TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının yerinə yetirilməsi ilə əlaqədar
 
                                            ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı icra və rəhbərlik üçün qəbul edilsin.
2. Nəzərə alınsın ki:
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək bu sənədin 4.9 – 4.12-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir:
"4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
4.10.1. 5 gün payız tətili (16-20 noyabr);
4.10.2. 5 gün  qış tətili (27-31 yanvar).
4.11. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər."
2.2. Ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə əlaqədar tədris həftələrinin sayı 5 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,4-ə (ibtidai siniflərdə 33,4-ə), 6 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,8-ə çatdırılmışdır.
3. Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının
təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunsun.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etsinlər.
5. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etsin.
6. Tədris resursları şöbəsi (F.Şahbazlı) qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə alsın.
7. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV, Azərbaycan Respublikasının təhsil naziri 24 noyabr 2014-cü il   № 1140

Forumda müzakirələrə qatıl

loading...

Həmçinin oxuyun:

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

H/N sənədlər
Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

H/N sənədlər
İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

H/N sənədlər
Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

H/N sənədlər
Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

H/N sənədlər
2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

H/N sənədlər
2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

Xəbərlər, H/N sənədlər
Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

H/N sənədlər
Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

H/N sənədlər
Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

H/N sənədlər, Sual
Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

H/N sənədlər, Sual
Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

H/N sənədlər
Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Xəbərlər, H/N sənədlər
Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

H/N sənədlər
Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Xəbərlər
Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Xəbərlər, H/N sənədlər
07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

H/N sənədlər
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

H/N sənədlər
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

H/N sənədlər
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

H/N sənədlər
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

H/N sənədlər