H/N sənədlər
07 yanvar 2017
15 057


Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

 


       Pedaqoji işçilərə gördüyü işlərin həcmi və xarakteri əsas vəzifə ilə yanaşı əlavə vəzifələrin də yerinə yetirilməsi zərurəti yaradır. Əlavə vəzifələrin yerinə yetirilməsi üçün əlavə ödənişlər tətbiq olunur. Həmin ödənişlərin verilməsi və miqdarı aşağıdakı kimi müəyyənləşdirilir.

І  Sinif rəhbərliyi, dəftər və yazı işlərinin
yoxlanması üçün əlavə haqların ödənilməsi

1.Ümumtəhsil, texniki-peşə və orta ixtisas məktəblərində sinif (qrup) rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqlar ödənilir.

- І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;

- V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;

- Texniki peşə, orta ixtisas məktəblərində bir müəllim stavkasının 15 faizi həcmində.

      Sinifdə (qrupda) şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif (qrup) rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.

       Peşə məktəblərində və peşə liseylərində peşə ilə yanaşı orta təhsil də verən qruplarda, əsas təhsil bazasından peşə məktəbinə (liseyinə) daxil olan və 1-2 il müddətinə təhsil alan qruplarda sinif rəhbərliyi verilir.

       Bütün tipdən olan internat məktəblərində, sanatoriya-peşə məktəblərinə sinif rəhbərliyi üçün əlavə haqq ödənilmir.

        Azkomplektli ibtidai siniflərdə dərslər iki müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər səbəblərə görə yoxdursa, sinif rəhbərliyi və dəftərlərin yoxlanılmasına görə əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif (sinif komplekt) üçün verilir.

2.Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.

Axşam (növbəli) orta ümumtəhsil məktəblərinə iki növbəliklə əlaqədar və ya digər səbəbə görə iki qrupa bölünüb müxtəlif vaxtlarda dərs keçirilirsə, sinif rəhbərliyi üçün haqq bir sinif üçün ödənilir.

3.Bütün  tipdən  olan  ümumtəhsil və internat  məktəblərinin І - ІV sinif müəllimlərinə  

     dəftərlərin  və  yazı  işlərinin  yoxlanılması  üçün   bir   müəllim  stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir. Əlavə  haqq dərs yükünün həcmindən asılı  olmayaraq  əsas  müəllimə  verilir. Sinifdə (sinif komplektində) şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün müvafiq məbləğin 50 faizi ödənilir.

     Evlərdə, xəstəxanada  və  ya  sanatoriyada  І - V  sinif  şagirdləri ilə fərdi və ya qrup halında dərs aparan  müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmir.

     Təlim qeyri-azərbaycan dilində aparılan І - ІV siniflər azərbaycan dilini, təlim  azərbaycan dilində aparan І - ІV siniflərdə  xarici  dili digər müəllim tədris edirsə, həmin müəllim  şagirdlərin  sayı  nəzərə  alınmaqla yazı  işlərinin  yoxlanması  üçün ibtidai siniflərdə  nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir.

     Ümumtəhsil  və  internat   məktəblərinin  V - XІ  (XІІ)  siniflərin  (o cümlədən evdə, xəstəxanada, sanatoriyada fərdi və ya qrup halında dərs aparanlar), texniki peşə, orta ixtisas  məktəblərinin  ana  dili və ədəbiyyat  üzrə yazı işlərini yoxlanması üçün bir müəllim  stavkanın  15  faizi, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə 10 faizi miqdarında əlavə haqq ödənilir. 

     Siniflərdə (qruplarda)  şagirdlərin  sayı  10  nəfərdən  az  olduğu  halda yazı işlərinin yoxlanılması üçün  müvafiq  məbləğin 50 faizi ödənilir. Bu  qayda həmçinin siniflər yarımqruplara bölündükdə də tətbiq edilir. Dərs ili ərzində şagirdlərin sayı ilə əlaqədar  sinif  rəhbərliyi və yazı işlərinin yoxlanması üçün verilən əlavə haqq dəyişilmir.

     Orta  ixtisas  məktəblərində rəsmxət və texniki mexanika üzrə yazı işlərinin yoxlanması üçün müəllim stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir.


ІІ Fənn, bölmə və metodiki komissiyalara, şöbə, tədris kabinetlərinə, tədris-təcrübə sahələrinə, tədris emalatxanalarına, bədən tərbiyəsi üzrə sinifdən xaric işlərin aparılmasına rəhbərlik üçün əlavə haqların ödənilməsi.

1.Orta ixtisas məktəblərində müəllimlərə fənn, bölmə və metodiki komissiyalarda rəhbərlik üçün bir müəllim stavkasının 15 faizi miqdarında əlavə haqq ödənilir.

2.Məktəb və internat məktəblərdə, peşə məktəbləri və peşə liseylərində tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir. Hesablama texnikasına xidmət üçün bu iş həvalə olunan şəxsə hər bir işləyən kompüterə görə müəllim stavkasının 3 faizi həcmində əlavə haqq ödənilir.

3.Pedaqoji məktəblərdə tədris kabineti və ya laboratoriya müdirliyinə görə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Tədris kabineti və ya laboratoriya müdirliyinə görə əlavə haqq yalnız tədris işlərini aparmaq üçün lazımi avadanlıq olduqda verilir.

4.Tədris-təcrübə sahəsinə rəhbərlik üçün əsas məktəblə bir müəllim stavkasının 10 faizi miqdarında, orta məktəblərdə isə faizi miqdarında, internat məktəblərində və ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təyinatlı məktəblərdə 20 faizi miqdarında əlavə haqq ödənilir. Əlavə haqq uşaqlar tərəfindən təsərrüfat işlərinin görüldüyü müddət üçün ödənilir. İstixanaları və şitillikləri olan məktəblərdə həmin məbləğ il ərzində ödənilir. İnternat məktəbdə aqronom ştat olduqda tədris-təcrübə sahəsi üçün əlavə haqq verilmir. Xidmət əməyi üzrə (parça emalı, kulinariya işləri) məşğələlərin aparıldığı tədris emalatxanalarının ustası vəzifəsini yerinə yetirməsi üçün nəzərdə tutulan məbləğ verilir.

5.İbtidai, əsas, orta məktəblərdə və internat məktəblərdə bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə olunan müəllimə siniflərin sayı 10-19-a qədər olduqda bir müəllim stavkasının 20 faizi, 20-dən 29-a qədər olduqda 50 faizi, 30 və daha çox olduqda isə 70 faizi miqdarında əlavə haqq ödənilir. Yetim və valideyn himayəsindən kənarda qalmış uşaqlar üçün internat məktəblərində, məktəbyaşlı uşaqlar üçün uşaq evlərində və qarışıq tipli uşaq evlərində şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə şəxsə siniflərin sayından asılı olmayaraq bir stavkanın 50 faizi miqdarında əlavə haqq ödənilir.


III Məktəbə (sinfə). Məktəbyanı internata, bölməyə (qrupa), filiala, məktəbin tədris məsləhət məntəqəsinə, məktəbdənkənar müəssisələrin şöbələrinə rəhbərlik üçün əlavə haqların ödənilməsi

1.İbtidai  məktəblərdə  sinif  komplektlərinin sayı 5-dən aşağı, şagirdlərin sayı isə 100 nəfər qədər, natamam musiqi və rəssamlıq məktəblərində şagirdlərin sayı 50 nəfər qədər olduqda direktor vəzifəsi nəzərdə tutulmur. Məktəbə rəhbərlik üçün müəllimlərdən birinə aşağıdakı kimi əlavə haqq ödənilir.

-İbtidai məktəblərdə şagirdlərin sayı 100 nəfərə qədər olduqda bir müəllim stavkasının 20 faizi miqdarında əlavə haqq ödənilir.

-7-8 illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində şagirdlərin sayı 50-yə qədər olduqda məktəbə rəhbərlik edən müəllimə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Şagirdlərin sayı 150-dən 200-ə qədər olduqda tədris hissə müdiri vəzifəsi həvalə edilmiş müəllimə bir stavkanın 20 faizi miqdarında əlavə haqq ödənilir.

2.Məktəbdənkənar müəssisələrin dərnək rəhbərlərinə (eyni profil üzrə 10 dərnəkdən az olmadıqda) bölməyə rəhbərlik üçün bir stavkanın 25 faizi miqdarında əlavə haqq ödənilir.

3.Orta ixtisas məktəblərinin müəllimlərinə axşam, qiyabi şöbələrə rəhbərlik üçün aşağıdakı kimi haqq ödənilir.

-Şöbədə 100-dən 125-ə kimi tələbə olduqda stavkanın 10 faizi, 126-dan 150-yə qədər tələbə olduqda bir stavkanın 15 faizi miqdarında;

-şöbədə 151-dən 200-ə qədər tələbə olduqda bir stavkanın 20 faizi miqdarında; İncəsənət və musiqi işçilərinin hazırlanması üzrə şöbəyə rəhbərlik edən müəllimə tələbələrin sayı 50-dən 100-ə qədər olduqda 10 faizi miqdarında, tələblərin sayı 100-dən çox olduqda 15 faizi miqdarında əlavə haqq ödənilməlidir.

ІV Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri əvəz etməyə görə əlavə haqların ödənilməsi.

1.Təhsil müəssisələrinin rəhbərlərinə həmkarlar komitəsinin razılığı ilə az sayda işlərlə yerinə yetirilən işlərin həcmini artırmaqla fəhlə, mühəndis-texniki işçilərə, digər mütəxəssislərə, qulluqçulara və kiçik xidmət işçilərinə stavka və ya vəzifə maaşının 30 faizi qədəri həcmində peşə və vəzifələri əvəz etməklə xidmət sahəsini genişləndirmək və yerinə yetirilən işin həcmini artırmağa icazə verilir.

2.Müəllim və digər işçilərə kargüzarlıq və mühasibat uçotu işlərini yerinə yetirmək üçün aşağıdakı kimi əlavə haqq ödənilir;

-Ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında;

-Sinif komplektlərinin sayı 10-dan 13-ə qədər olduqda stavkanın 15 faizi miqdarında;

-Ümumtəhsil məktəbləri yanında internatlarda, orta musiqi, incəsənət və rəssamlıq məktəblərində tərbiyə olunanların sayı 20-dən 75-ə qədər olduqda 3 faizi, 76-dan 120-ə qədər olduqda 5 faizi, 120-dən artıq olduqda isə 8 faizi miqdarında əlavə haqq ödənilir.

3.Şagirdlərin sayı 160-dan çox olan ümumtəhsil məktəblərində kitabxanaçı vəzifəsi nəzərdə tutulmayan kitab fondu 1000-dən az olmayan halda kitabxana işlərinin aparılması həvalə olunmuş müəllimə və ya məktəb işçisinə stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir.

Məktəbin kitabxana müdirinə və ya kitabxanaçısına kitabxana olmadıqda dərslik fondunun aparılması həvalə olunmuş şəxsə aşağıdakı qaydada əlavə haqq ödənilir:

-1000  nüsxəyə  qədər  dərslik  fonduna görə müvafiq işçinin stavkasının (vəzifə  maaşının) 5 faizi miqdarında; 

-1000 nüsxədən artıq dərslik fonduna görə müvafiq işçinin stavkasının (vəzifə maaşının) 10 faizi miqdarında.

4.Xarici dili bilən və onu praktiki işdə tətbiq edən işçilərin stavkaları (vəzifə maaşları)  aşağıdakı qaydada artırılır:

-   Bir sıra fənlərin xarici dildə tədris edildiyi məktəblərdə, internat məktəblərdə işləyən direktorlara, onların  təlim-tərbiyə  işləri, tərbiyə  üzrə  (təşkilatçı)  və  xarici dil üzrə müavinlərə, müəllimlərə, tərbiyəçilərə, uşaq  birliyi rəhbərlərinə stavka 10 faizi  miqdarında əlavə haqq ödənilir.

-   Məktəbdə  iki  və  daha  çox  günüuzadılmış qrup olarsa direktorun, tədris işləri üzrə direktor   müavininin  vəzifə  maaşı   stavkanın  5 faizi, günüuzadılmış   məktəblərdə isə  10  faizi miqdarında əlavə haqq ödənilir. Bu artım direktorun tədris işi üzrə müavinlərindən  yalnız birinə günüuzadılmış qrupların işinə rəhbərlik edən müavinə verilir. Direktor  müavinin həmin vəzifəni tam və ya yarım ştat aparmasından asılı olmayaraq yuxarıda göstərilən əlavə haqq tam ödənilir.

ІV Əməkhaqqının stavkaları və vəzifə maaşlarına əlavələrin və üstəliklərin ödənilməsi.

1.Əməkhaqqı stavkaları (vəzifə maaşları) aşağıdakı hallarda artırılır.

a)"Xalq müəllimi” adı olanlara 25000 manat miqdarında əlavə haqq müəyyən edilir;

b)"Əməkdar müəllim” adı olanlara 15000 manat miqdarında əlavə haqq ödənilir;

c)"Əməkdar hakim”, "Əməkdar idman ustası”, "Əməkdar məşqçi”, olanların rəhbər işdəki fəaliyyəti və pedaqoji fəaliyyəti peşəyə uyğun gəlirsə 15000 manat miqdarında əlavə haqq müəyyən edilir;

ç) "Elmlər doktoru” və "Elmlər namizədi” elmi dərəcəsi olanlara müvafiq olaraq 19000  və 9000 manat miqdarında əlavə haqq ödənilir. Pedaqoji işçinin elmi və eyni  zamanda  fəxri  adı  olarsa, hər  ikisi  üçün  əlavə  haqq  ödənilir. Pedaqoji iş aparan  direktor, direktor  müavini, metodist və digər təhsil işçilərinin vəzifə maaşları və pedaqoji iş üçün stavkaları a. b, c, ç bəndlərində göstərildiyi kimi ödənilir.

2.Ümumi tipli internatlarda, lisey, gimnaziyalarda, müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılır.

3.Xüsusi tipli internatlarda əqli və fiziki inkişafında qüsurlu, ciddi tərbiyəyə ehtiyacı olan, uzun müddətli müalicəyə ehtiyacı olan internat peşə sağlamlıq məktəbində) və məktəbəqədər müəssisələrdə, uşaq evlərində, həddi-buluğa çatmayanlar üçün qəbul bölgü məntəqələrində, xəstə uşaqlar üçün məktəblərdə (xəstə uşaqlarla fərdi, qrup halında məşğul olan, ümumtəhsil məktəbləri nəzdində xüsusi təyinatlı sinif və qruplarda işləyən pedaqoji işçilərin əməkhaqqı vəzifə maaşları və stavkalarının 50 faizi miqdarında artırılır. Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqların ödənilməsinə dair 21 iyul 1994-cü ilə təsdiq edilmiş təlimat qüvvədən düşmüş hesab edilir.

      Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.







Загрузка...
Həmçinin oxuyun:
İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?