Kurikulum / Müəllim
22 may 2016
10 681


Dərsin təşkili...Debatlar - Çarpaz müzakirə

Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iş­ti­ra­kı­nı təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən stra­tegiya formalarından biridir.
Məqsəd:Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tə­rəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi mə­lum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçün­cü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin və­zi­fəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu se­çim yalnız bir şeyə- "bu tərəf məni inandırdı!”- təsdiqinə əsasl­a­nır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz də­lil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düz­gün­lüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həm­çinin ,qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və key­fiy­yə­t­lə­rə nail ola bilərlər:
·  mövzunun araşdırılması;
·  əsas anlayışlarla iş;
·  dəlillərlə iş;
·  "çarpaz sualların” hazırlanması;
·  natiqlik məharəti;
·  hamilik və ya qərarları necə qəbul etməli.
Aiqoritm:
1.   Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətn­də qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yə­ni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) ha­zır­­lanmasını tələb edir. "Debatlarda” mövzu sual yox təsdiq for­­ma­sında ifadə edilir.
2.   Rolların müəyyənləşdirilməsi ("A” və "B” spiker ko­man­daları, hakim, "taym-kipper”). Debat iştirakçıları və ya de­bat­çılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları ("A” mövqeyi və "B” möv­qeyi) arasında keçirilir.
a)   Təsdiqedici "A” mövqeyinin spikerləri debatların mövzu­su­nu onun ifadə edildiyi kimi təsdiq edirlər
b)  Təkzibedici "B” mövqeyinin spikerləri "A” mövqeyini tək­zib etməyə borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar tək­zibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.
c)   Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı ol­duğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
d)  Debatlar prosesində çixişların vaxt rejimini təmin edən "taym-kipperlər” iştirak edirlər.
3.   Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsa­sın­da çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spi­kerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əv­vəlcə müsbət, sonra mənfi cavabları əsaslandıran 4-5 dəlil göstə­rir­lər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü arqument­lə­ri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini mü­əyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən iba­rət­di­r:
·  arqument irəli sürülür;
·  arqument izah edilir;
·  arqument sübut edilir;
·  nəticə çıxarılır.
Hər iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dər­hal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri nəzərdən keçirirlər.
4.  Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqe­lə­rini müəyyən etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər mövqeyin spi­ker­lə­ri­nin cavablarından ibarət olan və xüsusi fərqləndirən raunddur. De­bat­ların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların möv­qeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislə­rin ekspert rəylərini də təqdim etməlidirlər.
5.  Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inan­dırıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşit­dikləri əsasında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu za­man həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla op­po­nen­tin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün is­tifadə edə bilməsi qiymətləndirilir.
Şərtlər:
1. Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
2. Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə ria­yət olunmalıdır.
·  mövzu aktual olmalıdır;
·  mövzu maraqlı olmalıdır;
·  mövzu "münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi möv­­cuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) möv­cud­d­u­r;
·  mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstün­lü­yünü hiss etməsin;
·  mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, "Ev­ta­­nasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırıl­ma­lı­­­dır”-dar, "Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş möv­zu­d­u­r.
3. Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ün­sür­lərindən olan sualların ifadə texnikası və məharətinə yiyə­lən­mə­li­dirlər.
4. Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların mən­tiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müx­təlif məlumat mənbələri.
Yarana biləcək problemlər:
·  Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rə­qa­bətin işə təsiri və s.)
·  Müzakirənin uzanması,
·  Artıq səs-küy, aqressivlik,
·  Tolerantlığın olması,
·  Mövzudan yayınmaq və yayındırmaq,
·  Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
·  Kimin qərar çıxarma bacarığının zəifliyi.
Məqalə Göndər








Загрузка...