H/N sənədlər / Direktor / Müəllim
10 yanvar 2017
15 859


MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

 


Cəmiyyətimizin demokratikləşməsi istiqamətində aparılan işlər bütün sahələrdə olduğu kimi xalq təhsilinin idarə edilməsinə də öz təsirini göstərmişdir. Son vaxtlar təhsil sisteminin bu sistemə daxil olan təhsil müəssisələrinin idarə edilməsində demokratikləşdirmənin ön plana çəkilməsi və bu sahədə müəyyən dəyişikliklər edildiyi diqqəti cəlb edir. Əvvəlki illərdəkindən fərqli olaraq, indii tədris müəssisələrinin, o  cümlədən ümumtəhsil məktəblərinin idarə edilməsində kollegial orqanların təşkilatçılıq fəaliyyətinə geniş şərait yaradılır.
 
Pedaqoji Şura, metodbirləşmələr, valideyn komitəsi, istehsalat müşavirəsi, direktoryanı müşavirə və sair kimi məktəbdaxili kollegial orqanların sırasına məktəb konfransı, məktəb Şurası da daxil edilmişdir.

Cəmiyyətin idarə edilməsində çoxpartiyalılığın sürətlə genişləndiyi, təhsil sahəsində özəl bölmənin artdığı nəzərə alınarsa, gələcəkdə müxtəlif tipli məktəblərin idarə edilməsində təşkilatçılıq funksiyasını həyata keçirə biləcək kollegial orqanların sayının arta biləcəyini istisna etmək olmaz. Sayından və mahiyyətindən, siyasi tabeliyindən asılı olmayaraq məktəbdaxili kollegial orqanların hamısı bir məqsədə-məktəbin düzgün idarə edilməsinə xidmət etməlidir.
 
Məlumdur ki, məktəbin idarə edilməsində təkcə təkbaşçıların-məktəb rəhbərlərinin iştirakı kifayət deyildir. Bu işdə kollegial orqanların yaxından iştirakı vacibdir. Əlbəttə, onların idarəetmə fəaliyyəti məktəb rəhbərlərinin təşkilatçılıq fəaliyyətindən təcrid oluna bilməz.Ona görə də kollegial orqanların təşkilatçılıq funksiyası idarəetmə kollegiallıq və təkbaşçılığın vəhdəti prinsipi zəminində həyata keçirilməlidir.

Məktəbin indiki inkişaf mərhələsində fəaliyyət göstərən kollegial orqanlar içərisindən kollegiallıq və təkbaşçılığın vəhdətini özündə tam əks etdirən məktəb pedaqoji şurasıdır. Ümumtəhsil məktəbi Əsasnaməsində metodik şura adlandırılan bu kollegial orqan çox qədim tarixə malik olub bu gün də öz əhəmiyyətini itirməmidir.
 
Başqa məktəbdaxili orqanlardan fərqli olaraq buna məktəb direktorunun özü rəhbərlik edir. Bu baxımdan şuranın (kollegial orqanın) təşkilatçılıq fəaliyyəti direktorun (təkbaşçının) fəaliyyəti ilə bir növ üst-üstə düşsə də onların idarəetmə vəzifələrini həyata keçirməkdə özünəməxsus cəhətləri vardır. Həmin cəhətləri aşkara çıxarmaq məqsədi ilə pedaqoji şuranın fəaliyyətini bir qədər geniş səpgidə tədqiq etməyi qarıya məqsəd qoyduq.  

Pedaqoji Şura ictimai-dövlət idarəetmə orqanı kimi hər tərəfli yeniləşmə xətti məktəbi keyfiyyətcə yeni səviyyəyə qaldırmağı təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyur. Çünki cəmiyyətin mədəni, əqidəli, fəal, axtaran, demokratiya, kollektivlərin təsərrüfat müstəqilliyi şəraitində, iqtisadi və sosial məsuliyyətin artdığı dövrdə yaşayış işləməyi bacaran vətəndaşa olan ehtiyacını ödəməkdə ümumtəhsil məktəbinin rolu olduqca böyükdür. 

Məhz buna görə də onun idarə edilməsini cəmiyyətin strateji inkişaf xəttinə uyğun şəkildə qurmaq vacibdir. şdarəetmənin təşkilat strukturlarının təkmilləşdirilməsi sahəsində baş verən dəyişikliklər bütün təhsil sisteminin, o cümlədən ümumtəhsil, texniki peşə və orta ixtisas məktəbinin idarə edilməsində də öz əksini tapmalıdır.

İndi siyasi sistemimizin inkişafının əsas problemi hakimiyyətin və idarəetmənin elə mexanizmini yaratmaqdan ibarətdir ki, burada təsirli demokratik nəzarət dəqiq qaydaya salınsın, müvafiq hüquqi üsullar hazırlansın. Elə üsullar ki, çox mühüm siyasi məsələlərin, dövlət məsələlərinin həllində təsadüf ünsürünü xeyli azaltsın, heçə endirsin, siyasi sistemimizin bütün mərtəbələrində subyektivizm imkanlarını istisna etsin. Ona nail olmaq lazımdır ki, prinsipial qərarlar xalqın fəal iştirakı ilə hazırlanıb qəbul edilsin. Bu sözlər bilavasitə məktəbi idarəetmə mexanizminə də şamil edilə bilər.

Ümumtəhsil məktəbinin həm strukturu, həm də məzmununda baş verən proseslər ona rəhbərliyin məzmun və formaca yeni mahiyyət kəsb etməsi idarəetmənin yenidən qurulmasını tələb edir. Təsadüfi deyil ki, indi orta ümumtəhsil məktəbinin ictimai-dövlət idarəsinə daha çox üstünlük verilməlidir. İctimai dövlət idarəsi isə aşkarlıq, demokratiya və özünüidarə prinsipləri əsasında həyata keçirilməlidir. Bu baxımdan məktəbi kollegial idarəetmə orqanlarının fəaliyyəti diqqəti cəlb edir.

Belə orqanlardan biri tarixən mövcud olan məktəb pedaqoji Şuralarıdır. Bu şuralar bir kollegial idarəetmə orqanı kimi məktəbin inkişaf tarixində mühüm rol oynamışdır. Bir çoxlarının güman etdiyinin əksinə olaraq, məktəbin yenidən qurulması, məktəbin yeni ictimai-dövlət idarəsi formalarının yaradılması heç də pedaqoji şuraların fəaliyyətini dayandırmayacaqdır.
 
Əksinə, onun daha səmərəli fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaqdır. Bu imkanların araşdırılması şuranın idarəetmə funksiyalarının öyrənilməsi, onların həyata keçirilməsi yollarının tədqiqi maraq doğurur. Həm də ona görə daha çox maraq doğurur ki, pedaqoji ġura təkcə ümumtəhsil məktəblərini əhatə etmir. Belə şuralar texniki-peşə və orta ixtisas məktəblərində də fəaliyyət göstərir. 

Doğrudur, orta məktəblərin pedaqoji şurası haqqında Əsasnamə texniki-peşə və orta ixtisas məktəblərindəki pedaqoji şuraları nəzərdə tutmur. Lakin vəzifə və səlahiyyətləri baxımından bu şuralar arasında əsaslı fərq yoxdur. Özəl tədris müəssisələrinin pedaqoji şuraları özünəməxsus normativ və sənədlər əsasında fəaliyyət göstərsə də aparılan təhlil bütün pedaqoji şuraların iş prinsiplərinin yaxınlığını təsdiq edir. Ona görə də nümunə üçün ümumtəhsil orta məktəbində fəaliyyət göstərən Pedaqoji Şuranı tədqiq etməyə üstünlük verdik. 

İdarəetmənin təşkilat strukturlarının təkmilləşdirilməsi, onun demokratik əsaslarının qüvvətləndirilməsi tələbi Pedaqoji Şuranın işinin məzmununda müəyyən dəyişikliklərin yaranmasına səbəb olacaqdır. Əlbəttə, həmin dəyişikliklər və yeniliklər göydəndüşmə olmayıb, indiyədək toplanmış təcrübəni dərindən öyrənilib ümumiləşdirilməsinə istinad edəcəkdir. Bu baxımdan pedaqoji şuraların rolu və mövqeyini tədqiq etmək, onların aparılması təcrübəsinin öyrənməyə ehtiyac hiss olunur.

 Pedaqoji Şura həmişə kollektiv idarəetmə orqanı olmuş və kollektivin fikrini ifadə etməyə xidmət etmişdir. Öz əsasnaməsinə görə bu orqan məktəb haqqında direktiv qərarların yerinə yetirilməsində, tədrisin yüksək elmi səviyyəsinin təmin edilməsində şüurlu, hərtərəfli inkişafa, həm fiziki, həm də əqli əmək bacarığına malik məktəbli gənclərin tərbiyə olunmasında və hazırlanmasında məktəbin, ailənin və əmək kollektivlərinin səyini birləşdirməyə xidmət etməlidir.
 
Bəs pedaqoji Şura haqqında Əsasnamənin tələblərindən irəli gələn bu vəzifələr indiyədək necə həyata keçirilmişdir? Məktəb pedaqoji Şuraları həmin vəzifələrin öhdəsindən gələ bilirmi? Bu suallara təkmənalı cavab vermək çətindir. Çünki tədqiqat və məktəb pedaqoji Şuralarının iş təcrübəsinin öyrənilməsi nəticələri göstərir ki, pedaqoji Şuraların fəaliyyətində həddindən artıq müxtəliflik müşahidə edilir. Bir çox məktəblərdə pedaqoji Şuranın kollektiv idarəetmə funksiyasından səmərəli istifadə edilsə də əksər məktəblərdə bunu görmək çətindir. Bir qism məktəblərdə isə pedaqoji Şuralar tam formal xarakter daşıyır.
 
Aparılan müşahidələr, pedaqoji Şuraların işindəki nöqsanları qruplaşdırmağa imkan verir.

Pedaqoji Şuranın işinin məzmunu :

Ümumtəhsil məktəblərinin pedaqoji Şuraları haqqında Əsasnamədə Şuranın məktəb haqqında hökumət qərarlarının yerinə yetirilməsində, tədrisin yüksək elmi səviyyəsinin təmin edilməsində şüurlu, hərtərfli inkişafa, həm fiziki, həm də əqli əmək bacarığına malik məktəbli gənclərin tərbiyə olunmasında və hazırlanmasında məktəbin, ailənin və əmək kollektivlərinin səyini birləşdirən «daim fəaliyyətdə olan» orqan kimi təşkil edilidyi göstərilir.
 
Şuranın tərkibinə məktəbin pedaqoji işçiləri, şagird ictimai təşkilatlarının nümayəndələri, kitabxanaçı, tibb işçiləri, valideyn komitəsinin sədri, baza müəssisəsinin nümayəndələri, yaşayış yerlərində uşaq və yeniyetmələrlə tərbiyə işi aparan təşkilatçı-müəllimlər, istehsalat təlim ustaları daxildirlər. Şuranın iclaslarına lazım gələrsə başqa şəxslər də dəvət oluna bilər. Mövcud qaydalara görə pedaqoji şuranın sədri məktəbin direktorudur. Onun katibi isə şuranın tərkibindən açıq səsvermə yolu ilə seçilir.
 
Şuranın iclaslarının ildə 4 dəfədən az olmayaraq çağırılması və «zəruri hallarda», «lazım gələrsə» növbədənkənar iclasların da keçirilə bilməsi Əsasnamədə öz əksini tapır. Pedaqoji Şuranın özünün təsdiq etdiyi iş planı ( fəaliyyət planı ) ilə işləməsi, qərarların ġura üzvlərinin azı üçdə ikisinin iştirakı və səs çoxluğu ilə qəbul olunması, onların bütün məktəb işçiləri üçün məcburiliyi, qərar qəbulu zamanı səslərin tən gəldiyi şəraitdə sədrin səsinin həllediciliyi, şuranın qərarı ilə razılaşmadıqda direktiv təhsil orqanlarının işə qarışması qaydaları Əsasnamə ilə müəyyən edilir. Məktəb direktoru və onun müavinləri pedaqoji şuranın qərar və tövsiyələrinin yerinə yetirilməsini təmin edir və görülmüş işlər barədə növbəti iclaslarda məlumat verirlər.

Məktəbin pedaqoji kollektivinin qüvvəsini təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək üçün birləşdirmək, pedaqoji elmin nailiyyətlərini və qabaqcıl pedaqoji təcrübəni praktikaya tətbiq etmək pedaqoji Şuranın başlıca vəzifələri hesab edilir. Şuranın səlahiyyət dairəsi, eləcə də müzakirə və həll edəcəyi məsələlərin coğrafiyası olduqca genişdir. Məktəbdə aparılan işlərin başlıca istiqamətləri üzrə bir çox məsələlər şuranın müzakirə obyekti olur. Bu baxımdan şuranın müzakirə edə biləcəyi məsələlərin coğrafiyası həddindən artıq genişdir.

İdarəetmənin demokratikləşdirilməsi heç də məktəb rəhbərlərinin hüquq və səlahiyyətlərinin heçə endirilməsini tələb etmir, əksinə, onların görüləcək iş üçün məsuliyyətlərini artırır. İnzibati-bürokratik, amirlik idarəetmə metodlarının ictima-dövlət idarəetmə metodları ilə əvəz edilməsi məktəb direktoru və onun müavinlərinin bu və ya digər məsələləri  təkbaşına  həll edə bilmək səlahiyyətlərini əllərindən almır. Elə məsələlər vardır ki, onları məktəb rəhbərləri öz hüquq və vəzifələri çərçivəsində həll etməlidirlər. Belə məsələlərin kollegial həllini gözləmək süründürməçiliyə, əsl bürokratizmə aparıb çıxara bilər.  

Pedaqoji Şuranın fəaliyyət pirnsipləri :

Tədqiqat prosesində məktəb pedaqoji Şuralarının fəaliyyətinin öyrənilməsi nəticələrinin təhlili göstərdi ki, səriştəli, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan məktəb rəhbərləri pedaqoji şuranın fəaliyyətində müəyyən sistem yarada bilmişlər. Belə sistemin mövcud olduğu məktəblərdə pedaqoji ġura, üzərinə düşən idarəetmə funksiyasını müəyyən dərəcədə yerinə yetirə bilir.  
 
Aktuallıq, kollegiallıq, kollektivçilik, aşkarlıq, konkretlilik, razılaşdırma, nəzəriyyə ilə praktikanın vəhdəti və təsirlilik belə prinsiplərdəndir. Həmin prinsiplərin hər biri pedaqoji şura fəaliyyətinin ayrı-ayrı mərhələlərində müxtəlif təsir səviyyəsinə malik olur. Belə ki, pedaqoji şuranın keçirilməsinin bir mərhələsində prinsiplərin hamısı deyil, onlardan biri və ya bir neçəsi vacib ola bilir. Başqa şəkildə desək, müəyyən bir mərhələ üçün riayət edilməsi vacib olan bir prinsip digər mərhələdə o qədər də vacib olmaya bilər. Bunu aydın təsəvvür etmək üçün pedaqoji Şuranın fəaliyyət mərhələlərini və həmin mərhələlərdə rəhbər tutulası prinsipləri nəzərdən keçirməyi lazım bildik.

Tədqiqatçılar pedaqoji şuranın fəaliyyətini şərti olaraq 4 mərhələyə ayırırlar:

1. Şuranın işinin planlaşdırılması;

2. Şura iclaslarının, eləcə də müzakirə və həll ediləcək məsələlərin hazırlanması;

3. İclasın gedişinin təşkili;

4. Qərarların qəbulu və icrasının təşkili;

Bu mərhələlərdən hər birində müəyyən prinsiplərə riayət edilməsi tələb olunur. Hansı mərhələdə hansı prinsiplərə üstünlük verilməli olduğunu təsəvvür etmək üçün ayrı-ayrı prinsiplərin doğurduğu tələbləri araşdıraq.

1. Aktuallıq prinsipi.
 
Bu prinsip pedaqoji şura fəaliyyətinin bütün mərhələlərini əhatə etsə də onların hamısında eyni təsir səviyyəsinə malik olmur. Məsələn, işin planlaşdırılması mərhələsində aktuallığa riayət olunması səviyyəsi icraya nəzarət mərhələsindəkindən daha üstündər. Şura iclaslarını planlaşdırarkən təlimtərbiyə işini yenidən qurmaq sahəsində müasir məktəbin qarşısında duran möhtəşəm vəzifələrin həlli üçün daha aktuallıq kəsb edən məsələlərin düzgün seçilməsinin əhəmiyyəti böyükdür.
 
Pedaqoji Şuranın işinin səmərəliliyi ilk növbədə onun müzakirəsi üçün seçilmiş məsələlərin aktuallığından asılıdır. Müzakirəyə ayrılan mövzuların məktəbin ümumi işinə verə biləcəyi səmərəni əvvəlcədən müəyyənləşdirə bilmək üçün planlaşdırma zamanı aktuallıq prinsipinə ciddi riayət etmək, Şura iclaslarının gündəliyinə təkcə vacib olan məsələni (qeyd edək ki,məktəb işində əslində vacib olmayan məsələ yoxdur) deyil, daha aktuallıq kəsb edənləri daxil etmək lazımdır.

İşin başlanğıc mərhələsində xüsusi əhəmiyyət kəsb edən aktuallıq prinsipi sonrakı mərhələlərdə də nəzərdən qaçırılmamalıdır. İstər məsələnin iclasa hazırlanmasında, istər müzakirənin gedişi zamanı çıxışların istiqamətləndirilməsində, istər qəbul ediləcək qərarın hər bir maddəsinin formalaşmasında, istərsə də icraya nəzarət zamanı hansı məsələlərin diqqət mərkəzində saxlanmalı olduğununmüyyənləşdiril-məsində aktuallığın gözlənməsi vacibdir.
 
Pedaqoji Şuranın fəaliyətini bütövlükdə əhatə edən aktuallıq prinsipinin özü bir çox tələblərləm bağlıdır. Elə Şuranın fəaliyyətinin ilk mərhələsi hesab edilən planlaşdırma zamanı seçilən mövzunun aktuallığını müəyyənləşdirmək üçün bir sıra tələblər gözlənilməlidir. Onlardan biri mövzunun konkret məktəbin həyatı üçün əhəmiyyətliliyidir. Axı bir məktəb üçün müzakirəsi aktual olan məsələ, başqa bir məktəb şəraitində aktuallıq kəsb etməyə bilər.
 
Məsələn, peşəyönümü işinin yaxşı təşkil edildiyi bir məktəbdə hər il «məktəbdə peşəyönümü işinin aparılması»nı müzakirə etmək əhəmiyyətlilik tələbi baxımından aktuallıq kəsb etmir. Özlüyündə isə belə bir mövzunun aktuallığını inkar etmək olmaz. Bu məsələ peşəyönümü işinin təşkili sahəsində kifayət qələr nailiyyət qazanmamış bütün məktəblər üçün aktuallıq kəsb edə bilər.

Əhəmiyyətlilik tələbi pedaqoji Şurada ayrı-ayrı fənlərin tədrisinə, məktəb işinin konkret sahəsinə aid xüsusi məsələlərin müzakirəsini inkar edir. Belə məsələlərin müzakirəsi nə qədər vacib olsa da onun pedaqoji Şuranın gündəliyinə daxil edilməsi münasibəti bilinmir. Məsələn, «şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsində təkrarın rolu» kimi məsələ maraqlı və vacib olsa da onun metodbirləşmələrdə və ya seminarlarda, yaxud da direktoryanı müşavirələrdə müzakirəsi daha münasibdir.

Aktuallıq prinsipinin doğurduğu tələblərdən biri də perspektivlilik və münasiblikdir. Seçilən mövzu zaman aktual hesab olunur ki, onun müzakirəsinin həmin tədris üçün perspektivi olsun. Perspektivlik münasibliklə sıx bağlıdır. Hansı məsələnin tədris ilinin hansı dövründə müzakirə edilə bilməsi münasiblik tələbi ilə sıx bağlıdır.
 
Bəzən belə fikir irəli sürülür ki, bir tədris ilində bir məsələni bir dəfə müzakirə etmək olar. Onun ikinci dəfə müzakirəsi təkrara yol verdiyindən aktual hesab oluna bilməz. Bu, doğru fikir deyildir. Münasiblik tələbi məsələnin təkrar müzakirəsinə yol verir. Bu, müzakirə edilən məsələnin məzmunu ilə sıx surətdə bağlıdır.

Ola bilər ki, dərs ilinin əvvəlində müzakirə edilmiş məsələ üzrə qəbul edilmiş qərarların həyata keçirilməsi vəziyyətinin yoxlama nəticələri həmin məsələ ətrafında daha təsirli tədbirlər görülməsi zəruriyyətini doğursun.Belə hallarda həmin məsələnin yenidən müzakirəsi münasib olub, aktuallıq kəsb edə bilər.

2. Kollegiallıq prinsipi.
 
Kollegiallıq pedaqoji Şuranın mahiyyətindən doğur. Bu, kollegial idarəetmə təşkilatı olduğundan onun istər planlaşdırılmasında, istər hazırlanmasında, istər iclasın gedişində, istər qanunların qəbulunda, istərsə qərarların yerinə yetirilməsində və istərsə də qərarların icrasına nəzarətin əsasında həll edilməlidir.
 
Hər bir qərar əsl məsləhətləşmə, diskussiya nəticəsində qəbul olunmalıdır. Planlaşdırma zamanı kollegiallıq, əsasən məsləhətləşmə yolu ilə təmin edilirsə, iclasın gedişində, qərarların qəbul edilməsində diskussiyaya daha geniş yol verilməlidir. Şuranın bütün fəaliyyəti kollektivin ayrı-ayrı üzvlərinin fikir və rəylərinin süzgəcindən keçmiş toplusu ilə nəticələnməlidir. Şuranın qərarı kollektivin iradəsini ifadə edən kollegial idarəetmə tapşırıqlarına çevrilməlidir. Bu qərarın-tapĢırıqlarının hər hansı birini yerinə yetirməmək və ya onu yerinə yetirməkdən imtina etmək kollektivin hər bir üzvünün öz qərarından imtina etməsi deməkdir.

3. Kollektivçilik prinsipi.
 
Kollektivçilik kollegiallıqla sıx bağlıdır. Pedaqoji Şuraya məsələlərin seçilməsi, hazırlanması və onların müzakirəsində, habelə qəbul edilmiş qərarların yerinə yetirilməsində, icraya nəzarətin aparılmasında kollektivçilik təmin edilir. Lakin məsələlərin istər planlaşdırılması, istər həlli, istərsə də qərarların icrası kollektiv əməyin məhsulu olsa da, icra üçün məsuliyyət fərdi olaraq qalır. Kollektivin hər bir üzvü icra üçün kollektiv qarşısında fərdi məsuliyyət daşıyır.
 
Pedaqoji Şuranın işində kollektivçilik aşağıdakı şərtlərlə təmin edilir:

– İclasın hazırlanmasında ġura üzvlərinin iştirakı (vəziyyətin öyrənilməsi, tövsiyə və təkliflərin
hazırlanması);

– Şura üzvlərinin iclas materialları ilə (arayış, məlumat, məruzə mətni və ya tezisləri, statistic məlumatlar, qərar layihəsi) tanış edilməsi;

– məsələlərin müzakirəsi və qərar qəbul edilməsində, eləcə də qəbul edilmiş qərarların yerinə yetirilməsində ġura üzvlərinin geniş və fəal iştirakı;

– şura üzvlərinin hər birinin şəxsi təşəbbüslə məktəb işinin yaxşılaşdırılmasına yönəldilən məsələləri şuranın müzakirəsinə vermək hüquqi və səlahiyyətindən istifadə etmələri.

Kollektivçilik prinsipinin şərtlərinin tam təmin edilməsi kollegial idarəetməni tamamlayır.

4. Aşkarlıq prinsipi.
 
Bu prinsipə pedaqoji Şuranın fəaliyyətinin bütün mərhələlərində riayət olunmalıdır.
Aşkarlıq həyatımızın bütün sahələrində olduğu kimi, xalq təhsilini idarəetmədə və aparıcı prinsip olaraq qalır. O cümlədən, məktəbin pedaqoji Şurası da bu prinsipə ciddi riayət etmədən öz fəaliyyətini səmərəli qura bilməz.

Pedaqoji Şura üzvlərinin iştirakı ilə hazırlanmış iş planı məktəb kollektivinin bütün üzvlərinə çatdırıldığı kimi, hazırlanmış qərar layihələri də onu müzakirə edəcək adamlara əvvəlcədən bəlli olmalıdır. Qəbul olunmuş qərarlar təkcə icraçılara deyil, məktəb kollektivinin üzvlərinə məlum olmalıdır. Aşkarlıq tələb edir ki, məsələlərin müzakirəsi prosesində hadisə və faktların tam aydın şərhi verilsin, qərarların icrası və icraya nəzarət zamanı kollektiv üzvlərinin iştirakı təmin edilsin.

Tam aşkarlıq şəraitində fəaliyyət göstərən pedaqoji Şuralar hamının diqqət mərkəzində olur, müəllim və tərbiyəçilər onun fəaliyyətini çox böyük maraqla izləyir, həmişə yenilik gözləyirlər

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...