Fəal dərsin mərhələləri və nəticələri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin quruluşunun ümumi, sistemli şəkildə qavramaq üçün və dərsi apararkən məqsədimizə olub/olmamasının müəyyən etmək üçün bizə müəyyən meyarlar lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış edə bilər. 
Aşağıda verilən cədvəldə biz oxucuya fəal dərsin hər bir mərhələsində baş verən əsas hadisələr və onun nəticəsində alınan nəticələrlə tanış olmağa təklif edirik. 

İndi isə fəal dərsin quruluşunu ənənəvi dərsin quruluşu ilə müqaisə edin. 

Öyrədici mühitin növləri

Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraqlarına və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibəti ilə çox əlaqəlidir. 
Öyrədici mühit şagirdi əhatə edən şəraitin aşağıdakı xassələrini əks etdirir: 
əşyavi mühit; informasiya mühiti; sosial-psixoloji mühit. 
Bu bölgü şərtidir, çünki ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bilər (məsələn, dərsliklər, didaktik və əyani vəsaitələr, lövhələr həm əşyavi mühitin, həm də informasiya mühitinin hissəsi ola bilər).

1. Əşyavi mühit aşağıdakılardan ibarətdir:

- Məktəb əşyavi mühiti: dərsliklər, stendlər, vəsaitlər, məktəb avadanlığı, məktəb ləvazimatları və s. 
- Təbii mühit: canlı və cansız təbiət. 
- Yaşayış mühiti: maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr, məişət mühiti. 
2. İnformasiya mühitinə təlim prosesində (həm məktəbdə, həm də ondan kənarda) istifadə edilən və şagirdlər tərəfindən qavranıla bilən bütün məlumat mənbələri kompleksi - müəllim, dərslik, əyani və didaktik vəsaitlər, televiziya, mətbuat, başqa adamlarla ünsiyyət, bədii, ensiklopedik məlumat, elmi və elmi-kütləvi ədəbiyyat, bədii nəşrlər, kompyuter, müsahibə, müşahidə və eksperimentlər, televiziya, kino, teatr, muzey, sərgi, ekskursiya, səyahətlər və s. daxildir. 
3. Sosial-psixoloji mühit təlimə həvəsin formalaşmasına təsir edən aşağıdakı tərkib hissələrindən ibarətdir: 
Şagirdin digər insanlar ilə əlaqəsi: müəllimlər, valideynlər, digər şagirdlər və s., Şagirdin öz daxili aləmi ilə qarşılıqlı əlaqələrinin bütün növləri.







Reklam yeri:

loading...

xtehsil