bət bildirir, onların xarakterik xüsusiyyətlərini şərh edir, muğamları tərkib hissələrinə ayırır;
•Azərbaycan milli musiqi alətlərini, simfonik və nəfəs alətlərini tanıyır, onları tembrinə görə fərqləndirir;
•Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrini, məşhur mu¬siqi kollektivlərini tanıyır və onlar haqqında sadə təqdimatlar edir.
 Emosional dəyərləndirmə
Şagird:
•musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir, bunlarda ifa¬də olunan hissləri öz hərəkətlərində büruzə verir;
•müxtəlif xarakterli hissləri (şən, qəmli, həyəcanlı) bir-birindən fərqləndirir və təəs¬sü¬ra¬tını şifahi və yazılı ifadə edir;
•musiqinin xarakterini və emosional məzmununu öz hərəkətlərində nümayiş etdirir;
•musiqi ifadə vasitələrilə melodiyanın xarakterini təyin edir.
 Musiqi fəaliyyəti
Şagird:
•fərdi qaydada, qrup və kollektiv tərkibində notla və notsuz mahnı oxuyur, müəyyən olunmuş vokal-oxu qaydalarına riayət edir, müəllimin dirijorluq jestlərinə əməl edir, habelə  özü dirijorluq bacarığı nümayiş etdirir;
•sadə uşaq musiqi alətlərində notla və eşitmə vasitəsilə melodiyalar çalır, mahnı melo¬diyalarına ritm tutur;
•verilmiş mətnlərin məzmununa uyğun melodiyalar seçir, yarımçıq melodiyaları axıra çatdırır;
•öyrənilmiş mahnıları müxtəlif variantlarda ifa etməklə improvizə bacarıqları nümayiş etdirir;
•birsəsli melodiyalara ikinci, ikisəsli melodiyalara üçüncü səsi qoşur;
•musiqi səslərini təbiətdəki səslərlə müqayisə edir, onlar arasında olan uyğunluğu şərh edir.
 3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 I sinif
 I sinfin sonunda şagird:
•ifa etdiyi və dinlədiyi uşaq mahnılarının müəlliflərini tanıyır;
•əsas musiqi janrları (mahnı, rəqs, marş) və musiqi ifadə vasitələri (temp, ritm) haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
•dinlədiyi musiqi əsərlərində ifadə olunan əhvali-ruhiyyəni sadə formada şərh edir, melodiyaların ritm və tempinə uyğun hərəkətlər nümayiş etdirir;
•xor tərkibində birsəsli (unison) oxuyur;
•sadə uşaq musiqi alətlərində kiçik melodiya parçalarını notla çalır və oxuyur;
•mahnı oxumaq qaydalarını bilir, sadə ölçülü dirijorluq jestlərinə əməl edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi uşaq mahnılarının müəlliflərini tanıyır.
1.1.1.Mahnı müəlliflərinin adlarını sadalayır.
1.1.2.Dinlədiyi mahnının müəllifini müəyyənləşdirir.
1.1.3.Mahnı müəlliflərini onların şəkillərindən tanıyır.
1.2.Əsas musiqi janrları (mahnı, rəqs, marş) və musiqi ifadə vasitələri (temp, ritm) haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1.Əsas musiqi janrları və musiqi ifadə vasitələrini sadalayır.
1.2.2.Xarakterik cəhətlərinə görə əsas musiqi janrlarını fərqləndirir.
1.2.3.Mahnıların giriş, bənd, nəqarət hissələrini fərqləndirir.
 2.Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərində ifadə olunan əhvali-ruhiyyəni sadə formada şərh edir, melodiyaların ritm və tempinə uyğun hərəkətlər nümayiş etdirir.
2.1.1. Mahnının xarakterini (şən, qəmli) müəyyənləşdirir.
2.1.2. Mahnının emosional məzmununu ifa prosesində büruzə verir.
2.1.3. Musiqinin dəyişən tempinə və ritminə uyğun hərəkətlər edir.
 3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində birsəsli (unison) oxuyur.
3.1.1. Öyrənmək məqsədilə müəllimin oxuduğu nümunələri təkrar edir.
3.1.2. İfa etdiyi melodiyalara sadə vasitələrlə ritm tutur.
3.1.3. Xor daxilində kollektiv ifa qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.2. Sadə uşaq musiqi alətlərində tanış olduğu mahnılardan kiçik melodiya parçalarını  çalır və oxuyur.
3.2.1.Oktava daxilində ayrı-ayrı notları çalır.
3.2.2. Qammanın I və V səslərindən istifadə etməklə öz ifasına müşayiət yaradır.
3.2.3. Bir oktava daxilində səsləri yuxarı və aşağı olaraq oxuyur.
3.3.Mahnı oxumaq qaydalarını bilir, sadə ölçülü dirijorluq jestlərinə əməl edir.
3.3.1.Düzgün mahnını oxumaq qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.3.2. Səsi imkanlarından düzgün istifadə edir.
3.3.3. Öz ifasını 2/4 sadə ölçülü diricorluq hərəkətləri ilə göstərə bilir.
 
 II  sinif
 II sinfin sonunda şagird:
•ifa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayış etdirir;
•əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
•dinlədiyi musiqi əsərlərində ifadə olunan məzmunu başa düşdüyünü nümayiş etdirir;
•xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
•sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
•mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi və ifa etdiyi əsərlərin bəstəkarları haqqında qısa məlumat verir.
1.1.2. Dinlədiyi musiqi əsərinin müəllifini tanıyır.
1.1.3. Uşaq  mahnıları haqqında qısa məlumat verir.
1.2. Əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin sadə quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1. Dinlədiyi musiqi əsərləri içərisində mahnı, rəqs, marş janrlarını müəyyən edir.
1.2.2. Müxtəlif carnlı musiqi əsərlərində sadə ifadə vasitələrini (ölçü, ritm, temp) müəyyən edir.
1.2.3. Dinlədiyi musiqi əsərlərinin quruluşunu (1, 2, 3 hissəli) müəyyənləşdirir.
 2.Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərində ifadə olunan məzmunu qavradığını nümayiş etdirir.
2.1.1. Musiqi əsərinin müxtəlif məzmunlu emosional xarakterini izah edir.
2.1.2. İfa etdiyi mahnıların melodiyalarına sadə vasitələrlə (ayaq tappıltısı, əl çalmaq, çırtma) ritm tutur.
2.1.3. Verilmiş musiqi nümunələrinin xarakterinə uyğun ifadə edir.
 3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində ifa bacarıqları nümayiş etdirir.
3.1.1. Müəllimin göstərişlə mahnıları melodiyasını sözlərilə və notlarla oxuyur.
3.1.2. Xor tərkibində 2 səsli (kanon) oxuyur.
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir.
3.2.1. Oktavadakı 8 səsi 2 hissəyə ayıraraq (4 və 4) uşaq musiqi alətlərində ardıcıl olaraq notla və notsuz çalır.
3.2.2. Uşaq zərb alətləri vasitəsilə müxtəlif musiqi kompozisiya¬larını müşayiət edir.
3.2.3. Uşaq musiqi alətində 4-8 xanəli sadə melodiyaları ansambl (qrup şəklində) şəklində notla və notsuz ifa edir.
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.3.1. Mahnının ladının (major və minor) dinamik nüanslarla (mp, mf) düzgün səslənməsinə riayət edir.
3.3.2. Mahnını ritminə və tempinə uyğun oxuyur.
3.3.3. Öz ifasını 2/4, 3/4 sadə ölçülü dirijorluq hərəkətləri ilə göstərə bilir.
 III  sinif
 III sinfin sonunda şagird:
•ifa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir;
•əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
•dinlədiyi musiqi əsərlərinin emosional cəhətdən dəyərləndirdiyini nümayiş etdirir;
•xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
•sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
•mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir.
 Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Mahnı yazan bəstəkarlar haqqında sadə təqdimatlar edir.
1.1.2. Öyrəndikləri əsərlər vasitəsilə bəstəkarları fərqləndirir.
1.1.3. Uşaq mahnıları haqqında kiçik təqdimatlar edir.
1.2. Əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1. Musiqi canrları (mahnı, rəqs, marş, rondo, variasiya) ilə əlaqədar kiçik təqdimatlar edir.
1.2.2.Tembrə görə Azərbaycan və Avropa musiqi alətləri (tar-gitara, kamança-skpirka, tütək-fleyta, kanon, çəng-arfa) arasında oxşarlığı müəyyən edir.
1.2.3.İnstrumental musiqi əsərlərinin quruluşları (1, 2, 3 hissəli, rondo, variasiya) haqqında kiçik təqdimatlar edir.
 2.Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndirə bildiyini nümayiş etdirir.
2.1.1.Müxtəlif musiqi əsərlərinin emosional xarakteri barədə kiçik təqdimatlar edir.
2.1.2. Musiqi alətlərinin tembrlərinin təbiətdəki səslərə uyğunluğunu müəyyən edir (Tütək-bülbül, kontrab-sayı, kanon-suyun şırıltısı).
 3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində ifa bacarıqları nümayiş etdirir.
3.1.1. Mahnıları 2 səsli ifa edir.
3.1.2.Öz ifasını sadə formada ritmik müşayiət edir.
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir.
3.2.1. İfa prosesində melodiyaları ritmik müşayiət edir.
3.2.2. Birinci oktava daxilində müxtəlif intervalları (prima, sekunda, tersiya) uşaq musiqi alətlərində çalır.
3.2.3. 1 oktava daxilində melodiyanı müxtəlif tempdə çalır.
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir.
3.3.1. Müxtəlif ladları (major, minor) fərqləndirərək ifa edir (oxuyur).
3.3.2. Verilən ritmə uyğun melodiyanı   tanıyır.
3.3.3. Öz ifasını 2/4, 3/4, 4/4  sadə ölçülü dirijorluq hərəkətləri ilə göstərə bilir.
 IV   sinif
 IV sinfin sonunda şagird:
•xalq musiqisi və professional musiqi haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•musiqi alətləri və musiqi kollektivləri haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
•dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndiyini nümayiş etdirir;
•xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
•sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
•mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir. 
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Musiqi  aləmi
Şagird:
1.1. Xalq musiqisi və professional musiqi haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Professional və xalq musiqisi nümunələrini fərqləndirir.
1.1.2. Bəstəkar və xalq melodiyalarında tanıdığı intervalları müəyyən edir.
1.1.3. Azərbaycan və digər xalqların musiqi nümunələri arasında oxşar cəhətləri müəyyənləşdirir (Yallı-Yalla, Qaytağı-Ləzginka).
1.2.  Musiqi alətləri və musiqi kollektivləri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.2.1. Musiqi alətlərini və musiqi kollektivlərini (xor, rəqs, trio, ansabl) sadalayır.
1.2.2. Milli və Avropa musiqi kollektivlərini fərqləndirir.
1.2.3. Musiqi alətləri və musiqi kollektivləri haqqında təqdimatlar edir.
 2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndirə bildiyini nümayiş etdirir.
2.1.1. Mahnının melodiyası ilə mətnin uyğunluğunu aydınlaşdırır.
2.1.2. Musiqi əsərlərinin emosional məzmununa və xarakterinə uyğun bədii və təsviri sənət nümunələrini müəyyən edir.
 3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində ifa bacarıqları nümayiş etdirir.
3.1.1. "Mahnı-marş”, "Mahnı-rəqs” tipli musiqi nümunələrinin 2 səsli ifasında iştirak edir.
3.1.2. Xor daxilində kollektiv ifa qaydalarını mənimsədiyini nümayiş etdirir
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir.
3.2.1. 2 və 3 hissəli və rondo quruluşlu mahnıları temp, ritm dəyişikliyinə uyğun müşayiət edir.
3.2.2. Mahnılardan bir parçanı p və f nüansları ilə ardıjıl olaraq ifa edir (oxuyur).
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir.
3.3.1. Ladlarına (major və minoir) uyğun olaraq mahnıları 2 səsli ifa edir.
3.3.2.Verilən melodik parçanı müxtəlif xarakterdə ifa edir. 
3.3.3. Verilmiş musiqi parçalarında  2/4, 3/4, 4/4 ölçüəri müəyyən edir.
Esmira Kazımova





xtehsil


loading...



Həmçinin oxuyun:

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Kurikulum, İnnovasiyalar, MÜƏLLİM
Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Kurikulum, İnnovasiyalar, MÜƏLLİM
I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Kurikulum, MÜƏLLİM
YADDAŞ - 2

YADDAŞ - 2

Psixoloq, Valideyn
İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Direktor
Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Ziyalılar
Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Kurikulum
Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Qabaqcıl təcrübə, MÜƏLLİM
Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Qabaqcıl təcrübə
Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Kurikulum
Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

H/N sənədlər
Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Qabaqcıl təcrübə
Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Qabaqcıl təcrübə
Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

İnnovasiyalar
]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Kurikulum
Psixoloji dəstəkləmənin qaydaları:

Psixoloji dəstəkləmənin qaydaları:

Kurikulum
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

H/N sənədlər
Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil

Qabaqcıl təcrübə
Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Kurikulum
Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbəri
Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Qabaqcıl təcrübə
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl təcrübə, Pedoqojitəcrübə
Tərbiyənin metodları

Tərbiyənin metodları

MÜƏLLİM
Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Direktor