H/N sənədlər
07 yanvar 2017
19 237

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

QEYDLƏR

1. 5 və daha çox sinif-komplekti və 100-dən çox şagirdi olan ibtidai məktəblərin ştatları əsas və orta məktəblərin nümunəvi ştatlarına uyğun surətdə müəyyən edilir.

2. 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir.

Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.

3. 10-dək sinif-komplekti olan orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda 0,5 vahid, 10 və daha çox sinif-komplekti olduqda bir vahid uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi müəyyən edilir.

4. Orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda sinif-komplektlərinin sayından asılı olmayaraq hərbi rəhbər vəzifəsi müəyyən edilir.

5. Nümunəvi ştatda göstərilən laborant vəzifəsi əsas və orta ümumtəhsil məktəblərində, litseylərdə və gimnaziyalarda avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilir.

Əsas və orta məktəb, litsey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir.

Doqquz sinif-komplekti və avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olan əsas və orta məktəblərə laborant vəzifəsi müəyyən edilir. 40 və daha çox sinif-komplekti olduqda əlavə bir vahid laborant vəzifəsi daxil edilir.

6. Sinif-komplektlərinin sayı 20 və daha çox olan məktəblərdə, litseylərdə və gimnaziyalarda direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsi şagirdlərin sayı 401 və daha çox olduğu halda müəyyən edilir.

7. Ocaqçı, binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi mənzil-kommunal sisteminə verilməyən məktəblərdə müəyyən edilir:

mərkəzi istilik sistemi olduqda — hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv metrdən çox olduqda — növbədə 2 ocaqçı vəzifəsi;

qazla qızdırıldıqda — növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;

mərkəzləşdirilmiş istiliklə təchiz edilən ümumtəhsil məktəblərində litseylərdə və gimnaziyalarda istilik məntəqəsi və ya elevator olduqda binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə — növbədə bir fəhlə vəzifəsi;

soba ilə qızdırılan ümumtəhsil məktəblərində 0,5 vahiddən az olmamaqla — hər 5 sobaya 0,5 vahid sobayandıran vəzifəsi.

Bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulmuşdur.

Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən edilir.

8. Paltarsaxlayan vəzifəsi kiçik xidmətedici işçi heyətinin ümumi sayı dairəsində paltar saxlamaq üçün avadanlıqla təchiz edilmiş xüsusi yer olduqda müəyyən edilir və qış mövsümü üçün nəzərdə tutulur.

9. Hər günü uzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir.

Günü uzadılmış qrup şagirdlərin sayı 20 nəfərdən az olmadıqda təşkil edilir.

10. 30-dan çox sinif-komplekti olan məktəblərdə xadimə vəzifəsi hər iki sinfə 0,5 vahid hesabı ilə artırılır.

11. Əgər hər bir xadimə ştatına məktəbin ümumi süpürülən sahəsinin 400 kv metrdən çox düşərsə, əlavə xadimə vəzifəsi müəyyən edilə bilər, bu şərtlə ki, hər 400 kv. metr süpürülən sahəyə bir vahiddən artıq olmasın.

12. Məktəblərdə dalandar vəzifəsi süpürülən sahənin yerli İcra Hakimiyyətləri tərəfindən təsdiq edilmiş normalarına uyğun surətdə müəyyən edilir. Məktəbin 1,5 hektardan az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi ləğv edilərək bağban vəzifəsi müəyyən edilə bilər.

13. Əsas və orta məktəb, litsey və gimnaziya binalarının qorunması üçün istirahət və iş günü hesab edilməyən bayram günləri də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir.[ 1]

14. Ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur: 5-dən 10-dək sinif olduqda — 0,5 müəllim stavkası; 10-dan 20-dək — 1 stavka; 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası.

Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların balansında nəqliyyat vasitəsi olduqda, məktəb üzrə sürücü vəzifəsi müəyyən edilir[2]

15. Mərkəzləşdirilmiş mühasibatlığın xidmət etdiyi məktəblərdə mühasib vəzifəsi nəzərdə tutulmur.

16. Günüuzadılmış məktəblərin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə-yardımçı və xidmətedici heyətin ştatı 2-ci əlavədə göstərilənlər də nəzərə alınmaqla həmin nümunəvi ştata uyğun olaraq müəyyən edilir.

17. İbtidai, əsas və orta ümumtəhsil məktəblərinin xərc smetasında təxsisat və ştat müəyyən edildikdə məktəbəqədər uşaq müəssisələrində təhsil alan 6 yaşlılar sinfi və hazırlıq sinifləri nəzərə alınmamalıdır.

18. Ümumtəhsil məktəblərindəki ştat vahidlərinin sayı həmin nümunəvi ştata uyğun surətdə ildə bir dəfə sentyabr ayında müəyyən edilir.

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

QEYDLƏR

1. Anbardar, aşbaz, köməkçi fəhlə vəzifələri yemək bilavasitə məktəbin özündə hazırlandıqda daxil edilmir. Günüuzadılmış məktəblərdə doqquzdan çox sinif olduqda iki aşbaz vəzifəsi daxil edir, bu şərtlə ki, həmin sinifdəki uşaqların hamısı üçün yemək hazırlanmış olsun.

2. Günüuzadılmış məktəblərdə bir vahid mühasib vəzifəsi müəyyən edilir.

3. Günüuzadılmış məktəblərdə qoşqu nəqliyyatı, motoroller və ya avtomobil olduqda məktəb üzrə yalnız bir vahid mehtər və yaxud yük maşını, motoroller sürücüsü vəzifəsi müəyyən edilir.

4. Günüuzadılmış məktəblərdə həkim yardımı başqa ümumtəhsil məktəblərindəki ümumi qaydada göstərilməlidir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 27 oktyabr 2005-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 991)

2. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə 1 nömrəli əlavənin - "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları"nın Qeydlər hissəsinin 13-cü bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.

[2] 27 oktyabr 2005-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 991) ilə "Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarının 1 nömrəli əlavəsinin qeyd hissəsinin 14-cü bəndinə  abzas əlavə edilmişdir.

Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?