Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

 

"Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri"nin təsdiq edilməsi haqqında  
                        Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
                                                                 QƏRARA ALIR:
 
"Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə    Bakı şəhəri, 23 aprel 2012-ci il    № 87
 

 

 

 Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

 

01.05.2012  Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2012-ci il 23 aprel tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 


                                                          1. Ümumi müddəalar


1.1. Bu normativlər "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və təhsilin pillələri üzrə təhsil müəssisələrinin  maddi-texniki bazasını və təhsil infrastrukturu normativ-lərini müəyyən edir.


1.2. Müxtəlif təhsil pillələrini həyata keçirən təhsil müəssisələrinin vahid kompleks şəklində layihələndirilməsi hər bir təhsil pilləsi üzrə bu normativlərlə müəyyənləşdirilmiş normalara əsasən yerinə yetirilir.


1.3. Təhsil müəssisələrinin maddi-texniki bazası və təhsil infrastrukturu onların tikintisi üçün ayrılmış torpaq sahəsindən və tədris binasından (binalarından) ibarətdir.


                                                2. Məktəbəqədər təhsil müəssisəsi

 

2.1. Məktəbəqədər təhsil müəssisələrinin layihələndirilməsi üçün ayrılmış torpaq sahələrinin yaşayış məntəqələrində magistral küçələrdən, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrin-dən kənar sahələrdə yerləşdirilməsi nəzərdə tutulur.


2.2. Yeni layihələndirilən məktəbəqədər təhsil müəssisələrinin ərazisində səs-küy, vibrasiya və elektromaqnit şüalanması mənbəyi olan avadanlıqların yerləşdirilməsinə yol verilmir. Səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"na uyğun olaraq müəyyənləşdirilir.


2.3. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hündürlüyü 1,6 m olan hasarla və yaşıllıq zolağı ilə əhatə olunur. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulur.


2.4. Məktəbəqədər təhsil müəssisələrinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni tikilən şəhərlərdə tutumu 140 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazidə olmaq şərtilə binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılır.


2.5. Layihələndirmə binadaxili zonalara ayrılır.


2.6. Oyun meydançası zonasının tərkibinə aşağıdakılar daxildir:

2.6.1. qrup meydançaları (bu meydançalar hər bir qrup üçün fərdi qaydada olmaqla, 1 yaşlı körpə uşağa 7,5 m2-dən, məktəbəqədər yaşlı 1 uşaq üçün isə 9,0 m2-dən az olmayaraq qəbul edilir);

2.6.2. ümumi bədən tərbiyəsi meydançası.


2.7. Qrup meydançaları sahənin perimetri boyu keçən, eni 1,5 m olan dairəvi cığırla (velosiped sürməklə yanaşı, yol hərəkəti qaydalarını öyrənmək üçün) birləşir. Meydançaların örtüyü yaşıl otla və ya döyəclənmiş süxurla örtülməli və toz yaratmamalıdır.


2.8. Körpəyaşlı uşaqlar üçün meydançaların örtüyü kombinasiya edilir: qum meydançalarının ətrafında otluq və kölgəlik talvarlarına döyəclənmiş torpaqla örtülən keçid nəzərdə tutulur. Körpəyaşlı uşaqlar üçün meydançalar həmin qrupun otaqlarının çıxışına bilavasitə yaxın yerləşdirilir.


2.9. Hər bir qrup meydançasının ərazisində uşaqların günəşdən və yağıntıdan mühafizəsi üçün sahəsi 40 m2 olan kölgə salan örtüklər quraşdırılır.


2.10. Ümumi bədən tərbiyəsi meydançası aşağıdakılardan ibarətdir:

2.10.1. hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar;

2.10.2. gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar;

2.10.3. qaçış yolları;

2.10.4. uzunluğa tullanmaq üçün qum çalaları;

2.10.5. maneəli zolaqlar.


2.11. 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri sahəsi 250 kv.m-dən az olmayan idman meydançası, tutumu 150 yerdən artıq olan məktəbəqədər təhsil müəssisələri isə sahəsi 150 kv.m və 250 kv.m olan 2 ədəd idman meydançası ilə təchiz edilir.


2.12. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq zonasının sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır. Yaşıllıq zonalarında tozdan, səs-küydən, küləkdən və digər amillərdən mühafizə üçün sahə elementləri arasında müvafiq ara məsafələrini təmin edən zolaqlar nəzərdə tutulur.


2.13. Təsərrüfat zonasında qida bloku, camaşırxana, qazanxana, yanğın hovuzu, təsərrüfat ehtiyacları üçün anbar yerləşdirilir və bu zona torpaq sahəsinin sərhədində, qrup və idman meydançalarından kənarda yerləşdirilərək digər ərazidən yaşıllıqla ayrılır. Bu zonanın küçədən müstəqil girişi olur, qida bloku və camaşırxana ilə asan əlaqəyə malik olması nəzərdə tutulur.


2.14. Məktəbəqədər təhsil müəssisəsinin binası, bir qayda olaraq, uşaqlara xidmət edən musiqi və idman məşğələləri üçün otaqlardan, inzibati təsərrüfat otaqlarından ibarətdir.


2.15. Qrup otaqları kiçikyaşlı uşaqlar üçün qəbul otağından, oynamaq-yemək otağından, yataq otağından, tualet otağından və bufet otağından ibarətdir. Məktəbəqədər yaşlı uşaqlar üçün isə soyunma otağından, qrup otağından, yataq otağından, tualet otağından və bufet otağından ibarətdir.


2.16. Müəssisənin tutumundan asılı olaraq, musiqi və idman məşğələləri üçün bir birləşdirilmiş otaq və ya iki ayrı-ayrı otaq nəzərdə tutulur.


2.17. İnzibati təsərrüfat otaqlarının tərkibinə daxildir:

2.17.1. direktorun otağı, əməkdaşların otağı;

2.17.2. qida hazırlamaq üçün mətbəx və onun köməkçi otaqları;

2.17.3. həkim otağı, tədris otağı (qəbul otağı, palata, tualet).


2.18. İritutumlu məktəbəqədər təhsil müəssisələri kompleksinə (560-640 yerlik) uşaq otaqlarından ibarət olan ayrı-ayrı sərbəst korpuslar və ümumiləşdirilmiş inzibati təsərrüfat korpusu daxildir.


2.19. Tutumu 140 yerlik və daha artıq olan məktəbəqədər təhsil müəssisələrinin tərkibində uşaqlara üzgüçülüyü öyrətmək üçün üzgüçülük hovuzunun nəzərdə tutulması mümkündür.

 

                                                       3. Ümumi təhsil müəssisəsi

 

3.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsinin ölçüləri mövcud şəraitdən və yerli xüsusiyyətlərdən asılı olaraq, layihəqabağı işlər zamanı yerli icra hakimiyyəti və ya bələdiyyə orqanları ilə razılaşdırılmalı və müvafiq qaydada təsdiq olunmuş baş plan və ya müfəssəl planlaşdırma layihələrində öz əksini tapmalıdır.


3.2. Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri aşağıdakı hesabla müəyyənləşdirilməlidir:

3.2.1. 40 şagirddən 400 şagirdədək hər bir şagird üçün - 50 m2;

3.2.2. 400 şagirddən 500 şagirdədək hər bir şagird üçün - 60 m2;

3.2.3. 500 şagirddən 600 şagirdədək hər bir şagird üçün - 50 m2;

3.2.4. 600 şagirddən 800 şagirdədək hər bir şagird üçün - 40 m2;

3.2.5. 800 şagirddən 1100 şagirdədək hər bir şagird üçün - 33 m2;

3.2.6. 1100 şagirddən 1500 şagirdədək hər bir şagird üçün - 21 m2;

3.2.7. 1500 şagirddən 2000 şagirdədək hər bir şagird üçün - 17 m2;

3.2.8. 2000 şagirddən çox hər bir şagird üçün - 16 m2.


3.3. Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.


3.4. Tədris müəssisəsi üçün ayrılmış torpaq sahəsi aşağıdakı zonalara ayrılır:

3.4.1. tədris-təcrübə zonası - sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriya otaqları planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər;

3.4.2. bədən tərbiyəsi və idman zonası - binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir;

3.4.3. istirahət zonası - təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur;

3.4.4. təsərrüfat zonası - küçədən sərbəst girişə malik olur.


3.5. Layihələndirilən müəssisənin ərazisi yerin səthindən 10 lx-a bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.


3.6. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.


3.7. Ümumi təhsil müəssisələrinin binası aşağıdakı funksional otaq qruplarından ibarətdir:

3.7.1. tədris otaqları;

3.7.2. əmək tədrisi otaqları;

3.7.3. ümumi məktəb zalları qrupu;

3.7.4. inzibati xidmət otaqları qrupu (direktor otağı, direktor müavininin otağı, müəllimlər otağı, metodika kabineti, mühasibatlıq otağı, arxiv).


3.8. Tədris blokuna aşağıdakı tədris seksiyaları (otaqlar qrupu) daxildir:

3.8.1. ibtidai siniflər seksiyası;

3.8.2. natamam orta təhsil sinifləri seksiyası;

3.8.3. tam orta təhsil sinifləri seksiyası.


3.9. Əmək tədrisi bloku tədris emalatxanalarından, təlimatçı otaqlarından, xammal və hazır məhsul saxlanılan otaqlardan ibarətdir.


3.10. Ümumi məktəb blokuna aşağıdakılar daxildir:

3.10.1. akt zalı, kitabxana və dərnək otaqları;

3.10.2. idman zalı (zalları) və onların köməkçi otaqları;

3.10.3. qida qəbulu zalı və onun köməkçi otaqları.


3.11. Ümumi təhsil müəssisəsinin tutumundan asılı olmayaraq, onun funksional strukturu, bir qayda olaraq, dəyişilməz qalır. Funksional otaqlar qrupların tərkibindən, otaqların sayı isə müəssisənin tutumundan və təmayülündən asılı olaraq müəyyənləşdirilir.


3.12. Ümumi təhsil müəssisəsi böyük kompleks şəklində də layihələndirilə bilər. Belə komplekslər bir qayda olaraq, 2-3 müxtəliftutumlu tədris müəssisəsindən və ümumi təhsil məktəb zallarından və inzibati-xidmət otaqlarından ibarət olur.

 

                                        4. İlk peşə-ixtisas təhsili müəssisəsi

 

4.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi torpaq sahələrinin ərazisində tədris binaları, tədris kabinetləri və laboratoriyaları, auditoriyalar, rəsmxət zalları, tədris-istehsalat emalatxanaları, kitabxana, bədən tərbiyəsi - idman qurğuları, akt zalı və dərnək otaqları, yeməkxana, tibbi xidmət otaqları, eləcə də köməkçi otaqlar nəzərdə tutulmalı və yerləşdirilməlidir.


4.2. İdman meydançalarının tədris otaqlarının yanında yerləşdirilməsinə yol verilmir. Həmin meydançalar otaqlardan 10-15 metr aralı olmalıdır.


4.3. Təsərrüfat sahəsinə giriş küçədən olmalı və yanğın maşınlarının binalara maneəsiz yanaşmasını təmin etmək məqsədi ilə məktəbə gedən yollar asfalt döşənməlidir.


4.4. Yaşıllaşdırılma ümumi ərazinin 40 faizini təşkil etməlidir.


4.5. İlk peşə-ixtisas təhsili müəssisələrinin binalarına təyinatına görə aşağıdakı otaq qrupları daxildir:

4.5.1. tədris kabinetləri və laboratoriyaları;

4.5.2. auditoriyalar;

4.5.3. rəsmxət zalları;

4.5.4. tədris-istehsalat emalatxanaları;

4.5.5. kitabxana;

4.5.6. bədən tərbiyəsi-idman qurğuları;

4.5.7. akt zalı və dərnək otaqları;

4.5.8. inzibati xidmət otaqları;

4.5.9. yeməkxana;

4.5.10. tibbi xidmət otaqları;

4.5.11. köməkçi otaqlar.


4.6. Tədris kabinetləri və laboratoriyaları qrupuna aşağıdakı tədris otaqları daxildir:

4.6.1. ümumi təhsil tədris kabinetləri və laboratoriyaları;

4.6.2. ixtisas-texniki tədris kabinetləri və laboratoriyaları;

4.6.3. texniki tədris vasitələri kabinetləri.


4.7. Auditoriyalara ixtisaslaşdırılmış avadanlıqların istifadəsi tələb olunmayan fənlərin keçirilməsi üçün nəzərdə tutulmuş sinif otaqları daxildir.


4.8. Rəsmxət zallarında təbii və süni işıqlandırma nəzərdə tutulur və bu zallar xüsusi masalarla, eləcə də müvafiq rəsmxət avadanlıqları ilə təchiz edilir.


4.9. Tədris-istehsalat emalatxanaları aşağıdakı ixtisaslar üzrə nəzərdə tutulur:

4.9.1. çilingərlik;

4.9.2. elektrik və radio quraşdırma;

4.9.3. elektrik və qaz-qaynaqlama;

4.9.4. dəmirçilik;

4.9.5. taxta emalı;

4.9.6. inşaat işləri (daş hörgüsü, üzləmə, tamamlama);

4.9.7. kənd təsərrüfatı və digər ixtisaslar.


4.10. Kitabxana oxu zalından və kitabların saxlanılması otaqlarından ibarətdir, ixtisas və ümumi fənlər üzrə dərsliklərlə, eləcə də bədii ədəbiyyatla təchiz olunur.


4.11. Bədən tərbiyəsi-idman qurğularında idman zalları köməkçi otaqları ilə və üzgüçülük hovuzu köməkçi otaqları ilə nəzərdə tutulur.


4.12. Akt zalı təhsil müəssisəsinin kontingentinin sayından asılı olaraq xüsusi oturacaqlarla, zərurət olduqda isə digər avadanlıqlarla təchiz edilir. Dərnək otaqları xüsusi dərnək ixtisasları üçün nəzərdə tutulan avadanlıqlarla təchiz edilir və bu otaqların dərs vaxtı bitdikdən sonra da istifadəsinə yol verilir.


4.13. İnzibati xidmət otaqları qrupunun tərkibinə aşağıdakılar daxildir:

4.13.1. direktor otağı;

4.13.2. direktor müavininin otağı;

4.13.3. müəllimlər otağı;

4.13.4. ustalar üçün otaq;

4.13.5. metodika kabineti;

4.13.6. mühasibatlıq otağı;

4.13.7. texniki işçilər üçün otaq;

4.13.8. arxiv.


4.14. Yeməkxananın tərkibinə aşağıdakılar daxildir:

4.14.1. qida qəbulu zalı;

4.14.2. mətbəx istehsalat və köməkçi otaqları;

4.14.3. bufet.


4.15. Tibbi xidmət otaqları qrupunun tərkibinə aşağıdakılar daxildir:

4.15.1. terapevtik     kabinet;

4.15.2. diş həkimi kabineti;

4.15.3. prosedur otağı;

4.15.4. həkim-pediatr kabineti;

4.15.5. tibb bacısı otağı.


4.16. Köməkçi otaqlar qrupunun tərkibinə aşağıdakılar daxildir:

4.16.1. vestibül qarderobları;

4.16.2. istirahət otaqları (rekreasiyalar);

4.16.3. anbar otaqları;

4.16.4. təmizlik inventarı üçün otaqlar;

4.16.5. çöl və iş paltarları üçün otaqlar;

4.16.6. duşxanalar.


4.17. Tələbatdan asılı olaraq, ilk peşə-ixtisas təhsili müəssisəsi böyük tədris mərkəzi şəklində də layihələndirilə bilər. Belə tədris mərkəzinə aşağıdakılar daxildir:

4.17.1. tədris kombinatı;

4.17.2. ümumiləşdirilmiş tədris-istehsalat mərkəzi;

4.17.3. bədən tərbiyəsi idman kompleksi;

4.17.4. inzibati xidmət otaqları korpusu;

4.17.5. təsərrüfat korpusu;

4.17.6. yataqxana;

4.17.7. müəllimlər üçün yaşayış evi (evləri).


4.18. Konkret layihələndirmə zamanı təhsil mərkəzinin tərkibi layihələndirmə tapşırığı əsasında müəyyən edilir.

 

                                                   5. Orta ixtisas təhsili müəssisəsi

 

5.1. Orta ixtisas təhsili müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir.


5.2. Orta ixtisas təhsili müəssisəsinin ərazisində tələbələrin təhsil aldığı auditoriyalardan normaya uyğun məsafədə idman meydançaları, yaşıllıq zolağı əhatəsində passiv istirahət üçün sahələr, binanın özündə isə müasir tələblərə cavab verən idman kompleksi, qiraət zalı və yeməkxana nəzərdə tutulmalıdır.


5.3. İdman zalı binaya bitişik inşa olunmuş orta ixtisas təhsili müəssisəsində birinci mərtəbədə yerləşdirilir. Zalın ölçüləri bədən tərbiyəsi üzrə tədris proqramının tam yerinə yetirilməsini və dərsdənkənar idman məşğələlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. İdman zalının sahəsi 12mx18m, 12mx24 m, hündürlüyü isə 6 m-dən az olmayaraq nəzərdə tutulmalıdır.


5.4. Akt zalının ölçüləri bir yerə 0,65 m2 hesablanmaqla, oturaq yerlərinin sayı və müəssisədə təhsil alan tələbələrin ümumi sayının 60 faizi ilə müəyyən edilir. Akt zalında hər birinin sahəsi 10 m2 olan ayaqyolular, sahəsi 10 m2 dekorasiya, butaforiya otaqları və musiqi alətləri anbarı, sahəsi 10 m2 olan geyimlərin saxlanıldığı anbar nəzərdə tutulur.


5.5. Kitabxanaların növü orta ixtisas təhsili müəssisəsinin təyinatından və tutumundan asılıdır. Kitabxananın sahəsi bir tələbəyə 0,8 m2 hesablanmaqla qəbul edilməlidir.


5.6. Kitabxanada aşağıdakı zonalar nəzərdə tutulur:

5.6.1. oxucu yerləri;

5.6.2. informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu sahəsi);

5.6.3. kataloqlarla iş yeri;

5.6.4. açıq istifadə fondları;

5.6.5. qapalı saxlanılma fondları;    

5.6.6. texniki tədris vasitələri ilə fərdi məşğələlər aparılan kabinələr sahəsi;

5.6.7. arabalar saxlanılan bokslar.


5.7. Orta ixtisas təhsili müəssisələrində bufetlərin və yeməkxanaların nəzdində tələbələrin 2 növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 1,3 m2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur.


5.8. Orta ixtisas təhsili müəssisələrinə təyinatına görə aşağıdakı otaq qrupları daxildir:

5.8.1. tədris kabinetləri və laboratoriyaları;

5.8.2. auditoriyalar;

5.8.3. rəsmxət zalları;

5.8.4. tədris-istehsalat emalatxanaları;

5.8.5. bədən tərbiyəsi-idman qurğuları;

5.8.6. akt zalı və dərnək otaqları;

5.8.7. inzibati xidmət otaqları;

5.8.8. yeməkxana;

5.8.9. tibbi xidmət otaqları;

5.8.10. köməkçi otaqlar.


5.9. Tədris kabinetləri və laboratoriyaları qrupuna aşağıdakı tədris otaqları daxildir:

5.9.1. ümumi təhsil tədris kabinetləri və laboratoriyaları;

5.9.2. ixtisas-texniki tədris kabinetləri və laboratoriyaları.


5.10. Tədris-istehsalat emalatxanaları sənaye və iqtisadiyyatın müxtəlif sahələri üzrə nəzərdə tutulur.


5.11. Bədən tərbiyəsi-idman qurğularında idman zalları köməkçi otaqları ilə və üzgüçülük hovuzu köməkçi otaqları ilə nəzərdə tutulur.


5.12. İnzibati xidmət otaqları qrupunun tərkibinə aşağıdakılar daxildir:

5.12.1. direktor otağı;

5.12.2. direktor müavininin otağı;

5.12.3. müəllimlər otağı;

5.12.4. ustalar üçün otaq;

5.12.5. metodika kabineti;

5.12.6. mühasibatlıq otağı;

5.12.7. texniki işçilər üçün otaq;

5.12.8. arxiv.


5.13. Yeməkxananın tərkibinə aşağıdakılar daxildir:

5.13.1. qida qəbulu zalı;

5.13.2. mətbəx istehsalat və köməkçi otaqları ilə;

5.13.3. bufet.


5.14. Tibbi xidmət otaqları qrupunun tərkibinə aşağıdakılar daxildir:

5.14.1. terapevtik     kabinet;

5.14.2. diş həkimi kabineti;

5.14.3. prosedur otağı;

5.14.4. həkim-pediatr kabineti;

5.14.5. tibb bacısı otağı.


5.15. Köməkçi otaqlar qrupunun tərkibinə aşağıdakılar daxildir:

5.15.1. vestibül qarderobları;

5.15.2. istirahət otaqları (rekreasiyalar);

5.15.3. anbar otaqları;

5.15.4. təmizlik inventarı üçün otaqlar;

5.15.5. çöl və iş paltarları üçün otaqlar;

5.15.6. duşxanalar.

 

                                             6. Ali təhsil müəssisəsi

 

6.1. Ali təhsil müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan 25 metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir.


6.2. Binada tələbələrin məşğələ otaqları və auditoriyaların pəncərələri cənuba istiqamətləndirilməlidir.

6.3. Ali təhsil müəssisəsinin planı ali təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsindən, mərtəbələrinin sayı isə təhsil alacaq tələbələrin sayından və ixtisaslarından asılı olaraq müəyyənləşdirilir.


6.4. İdman zalı ali təhsil müəssisəsinin binasına bitişik inşa olunmuş birinci mərtəbə səviyyəsində yerləşdirilir. Zalın ölçüləri bədən tərbiyəsi üzrə tədris proqramının tam yerinə yetirilməsini və dərsdənkənar idman məşğələlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. İdman zalının sahəsi 12mx24m, 18mx30m, hündürlüyü isə 6 m-dən az olmayaraq nəzərdə tutulmalıdır.


6.5. Akt zalının ölçüləri bir yerə 0,65 m2 hesablanmaqla, oturaq yerlərinin sayı və müəssisədə təhsil alan tələbələrin ümumi sayının 60 faizi ilə müəyyən edilir.


6.6. Kitabxananın sahəsi bir tələbəyə 0,6 m2 hesablanmaqla qəbul edilməlidir.


6.7. Kitabxanada aşağıdakı zonalar nəzərdə tutulur:

6.7.1. oxucu yerləri;

6.7.2. informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu sahəsi);

6.7.3. kataloqlarla iş yeri;

6.7.4. açıq istifadə fondları;

6.7.5. qapalı saxlanılma fondları;

6.7.6. texniki tədris vasitələri ilə fərdi məşğələlər aparılan kabinələr sahəsi;

6.7.7. arabalar saxlanılan bokslar.


6.8. Ali təhsil müəssisələrində bufetlərin və yeməkxanaların nəzdində tələbələrin 2 növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 1,6 m2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur.


6.9. Ali təhsil müəssisələrinin binasına təyinatına görə aşağıdakı otaq qrupları daxildir:

6.9.1. tədris otaqları;

6.9.2. rəsmxət zalları;

6.9.3. kurs və diplom işlərinin layihələndirilməsi üçün zallar;

6.9.4. rəssamlıq, yağlı boya işləri, heykəltəraşlıq sinifləri;

6.9.5. teatr, musiqi və məşğələ sinifləri;

6.9.6. kitabxana;

6.9.7. bədən tərbiyəsi-idman qurğuları;

6.9.8. tamaşa klub otaqları;

6.9.9. tədris istehsalat otaqları;

6.9.10. elmi bölmələr;

6.9.11. inzibati xidmət otaqları;

6.9.12. ictimai iaşə müəssisələri;

6.9.13. tibbi xidmət otaqları;

6.9.14. köməkçi otaqlar.


6.10. Tədris otaqları qrupunun tərkibinə aşağıdakılar daxildir:

6.10.1. nəzəri-tədris kabinetləri;

6.10.2. texniki tədris vasitələri kabinetləri;

6.10.3. auditoriyalar;

6.10.4. müxtəlif təyinatlı laboratoriyalar;

6.10.5. laboratoriyalar yanında köməkçi otaqlar.


6.11. Kitabxanaların tərkibində aşağıdakı təyinatlı otaqlar nəzərdə tutulur:

6.11.1. tədris oxucu zalları;

6.11.2. elmi oxucu zalları;

6.11.3. mühafizə zalı;

6.11.4. abonement otağı;

6.11.5. kitabların sərgisi üçün otaqlar;

6.11.6. kataloqlar otağı;

6.11.7. sorğu biblioqrafiya şöbəsi;

6.11.8. kitabların saxlanılması otaqları və s.


6.12. Bədən tərbiyəsi-idman qurğuları qrupuna ali təhsil müəssisəsinin təyinatından və tutumundan asılı olaraq, aşağıdakı zallar və köməkçi otaqlar daxildir:

6.12.1. idman oyunları üçün tamaşa yerləri ilə böyük universal zal;

6.12.2. gimnastika və idman oyunları üçün orta universal zal;

6.12.3. xüsusi universal zal (güləş, boks, qılıncoynatma və s. üçün);

6.12.4. xüsusi hazırlıq qrupları üçün zal;

6.12.5. müxtəlifölçülü üzgüçülük hovuzları, köməkçi otaqları ilə.


 

 





xtehsil






Həmçinin oxuyun:

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

H/N sənədlər, Direktor
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

H/N sənədlər
Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

H/N sənədlər
Nazirlər Kabineti

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Xəbərlər
Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

H/N sənədlər
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

H/N sənədlər
Təhsil Nazirliyi 571  xarici diplomu tanımadı !

Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !

Xəbərlər
Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

H/N sənədlər
İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Sual
Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

H/N sənədlər
Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Xəbərlər
Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

H/N sənədlər
Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

H/N sənədlər, Sual
Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

H/N sənədlər
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

H/N sənədlər
qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

H/N sənədlər
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

H/N sənədlər
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

H/N sənədlər
Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

H/N sənədlər
TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Təsarufat işləri üzrə dr/müavini
Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Loborant