H/N sənədlər
23 iyun 2016
6628

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

 

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.
Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq


 
                                                               ƏMR EDIRƏM:

1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə apelyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Tabelik üzrə yerli təhsili idarəetmə orqanlarına tapşırılsın ki:
3.1. bu əmrin və Qaydaların Təhsil Nazirliyi sisteminə daxil olan bütün ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsinlər;
3.2. direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri ilə bağlı vəziyyəti təhlil etsinlər və vakansiyaların siyahısının toplanmasını və elektron sistemə işlənməsini 11.03.16 - 18.03.16 tarixləri ərzində təmin etsin;
3.3. pedaqoji heyət arasında Qaydalar və onun tətbiqi ilə bağlı aidiyyəti maarifləndirmə tədbirləri həyata keçirsinlər.
4. İnsan resursları şöbəsinə (İ.Nağıyev) tapşırılsın ki:
4.1. müsabiqədə iştirak üçün elektron ərizə qəbulunu 18.03.16 - 31.03.16 tarixlərində həyata keçirsin;
4.2. müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
4.3. mərkəzləşdirilmiş qaydada test imtahanlarını 04.04.16 - 10.04.16 tarixlərində, müsahibələrin 11.04.16 - 29.04.16 tarixlərində keçirilməsini təmin etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını, müsabiqədə iştirak edəcək namizədlər üçün nəzərdə tutulmuş məlumatların və müsabiqənin nəticələrinin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) müsabiqənin keçirilməsi barədə kütləvi informasiya vasitələrinin məlumatlandırılmasını təmin etsin.
7. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 27.02.2015-ci il tarixli 260 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
8. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun.
Əsas: Aparat rəhbəri M.Eynullayevin xidməti məlumatı

 
Mikayıl CABBAROV, Azərbaycan Respublikasının təhsil naziri 11 mart 2016-cı il №143

 


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli 143 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə
                                                         QAYDALAR
1. Ümumi müddəalar
1.1."Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planına, "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq
hazırlanmışdır.
1.2.Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ümumi və tam orta məktəblərdə, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) (bundan sonra - müəssisə)direktorların işə qəbulunu və yerdəyişməsini tənzimləyir,bu sahədə tabelik üzrə təhsili idarəetmə orqanlarının səlahiy-yət və vəzifələrini müəyyən edir.
1.3.Müəssisələrdə direktor vəzifəsinə işə qəbul Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Mərkəzləşdirilmiş müsabiqədən uğurla keçən namizəd bir il müddətinə direktor vəzifəsinə təyin edilir. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar verilir.
1.4.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən direktorların bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi, həmçinin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi tabelik üzrə təhsili idarəetmə orqanlarının təqdimatı əsasında Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
1.5."Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na uyğun olaraq direktor vəzifəsinə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili və azı 5 il pedaqoji stajı (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) olan şəxslər namizədliklərini verə bilərlər.
1.6.Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi. elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim”müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi
kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə Nazirlik tərəfindən tabelik üzrə təhsili idarəetmə orqanının təqdim etdiyi əsaslandırılmış rəy əsasında hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Qeyd edilən meyarlar çərçivəsində çalışma
müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
1.7.Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazir-lər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə Nazirlik tərəfindən tabelik üzrə təhsili idarəetmə
orqanının təqdim etdiyi əsaslandırılmış rəy əsasında hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.
1.8.Direktor vəzifəsinin müvəqqəti icrası yeni rəhbər təyin edilənədək tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həmin müəssisənin direktor müavinlərinə, müəssisədə fəaliyyət göstərən nüfuzlu və səriştəli pedaqoji işçilərə, bunlar mümkün olmadıqda yerli təhsili idarəetmə orqanının əməkdaşlarına həvalə edilə bilər.
1.9.Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin pedaqoji işdə çalışmasına və direktorların işə qəbulu üzrə müsabiqədə iştirakına icazə verilmir.
1.10.İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış şəxslərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.
2. Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması
2.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işəqəbulu şəffaflıq və obyektivlik təminedilmək-lə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən(elektron ərizələrin qəbulu, göstəricilərin qiymətləndirilməsi, imtahan və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.
2.2.Müəssisələrdə mövcud olan vakansiyalar tabelik üzrə təhsili idarəetmə orqanları tərəfindən mütəmadi olaraq elektron siste-mə yerləşdirilir. Vakansiya sistemə daxil edilən zaman müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən olan məsafəsi və digər məlumatlar qeyd edilir. Toplanan vakansiyalar təhlil edilərək Nazirliyin saytında mü-sabiqə başlamazdan əvvəl elan edilir.
2.3.Qaydaların 1.4-cü bəndindəki tələblər gözlənilməklə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə könüllü əsaslarla 26 - 60 yaşlı şəxslər iştirak edə bilərlər.
2.4."Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə yalnız bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. "Uğur sertifikatı” olan şəxslər direktorların işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə keçirlər.
2.5.Müsabiqənin birinci mərhələsində namizədlər daimi məskunlaşdıqları rayon (şəhər) üzrə elan olunan vakant direktor vəzifə-lərindən ən çoxu beş vakansiya seçə bilərlər. İştirakçının daimi məskunlaşdığı ünvan şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanın-dan fərqli olduğu halda, namizəd tərəfindən yaşayış yeri üzrə arayışın təqdim edilməsi tələb edilir.
2.6.Müsabiqənin ikinci mərhələsində elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi məlumatlar, təhsil, iş təcrübəsi haqqında məlumatlar yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlü-yünə görə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır.
2.7.Müsabiqənin üçüncü mərhələsində imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində bilik və bacarıqları test sualları vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədə bildirilir.
2.8.Müsabiqənin üçüncü mərhələsi çərçivəsində iştirakçılardan konkret bir mövzu üzrə esse yazmaq tələb olunur. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun dəstəklənməsi,rəsmi yazı üslubundan düzgün istifadə,lüğət tərkibi,cümlələr arasında məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən qiymətləndirilir.
2.9.Test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi sistem tərəfindən avtomatik rejimdə seçim ardıcıllığı gözlənilməklə aparılır.  Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, onların elektron ərizəsindəki göstəriciləri araşdırılmaqla müvafiq qərar qəbul edir.
2.10.Müsabiqənin dördüncü mərhələsi - müsahibə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kom-petensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir, həmçinin onların yazdığı esseyə verilən rəy nəzərə alınaraq iştirakçı barədə yekun qərar qəbul qəbul edilir.
2.11.Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini - elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini müsabiqə komissiyasına təqdim edirlər.
2.12.Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun olmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir.
2.13.Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
2.14.Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3. Qaydaların pozulmasına görə məsuliyyət
3.1. Direktorların işə qəbulu üzrə müsabiqə ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöq-sanlara görə iştirakçılar, tabelik üzrə təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ