banner kodunu buraya yazınız




Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 


Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin  normal  iş  ahənginin  pozulması  ilə  nəticələnən  hadisələr haqqında məlumatların verilməsi, həmçinin qurumlararası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsini təmin  etmək  məqsədi  ilə  "Azərbaycan  Respublikasının Təhsil  Nazirliyi  haqqında  Əsasnamə"nin  13.5-ci  bəndini rəhbər  tutaraq 
 
                                                                    ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə  məlumat verilməsini təmin etsinlər:
- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;
-  hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.
2. Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə,  qeyri-iş  vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon nömrələrinə) verilsin.
3. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.
4. İnformasiya şöbəsinə (Elnur Əliyevə) tapşırılsın ki:
4.1.daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal Nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin;
4.2. qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin olunsun;
4.3. əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin;
4.4. əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin;
4.5. xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın.
5. Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların  rəhbərlərinin nəzərinə çatdırılsın.
6. Əmrin icrasına nəzarət Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunsun.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il




loading...

xtehsil





Həmçinin oxuyun:

Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin   TƏDRİS PLANLARI

Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin TƏDRİS PLANLARI

H/N sənədlər
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

H/N sənədlər
MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

H/N sənədlər, MÜƏLLİM

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

H/N sənədlər
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid  TƏDRİS PLANI

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

H/N sənədlər
Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Sual
İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

H/N sənədlər
Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

H/N sənədlər
Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

H/N sənədlər
2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

Xəbərlər, H/N sənədlər
Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

H/N sənədlər
Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

H/N sənədlər
Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

H/N sənədlər
Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Xəbərlər, H/N sənədlər
07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

H/N sənədlər
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H/N sənədlər
qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

H/N sənədlər
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

H/N sənədlər
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

H/N sənədlər


ILK-10 Aztehsil play market