Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
1.Sual: İlk peşə-ixtisas təhsili üzrə ən çox hansı ixtisaslara meyl var?Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB
Cavab: Ən çox "Əməliyyatçı-mühasib”,"Aşpaz”, "Dərzi”, "Kompüter operatoru”, "Tikiş avadanlıqlarının operatoru, tikişçi”, "Elektrik qaz qaynaqısı”, "Traktorçu-maşinist”, "Bərbər-manikürçü”, "Avtomobillərin təmiri çilingəri”, "Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarına maraq var.
2.Sual: İlk peşə-ixtisas təhsili müəssisələrində hansı dərslər tədris edilir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və pilləsi (kurikulumu)”nə əsasən ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər aşağıdakılardır:
- ümumtəhsil fənləri;
- informasiya-kommunikasiya texnologiyaları;
- peşə-ixtisas fənləri (nəzəri);
- istehsalat təlimi və istehsalat təcrübəsi.
 Dərsdən kənar məşğələlər:
- fakültativ;
- fərdi və qrup məşğələləri.
3.Sual: Bu müəssisələrdə təhsil müddəti neçə ildir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və
proqramı (kurikulum)”na əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir:
Tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti – 1 il;
 Ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti – 3 il;
Ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il;
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil proqramlarının (kurikumlarının) yerinə yetirilməsi müddəti”nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün, işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
4.Sual: Təhsil Nazirliyi aqraryönümlü ilk-peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərə hansı məsələləri daxil etməyi planlaşdırır? Aqraryönümlü ilk-peşə ixtisas təhsili müəssisələrini bitirənlərin neçə nəfəri işlə təmin olunub?
Cavab: Məlumat üçün bildiririk ki, hazırda ilk peşə-ixtisas təhsili müəssisələrindən 45-də 19 ixtisas üzrə kənd təsərrüfatı istiqamətində kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslar "Arıçı”, "Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü”, "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru-avtomobil sürücüsü”, "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər”, "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)”, ”Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru”, "Heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru”, "Heyvanlara baytar xidməti köməkçisi”, "Heyvanlarda süni mayalanma üzrə texnik”, "Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər”, "Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil sürücüsü (BC)”, "Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü”, "Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər”, "Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü”, "Meyvə-tərəvəz ustası”, "Quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru”, "Tərəvəz ustası”, "Traktorçu-maşinist”, "Üzüm ustası” və başqalarıdır.
2013-cü buraxılış ilində ilk peşə-ixtisas təhsili müəssisələrindən 14815 nəfər şagird məzun olub. Onlardan 4599 nəfəri həqiqi hərbi xidmətə gedib, 362 nəfəri təhsillərini davam etdirib və 4465 nəfəri işlə təmin olunub. Onlardan 778 nəfəri aqrar istiqamətdə işləyənlərdir.
Kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnikası alınıb. Bu proses davamlı olaraq aparılacaq və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinin maddi-texniki bazası müasir standartlar səviyyəsinə çatdırılacaqdır.
Kənd təsərrüfatı sahəsi üzrə təhsil almış şəxslərin işlə təminatı ilə əlaqədar onu bildiririk ki, nazirlik mütəmadi olaraq regionlarda yerləşən aqrar müəssisələrlə əlaqə yaratmağa çalışır və birgə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı layihələr həyata keçirir. Bu addımlar təhsil müəssisələrinin məzunlarının işlə təminatının yüksəlməsinə də müsbət təsir göstərməkdədir. 
 Azərbaycan ilk peşə-ixtisas təhsili müəssisələrinin siyahısı (aşağıdakı linkdə )

xtehsil

loading...

Həmçinin oxuyun:

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Xəbərlər
Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Xəbərlər
Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Xəbərlər
Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

H/N sənədlər
17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Xəbərlər
İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

H/N sənədlər
Təhsilin məzmunu

Təhsilin məzmunu

İnnovasiyalar
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

H/N sənədlər
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Xəbərlər
İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

H/N sənədlər
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

H/N sənədlər
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

H/N sənədlər
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

H/N sənədlər
Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Psixoloq
Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təlim tərbiyə üzrə dr/müavini
Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

test

"Təhsil Qanunu"na aid testlər və cavabları

test, Direktor
Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbəri
Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Xəbərlər
T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

H/N sənədlər